Məhkəmə qərarları › İş №2(010)-4732/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4732/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4732/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ilkin alqı-satqı müqaviləsinin bağlanması üçün onun tərəfindən nağd ödənilmiş 9000 manat, "xxxx" ASC-yə kredit məbləğini və ona hesablanmış faizlər üzrə hissə-hissə ödənilmiş cəmi 27 723 manat, mənzil alqı-satqı edildikdən sonra tərəfindən ödənilmiş cəmi 3570 manat, mənzilin əsaslı təmir edilməsi v əmətbəx mebelinin alınması üçün tərəfindən ödənilmiş 15000 manat olmaqla, ümumilikdə 55 293 manat pulun ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh 2016-cı ildən faktiki nikahda olmuşlar və 12 sentyabr 2017-ci il tarixdə övladları X7 dünyaya gəlmişdir. X6 öz adına rəsmiləşdirilmiş və ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 1A, 53 saylı mənzili satmaq məqsədilə 29.03.2017-ci il tarixdə Bakı şəhəri, 43 saylı Notariat kontorunda Cavabdeh ilə ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Belə ki, ipoteka saxlayan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş mənzilin satılmasına razılıq verməmişdir. Müqaviləyə əsasən, X6 mənzili 58500 manata qiymətləndirir və gələcəkdə mənzili həmin qiymətə Cavabdeh satmağı, sonuncunun isə qed olunan mənzili həmin qiymətə almağı öz öhdəsinə götürmüşlər. Həmçinin müqaviləyə əsasən Cavabdeh satış qiymətinin 9000 manatını ödəyərək, qalan 49500 manat pul vəsaitini hissə-hissə 20.01.2027-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən 9000 manat ilkin ödəniş Cavabdeh əvəzinə onun tərəfindən nağd olaraq Şamil Baxışova ödənilmişdir. Bu səbəbdən Şamil Baxışovun ona etibarı yaranmışdır və o notarial etibarnamə verərək qeyd olunan evin ilkin alqı-satqı müqaviləsinin bağlanmasını ona etibar etmişdir. Bundan sonra, cavabdehin əvəzinə onun tərəfindən 26.04.2017-ci il tarixdən başlayaraq, 04.09.2020-ci ilədək, "xxxx" ASC-yə kredit məbləğini və ona hesablanmış faizlər üzrə hissə-hissə cəmi 27723 manat ödəniş edilmişdir. Sonradan, bank mənzilin satılmasına razılıq verdiyindən cavabdeh ilə Baxışov Şamil arasında qeyd edilən mənzilin ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra da tərəfindən cavabdehin əvəzinə 04.10.2020-ci il tarixdən başlayaraq 29.03.2021-ci il tarixədək Banka kredit məbləğini və ona hesablanmış faizlər üzrə 7 ay, hər ay 510 manat, cəmi 3570 manat ödəniş edilmişdir. Həmçinin, həmin mənzili əsaslı təmir etmişdir bunun üçün tərəfindən 15000 manat pul vəsaiti sərf edilmişdir. Dəfələrlə cavabdehdən qeyd edilən məbləğlərin qaytarılmasını istəsə də, cavabdeh ona qeyd edilən pul vəsaitini ödəməkdən imtina etmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ipoteka ödənişlərinin onun tərəfindən edildiyini sübut edən ödəniş qəbzlərinin 4 ədədinin cavabdehdə olduğunu, təmirə isə ən azı 15000 manat pul xərclədiyini bildirdi və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək iddiaçının mənzilə görə ondan pul almayacağını söz verdiyini, bu tələbin onun tərəfindən iddiaçıya qarşı qaldırılmış aliment tələbinin əvəzi olaraq qaldırıldığını, onda ödəniş qəbzlərinin olmadığını, təmirə isə iddiaçı tərəfindən 15000 manat yox, ümumilikdə 5-6 min manat arası vəsait xərcləndiyini bildirdi və bununla bağlı qiymətləndirmənin də keçirilməsinə etiraz etmədiyini bildirdi. Buna cavab olaraq, iddiaçı mənzilin təmiri ilə bağlı qiymətləndirmənin keçirilməsinə etiraz etdiyini, mənzilin yeni mülkiyyətçisini narahat etmək istəmədiyini bildirdi və cavabdehin dediyi 6 min manatla da razılaşdığını qeyd etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları təşkil edən: -X2 əvəzinə İddiaçı ilə Cavabdeh arasında notarial formada bağlanmış 29 mart 2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər 20.01.2027-ci il tarixədək X1na məxsus olan ünvan 1 ünvanında yerləşən 53 saylı mənzili bankda ipotekadan çıxartdıqdan, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 58500 manata alıcı Cavabdeh satılması barədə gələcəkdə alqı satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Alıcı Cavabdeh satış məbləğinin 9000 manatını nağd şəkildə satıcıya ödəmiş, satıcı isə həmin məbləği almışdır. Qalan 49500 manat vəsaitin hissə-hissə 20.01.2027-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. X1 ilə alıcı Cavabdeh arasında notarial formada bağlanmış 04 sentyabr 2020-ci il tarixli, 001 № li ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 01.07.2016-cı il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 53 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Satıcı ilə alıcı arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 40300 manatdır,mənzilin dəyərinin 5000 manat məbləğində olan hissəsi alıcı tərəfindən birdəfəlik olaraq satıcıya, 35300 manat məbləğində olan hissəsi isə kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələrinin alıcıya verilməsi yolu ilə ödənilməsi razılaşdırılmışdır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən 17.09.2020-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.