Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4709/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1366/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin təyin edilməsi və mediatora ödədiyi 50 (əlli) manat rüsumun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1366/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2016-cı ildə doğulmuş X3, xx.xx.2017-ci ildə doğulmuş X2 İddiaçı yanında qalması, uşaqların saxlanması üçün hər ay Cavabdeh uşaqlar yetkinlik yaşına çatana qədər xx.xx.2022-ci ildən başlayaraq hər ay bir uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, o 2 azyaşlı övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Övladlarının hər ikisi məktəblidir. O işləmir və övladlarına cavabdeh tərəfindən ödənilən aliment pulu ilə baxmağa çətinlik çəkdiyi üçün validenyləri maddi kömək edir. Cavabdehin maddi durumu yaxşı olsa da, o, yalnız məhkəmə qətnaməsində qət edilən aliment pulunu ödəyir. Bir ata kimi övladlarının maddi, mənəvi ehtiyacları ilə maraqlanmır. Buna görə də 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikasının Prezidenti tərəfindən artırılmış, uşaq üçün 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Halbuki hər bir uşağın layiqli səviyyədə yaşamaq üçün atalarından təminat almaq hüquqları vardır. 193 manat sabit pul məbləğində aliment isə uşaqların saxlanılması üçün kifayət etmir. Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anası xəstədir və o, işdə olan müddətdə anası uşaqlara baxa bilmədiyinə görə hazırda işləmir. Kirayə yaşadıqlarına görə hər ay 280 manat pul ödəyir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmayaraq bildirdi ki, o, alimentdən əlavə uşaqların geyiminə və qidasına pul xərcləyir. Uşaqların yaxşı geyinməsini və qidalanmasını istəyir, lakin İddiaçı ödənilən alimenti başqa-başqa yerlərə xərcləyir. Bu səbəblə alimentin artırılmasına etiraz edir, ancaq uşaqlarına pul xərcləməkdən yayınmır.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1366/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 2639 saylı qeydə alınmış 26 sentyabr 2014cü il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və 03 noyabr 2017-ci il tarixdə anadan olmuş X2 cavabdeh İddiaçı yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
6. AZ-İ seriyalı, 440607 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xitam verilmişdir.
İşin faktiki halları
7. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övadları anadan olmuşdur. Daha sonra, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulan uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladlarının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf İddiaçı ödənilən alimenti təyinatı üzrə xərcləmədiyini əsas gətirərək iddia tələbinə etiraz etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsindədirlər. İddiaçının himayəsində saxlanılan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqlar analarının – iddiaçının himayəsindədirlər və 2022-ci ildə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh övladı xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1366/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay hər uşağ üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov