Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4701/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulmasına tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 555 (beş yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat dəbbə pulu, cəmi 671 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, cəmi 595 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********07417 Samsung Galaxy A20 markalı telefon üçün 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə pulu, cəmi 273 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39305 İPHONE XS markalı telefon üçün 2526 (iki min beş yüz iyirmi altı) manat ödənilməmiş hissə, 521 (beş yüz iyirmi bir) manat dəbbə pulu, cəmi 3047 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Gear qol saatı üçün 420 (dörd yz iyirmi) manat ödənilməmiş hissə, 126 (bir yüz altı) manat dəbbə pulu, cəmi 546 manat, ümumilikdə 5132 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı paltaryuyan, İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon, İMEİ kodu **********07417 Samsung Galaxy A20 markalı telefon, İMEİ kodu **********39305 İphone Xs markalı telefon, Samsung Gear qol saatı almış və nəticədə 5132 (beş min bir yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat (24 ay x 35 manat + 6 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 671 (altı yüz yetmiş bir) manat olmaqla ondan, 555 (beş yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon üçün 595 (beş yüz doxsan beş) manat olmaqla ondan, 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626 (altı yüz iyirmi altı) manat (18 ay x 32 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********07417 Samsung Galaxy A20 markalı telefon üçün 273 (iki yüz yetmiş üç) manat olmaqla ondan, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3397 (üç min üç yüz doxsan yeddi) manat (18 ay x 158 manat + 553 manat ilkin ödəniş) olan İMEİ kodu **********39305 İphone Xs markalı telefon üçün 3047 (üç min qırx yeddi) manat olmaqla ondan 2526 (iki min beş yüz iyirmi altı) manat ödənilməmiş hissə, 521 (beş yüz iyirmi bir) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Samsung Gear qol saatı üçün 546 (beş yüz qırx altı) manat olmaqla, ondan 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 126 (bir yüz iyirmi altı) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1768 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanıbsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Bununla əlaqədar iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 555 (beş yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat dəbbə pulu, cəmi 671 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, cəmi 595 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********07417 Samsung Galaxy A20 markalı telefon üçün 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hisə, 29 (iyirmi doqquz) manat dəbbə pulu, cəmi 273 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39305 İPHONE XS markalı telefon üçün 2526 (iki min beş yüz iyirmi altı) manat ödənilməmiş hissə, 521 (beş yüz iyirmi bir) manat dəbbə pulu, cəmi 3047 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Gear qol saatı üçün 420 (dörd yz iyirmi) manat ödənilməmiş hissə, 126 (bir yüz altı) manat dəbbə pulu, əmi 546 manat, ümumilikdə 5132 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5162 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin ediməlidir. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat (24 ay x 35 manat + 6 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan almış və həmin əşyanın alınmasına görə 846 manat pulu 24 ay ərzində, 6 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 35 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon almış və həmin əşyanı alınmasına görə 630 manat pulu 18 ay ərzində, ilkin ödənişsiz, hər ay 35 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 626 (altı yüz iyirmi altı) manat (18 ay x 32 manat+50 manat ilkin ödəniş) İMEİ kodu **********07417 olan Samsung Galaxy A20 markalı telefon almış və həmin əşyanı alınmasına görə 626 manat pulu 18 ay ərzində, 50 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 32 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 3397 (altı yüz iyirmi altı) manat (18 ay x 158 manat + 553 manat ilkin ödəniş) İMEİ kodu **********39305 İphone Xs markalı telefon almış və həmin əşyanı alınmasına görə 3397 manat pulu 18 ay ərzində, 553 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 158 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat+ 0 manat ilkin ödəniş) olan Samsung Gear qol saatı almış və həmin əşyanı alınmasına görə 504 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz, hər ay 42 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 846 olan (səkkiz yüz qırx altı) manat (24 ay x 35 manat+ 6 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün 671 (altı yüz yetmiş bir) manat olmaqla ondan, 555 (beş yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat cərimə, cəmi ödənilməmiş 671 (altı yüz yetmiş bir) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon üçün 595 (beş yüz doxsan beş) manat olmaqla ondan, 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat cərimə, cəmi 595 (beş yüz doxsan beş) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626 (altı yüz iyirmi altı) manat (18 ay x 32 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********07417 Samsung Galaxy A20 markalı telefon üçün 273 (iki yüz yetmiş üç) manat olmaqla ondan, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə pulu, cəmi 273 (iki yüz yetmiş üç) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3397 (üç min üç yüz doxsan yeddi) manat (18 ay x 158 manat + 553 manat ilkin ödəniş) olan İMEİ kodu **********39305 İphone Xs markalı telefon üçün 3047 (üç min qırx yeddi) manat olmaqla ondan 2526 (iki min beş yüz iyirmi altı) manat ödənilməmiş hissə, 521 (beş yüz iyirmi bir) manat dəbbə pulu, cəmi 3047 (üç min qırx yeddi) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Samsung Gear qol saatı üçün 546 (beş yüz qırx altı) manat olmaqla ondan 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 126 (bir yüz iyirmi altı) manat dəbbə pulu, cəmi 546 (beş yüz qırx altı) manat məbləğində borcu vardır. Ümumilikdə isə cavabdehin iddiaçıya qarşı ödənilməmiş borcun məbləği 4235 (dörd min iki yüz otuz beş) manat, 897 (səkkiz yüz doxsan yeddi) manat cərimə, cəmi 5132 (beş min bir yüz otuz iki) manat miqdarında borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarının surətindən məlum olur ki, “xxxx” MMC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh ilə “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 846 olan (səkkiz yüz qırx altı) manat (24 ay x 35 manat+ 6 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan 6 manat ilkin ödənişlə, hər ay 35 manat 24 ay ərzində qatyarılması şərtilə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13068 Samsung Galaxy A20 markalı telefon ilkin ödənişsiz, 18 ay ərzində 35 manat ödəmək şərtilə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626 (altı yüz iyirmi altı) manat (18 ay x 32 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********07417 Samsung Galaxy A20 markalı telefon 50 manat ilkin ödənişlə, 18 ay müddətində, hər ay 32 manat ödəmək şərtilə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3397 (üç min üç yüz doxsan yeddi) manat (18 ay x 158 manat + 553 manat ilkin ödəniş) olan İMEİ kodu **********39305 İphone Xs markalı telefon 553 manat ilkin ödənişlə, 18 ay ərzində hər ay 158 manat öədəmək şərtilə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Samsung Gear qol saatı ilkin ödənişsiz, 12 ay ərzində 42 manat ödəmək şərtilə qaytarılması öhdəliyini öz üzərinə götürsə də, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 671 (altı yüz yetmiş bir) manat olmaqla ondan, 555 (beş yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat cərimə, cəmi ödənilməmiş 671 (altı yüz yetmiş bir) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 595 (beş yüz doxsan beş) manat olmaqla ondan, 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat cərimə, cəmi 595 (beş yüz doxsan beş) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 273 (iki yüz yetmiş üç) manat olmaqla ondan, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə pulu, cəmi 273 (iki yüz yetmiş üç) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 3047 (üç min qırx yeddi) manat olmaqla ondan 2526 (iki min beş yüz iyirmi altı) manat ödənilməmiş hissə, 521 (beş yüz iyirmi bir) manat dəbbə pulu, cəmi 3047 (üç min qırx yeddi) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 546 (beş yüz qırx altı) manat olmaqla ondan 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 126 (bir yüz iyirmi altı) manat dəbbə pulu, cəmi 546 (beş yüz qırx altı) manat məbləğində borcu vardır. Ümumilikdə isə idiaçının ödənilməmiş məbləğ 4235 (dörd min iki yüz otuz beş) manat, 897 (səkkiz yüz doxsan yeddi) manat cərimə, cəmi 5132 (beş min bir yüz otuz iki) manat miqdarında borcu yaranmışdır. Mülki işə əlavə edilmş materialları nəzərdə keçirərək, məhkəmə hesab edir ki, Cavabdeh tutularaq 4235 (dörd min iki yüz otuz beş) manat məbləğində əsas borc “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilənin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 4235 manat məbləğində əsas borca tənasübsüz olaraq 897 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 897 manat məbləğində cərimə pulu azaldılaraq 80 manat müəyyən edilməlidir. Beləliklə, yuxarıda göstərilən qanun müddəalarını və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, 4235 (dörd min iki yüz otuz beş) manat məbləğində əsas borc və 80 manat hesablanmış dəbbə pulu, ümumilikdə 4315 (dörd min üç yüz on beş) manat məbləğində olan borc Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 4235 (dörd min iki yüz otuz beş) manat məbləğində əsas borc və 80 (səksən) manat hesablanmış dəbbə pulu, ümumilikdə 4315 (dörd min üç yüz on beş) manat məbləğində olan borc tutularaq “xxxx” Məhdud Məsuliyyətli ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4701/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4701/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver