Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4695/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehqarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli (bundan sonra mətndə “xxxxxxxxxxx” MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26977 LG X POWER 2 markalı telefon üçün 120 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu, cəmi 156 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN kondisioner və aspirator üçün 864 manat ödənilməmiş hissə, 144 manat dəbbə, cəmi 1008 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN mikrodalğalı soba, mətbəx mebeli üçün 1656 manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu, cəmi 1932 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Kenwood ətçəkən, HOFFMANN kombi üçün 864 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, cəmi 1080 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00686 HOFFMANN X Go markalı telefon, HOFFMANN LED televizor, Sonorous Surefix asqı üçün 1071 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu, cəmi 1260 manat, ümumilikdə 5436 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5466 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********26977 LG X POWER 2 markalı telefon, HOFFMANN kondisioner və aspirator, HOFFMANN mikrodalğalı soba, mətbəx mebeli, Kenwood ətçəkən, HOFFMANN kombi, İMEİ kodu **********00686 HOFFMANN X Go markalı telefon, HOFFMANN LED televizor, Sonorous Sureflx asqı almış və nəticədə 5436 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 manat olan İMEİ kodu **********26977 LG X POWER 2 markalı telefon üçün 156 manat olmaqla ondan, 120 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 manat olan HOFFMANN kondisioner və aspirator üçün 1008 manat olmaqla ondan, 864 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2208 manat olan HOFFMANN mikrodalğalı soba, mətbəx mebeli üçün 1932 manat olmaqla ondan 1656 manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1299 manat olan Kenwood ətçəkən, HOFFMANN kombi üçün 1080 manat olmaqla ondan 864 manat ödənilməmiş hissə, 216 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1141 manat olan İMEİ kodu **********00686 HOFFMANN X Go markalı telefon, HOFFMANN LED televizor, Sonorous Sureflx asqı üçün 1260 manat olmaqla ondan 1071 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1660 manat təşkil edir. İddiaçı “xxxxxxxxxxx” MMC xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti 432 manat olan İMEİ kodu **********26977 LG X POWER 2 markalı telefon almışdır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********26977 LG X POWER 2 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********26977 Lg X Power 2 markalı telefon üçün cavabdehin 120 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu, ümumilikdə 156 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 864 manat olan HOFFMANN kondisioner və aspirator almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X1 HOFFMANN kondisioner və aspiratoru təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffman kondisioner və aspirator üçün cavabdehin 864 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu, ümumilikdə 1008 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən al alqısatqı qiyməti 2208 manat olan HOFFMANN mikrodalğalı soba, mətbəx mebeli almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X1N mikrodalğalı soba və mətbəx mebelini təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Hoffmann mikrodalğalı soba, mətbəx mebeli üçün cavabdehin 1656 manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu, ümumilikdə 1932 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 1299 manat olan Kenwood ətçəkən, HOFFMANN kombi almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X2 ətçəkən, HOFFMANN kombini təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Kenwood ətçəkən, HOFFMANN kombi üçün cavabdehin 864 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, ümumilikdə 1080 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 1141 manat olan İMEİ kodu **********00686 HOFFMANN X Go markalı telefon, HOFFMANN LED televizor, Sonorous Sureflx asqı almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********00686 HOFFMANN X Go markalı telefon, HOFFMANN LED televizor, Sonorous Sureflx asqını təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********00686 HOFFMANN X Go markalı telefon, HOFFMANN LED televizor, Sonorous Sureflx asqı üçün cavabdehin 1071 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu, ümumilikdə 1260 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 120 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 864 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1656 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 864 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1071 manat ödənilməmiş hissənin tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulları yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 36 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 276 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 216 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 189 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 120 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 130 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 864 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 874 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1656 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1666 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 864 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 874 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1071 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1081 manat, ümumilikdə 4625 manat pul tutularaq, “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,5 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4,50 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 120 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 130 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 864 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 874 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1656 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1666 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 864 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 874 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1071 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1081 manat, ümumilikdə 4625 (dörd min altı yüz iyirmi beş) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,5 (iyirmi beş manat əlli qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4,50 (dörd manat əlli qəpik) manat hissəsi iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4695/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4695/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver