Məhkəmə qərarları › İş №2(010)-4702/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4702/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4702/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu, cəmi 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə, cəmi 250 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor üçün 1333 (bir min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 320 (üç yüz iyirmi) manat dəbbə pulu, cəmi 1653 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 168 (bir yüz altmış səkkiz) manat dəbbə pulu, cəmi 756 manat, ümumilikdə 2846 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2876 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon, İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon , Samsung markalı LED televizor , İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 2846 (iki min səkkiz yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (12 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün 187 (yüz səksən yeddi) manat olmaqla ondan, 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu; xx.xx.2019 -cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon üçün 250 (iki yüz əlli) manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1602 (min altı yüz iki) manat (18 ay x 89 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1653 (min altı yüz əlli üç) manat olmaqla ondan 1333 (min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 320 (üç yüz iyirmi) manat dəbbə pulu; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 756 (yeddi yüz əlli altı) manat olmaqla ondan 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır. Bununla əlaqədar iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu, cəmi 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon üçün ondan 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə, cəmi 250 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor üçün 1333 (min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 320 (üç yüz iyirmi) manat dəbbə pulu, cəmi 1653 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə pulu, cəmi 756 manat, ümumilikdə 2846 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin ediməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (12 ay x 72 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon almış və həmin əşyanı alınmasına görə 864 manat pulu 12 ay ərzində, 0 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 72 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat+0 manat ilkin ödəniş) İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon almış və həmin əşyanı alınmasına görə 384 manat pulu 12 ay ərz ində, ilkin ödənişsiz, hər ay 32 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 1602 (bir min altı yüz iki) manat (18 ay x 89 manat+0 manat ilkin ödəniş) Samsung markalı LED televizor almış və həmin əşyanı alınmasına görə 1602 manat pulu 18 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 89 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat+0 manat ilkin ödəniş) İMEİ kodu **********43939 almış və həmin əşyanı alınmasına görə 840 manat pulu 12 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (12 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün 187 (yüz səksən yeddi) manat olmaqla ondan, 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon üçün 250 (iki yüz əlli) manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58(əlli səkkiz) manat dəbbə pulu; xx.xx.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1602 (min altı yüz iki) manat (18 ay x 89 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1653 (min altı yüz əlli üç) manat olmaqla ondan 1333 (min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 320 (üç yüz iyirmi) manat dəbbə pulu; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 756 (yeddi yüz əlli altı) manat olmaqla ondan 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır.xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu. Cəmi 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58(əlli səkkiz) manat dəbbə. Cəmi 250 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,Samsung markalı LED televizor üçün 1333 (min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 320 (üç yüz iyirmi) manat dəbbə pulu. Cəmi 1653 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə pulu, ümumilikdə 756 manat məbləğində borcu vardır. Ümumilikdə isə idiaçının ödənilməmiş məbləğ 2257 (iki min iki yüz əlli yeddi) manat, 589 (beş yüz səksən doqquz) manat cərimə, cəmi 2846 (iki min səkkiz yüz qırx altı) manat miqdarında borcu yaranmışdır. Mülki işin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətindən məlum olur ki, “xxxx” MMC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 mənzil 7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (12 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 72 manat ödəmək şərtilə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefona görə ilkin ödənişsiz, 12 ay müddətinə ayda 32 manat ödəmək şərtilə, xx.xx.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1602 (min altı yüz iki) manat (18 ay x 89 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün ilkin ödənişsiz, 18 ay, ayda 89 manat ödəmək şərtilə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 756 (yeddi yüz əlli altı) manat ilkin ödənişsiz 12 ay müddətnə 70 manat ayda ödəmək şərtilə yuxarıda qeyd olunan əyşyalarının qiymətlərinin tam ödənilməsinə öhdəlik götürsə də, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08665 Samsung Galaxy A6 Plus markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu, cəmi 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09797 Xiaomi Redmi 7 markalı telefon üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə, cəmi 250 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,Samsung markalı LED televizor üçün 1333 (min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 320 (üç yüz iyirmi) manat dəbbə pulu, cəmi 1653 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43939 Samsung Galaxy A50 markalı telefon üçün 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə pulu, ümumilikdə 756 manat məbləğində borcu yaranmışdır. Ümumilikdə isə cavabdehin yuxarıda qeyd olunan müqavilələr üzrə ödənilməmiş borc 2257 (iki min iki yüz əlli yeddi) manat, 589 (beş yüz səksən doqquz) manat cərimə, cəmi 2846 (iki min səkkiz yüz qırx altı) manat miqdarında borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2257 manat məbləğində əsas borca tənasübsüz olaraq 589 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 589 manat məbləğində cərimə pulu azaldılaraq 40 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə Cavabdeh 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində əsas borc və 40 manat hesablanmış dəbbə pulu, ümumilikdə 2297 (iki min iki yüz doxsan yeddi) manat məbləğində olan borc tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində əsas borc və 40 manat hesablanmış dəbbə pulu, ümumilikdə 2297 (iki min iki yüz doxsan yeddi) manat məbləğində olan borc tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar