Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4694/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü uşağın saxlanılması üçün aliment məbləğinin artırılaraq ayda 220 manat müəyyən edilməsi və həmin aliment məbləğinin Cavabdeh tutularaq uşaq 18 yaşına çatana qədər ona ödənilməsi, mediasiya prosesində ödədiyi 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, texniki səhv nəticəsində iddia ərizəsinin xahiş etdi hissəsində uşağın adının qeyd edilmədiyini bildirmiş və xx.xx.2013-cü il təvəllüdlü İslam adlı uşağın saxlanılması üçün alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu ildə doğulmuş X6, xx.xx.2013-cü ildə doğulmuş X8 İddiaçı yanında qalması, uşaqların saxlanması üçün hər ay Cavabdeh uşaqlar yetkinlik yaşına çatana qədər xx.xx.2018-ci ildən başlayaraq hər ay bir uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-222/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 Cavabdeh yanında qalması müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-674/2018 nömrəli, xx.xx.2018-ci il tarxli qətnaməsi ilə xx.xx.2010- cu il təvəllüdlü X9 təyin edilmiş alimentin məbləğinin artırılması, Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşağa 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, onun yanında qalan xx.xx.2013-cü ildə doğulmuş X3 üçün alimentin tutulması barədə qətnamə qəbul edildiyi gündən (xx.xx.2018-ci ildən) bu günə qədər 5 il keçmişdir, ötən 5 il ərzində qiymətlər dəfələrlə artmışdır, uşaq da böyümüşdür, tələbatları artmış, hazırda məktəbə gedir, dərs ləvazimatları, məktəb hazırlıqları və s.xərcləri yaranmışdır. Həm də cavabdehin yanında qalan uşağın saxlanması üçün ondan 220 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyi halda hesab edir ki, onunla qalan uşağın saxlanması üçün də cavabdehdən tutulan alimentin məbləği artırılmalı, 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Buna görə də 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikasının Prezidenti tərəfindən artırılmış, uşaq üçün 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdehdən tutulan aliment isə yaşayış minimumdan 66 manat aşağıdır. Halbuki hər bir uşağın layiqli səviyyədə yaşamaq üçün atalarından təminat almaq hüquqları vardır. Uşağa hər ay 250 manata yaxın vəsait xərclənir, 154 manat sabit pul məbləğində aliment isə uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdehin hazırda tələb etdiyi alimenti ödəmək imkanı da vardır, belə ki, cavan şəxsdir, əlil deyildir, soyuducu təmiri ustasıdır, işləyib pul qazana bilər, buna baxmayaraq cavabdeh uşağın layiqli səviyyədə saxlanılmasından boyun qaçırır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək iddia tələbi ilə razı olduğunu və hər ay 220 manat aliment ödəməyə etirazının olmadığını bildirdi. İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(010)- 674/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə X5 arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 1513 sayla qeydə alınmış 30 noyabr 2010-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra 29 dekabr 2010-cu il tarixdə anadan olmuş X10 və 27 avqust 2013-cü il tarixdə anadan olmuş X8 cavabdeh X4 yanında qalmaları, iddiaçı Cavabdeh 29 dekabr 2010-cu il tarixdə anadan olmuş X6 və 27 avqust 2013-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30 aprel 2018-ci il tarixdən başlayaraq cavabdeh X4 xeyrinə hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin 12 sentyabr 2018ci il tarixli, 2(103)-8494/2018 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(010)-674/2018 saylı qətnaməsi qismən, iddiaçıdan alimentin tutulması (hesablanması) vaxtına aid hissədə dəyişdirilmiş və idiaçı Cavabdeh alimentin tutulması 30 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. Məhkəmənin yuxarıda qeyd olunan 2(010)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010cu il təvəllüdlü X6 iddiaçı Cavabdeh yanında qalması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2892/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 təyin edilmiş alimentin ödənilməsi öhdəliyindən azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 təyin edilmiş alimentin məbləği artırılmış, Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. AZ-İ seriyalı, 325403 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikaha xitam verilmişdir. İşin faktiki halları
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övadları anadan olmuşdur. Daha sonra, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulan uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması müəyyən edilmişdir. Lakin, daha sonra isə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 Cavabdeh yanında qalması, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 təyin edilmiş alimentin ödənilməsi öhdəliyindən azad olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 təyin edilmiş alimentin məbləğinin artırılması, Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz etmədiyini və hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
11. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
16. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2010-cu il təvəllüdlü X10 atası Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü X12 isə anası İddiaçı himayəsindədir. Cavabdehin himayəsində saxlanılan xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulur. İddiaçının himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X2 üçün isə məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və 2018-ci ildə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh də öz növbəsində aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məlbəğində müəyyən edilməsinə etiraz etməmişdir.
17. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Musayev Tofı̇ k Telmanovı̇ çdən övladı xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)- 674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Pı̇ rı̇ yeva Nargı̇ lə İsmayıl qızına ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.