əliyev prospekti, 30-cu məhəllə, ev 1A, mənzil 53 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. -3 ədəd Bank qəbzindən görünür ki, 22.02.2021, 03.03.2021 və 29.03.2021-ci il tarixlərində müştəri Cavabdeh əvəzinə kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ayrıayrılıqda 510 manat ödəniş edilmişdir. Satıcı Cavabdeh ilə alıcı X4 arasında notarial formada bağlanmış 05 aprel 2021-ci il tarixli, 003 № li ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən 17.09.2016-ci il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 53 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Satıcı ilə alıcı arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 47300 manatdır,mənzilin dəyərinin 15000 manat məbləğində olan hissəsi alıcı tərəfindən birdəfəlik olaraq satıcıya, 32300 manat məbləğində olan hissəsi isə kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələrinin alıcıya verilməsi yolu ilə ödənilməsi razılaşdırılmışdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(010)- 3178/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə 12 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X6 izahatında bildirdi ki, mənzil ipotekada idi, alqı-satqıya Minurə xanım da gəlmişdi. Mənzilə görə 9000 manat nağd ödənilmişdir. Mənzillə bağalı bütün işləri Yaşar görüb. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər bir müddət birgə yaşamışlar və onların bir yetkinlik yaşına çamayan uşaqları vardır. Sözügedən mənzillə bağlı əvvəlcə üçüncü şəxslə cavabdeh arasında ilkin müqavilə imzalanmış, həmin müqavilədə satıcını iddiaçı təmsil etmiş, sonradan əsas alqı-satqı müqaviləsi imzalanmış və bu əqd əsasında cavabdeh mənzilin mülkiyyətçisinə çevrilmişdir. Hazırda həmin mənzil alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılmışdır. İddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, mənzil ipoteka ilə yüklü olmuş, ilkin müqavilə imzalanda, baxmayaraq ki, müqavilədə qeyd edilməyib, birinci dəfə nağd şəkildə 9000 olmaqla, ödənişlər əslində onun tərəfindən aparılıb, əsas alqı-satqı müqaviləsi bağlanandan sonra da, banka aylıq kredit ödənişlərini ümumilikdə 7 dəfə o edib. Həmçinin, mənzilin təmiri və avadanlıqların alınması da onun vəsaiti hesabına aparılıb. Cavabdehin iddiaya etirazı ondan ibarətdir ki, iddiaçı mənzilə görə vəsait xərcləsə də, əvvəla onların arasında razılaşma olub ki, iddiaçı mənzilə sərf etdiyi vəsaiti ondan tələb etməyəcək, bundan əlavə bütün vəsait təkcə iddiaçı tərəfindən yox, eləcə də onun tərəfindən də xərclənmişdir. Təmirə isə tələbdə göstərilən qədər məbləğ xərclənə bilməzdi. Məhkəmə hazırkı mübahisəyə ailə qanunvericiliyinin tələbləri baxımından yox, mülki qanunvericiliyin tələbləri baxımından yanaşmağı əsaslı hesab edir. Çünki, tərəflər arasında rəsmi nikah qeydə alınmamışdır. Məhkəmə hazırkı mübahisəyə əssassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından yanaşır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ilkin alqı-satqı müqaviləsinin bağlanması üçün ödənilmiş 9000 manatın və "xxxx" ASC-yə ödənilən, kredit məbləği və ona hesablanmış faizlərin əvəzi olaraq 27723 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı bildirir ki, tələb bu hissədə iddiaçı tərəfindən sübut edilmədiyinə görə təmin edilə bilməz. Cavabdehdən 9000 manatın tutulması ilə bağlı qeyd edilməlidir ki, işdə olan notarial müqaviləyə görə bu məbləğ ilkin ödəniş şəklində cavabdeh tərəfindən satıcıya ödənilmişdir. Həmin məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı mötəbər sübut yoxdur. Şahid ifadəsinə gəldikdə isə, məhkəmə şahid ifadəsini iddia tələbinin qeyd edilən hissələrinin əsaslı hesab edilməsi üçün kifayət hesab etmir. İddia tələbinin mənzilin alqı-satqısından sonra ödənilmiş 3570 manat pulun və mənzilin əsaslı təmir edilməsi və mətbəx mebelinin alınması üçün xərclənmiş 15000 manat pulun cavabdehdən tutulması hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, işin hallarından da göründüyü kimi, qeyd edilən mənzil cavabdeh tərəfindən müqavilə əsasında alınmış, sonradan isə üçüncü şəxsə satılmışdır. İşdə olan bank qəbzlərinə görə mənzilə görə kredit ödənişləri 3 dəfə iddiaçı tərəfindən həyata keçirilmişdir. Həmçinin, tərəflərin izahatlarından müəyyən edilir ki, mənzilin təmirinə də iddiaçı tərəfindən vəsait xərclənmişdir. Tərəflər arasında mövcud olan münasibət pozulmuşdur. Deməli, cavabdehin iddiaçının hesabına mənfəət əldə etməsi üçün (mənzilin kredit haqqının 3 dəfə iddiaçı tərəfindən ödənilməsi və təmirə və avadanlığın alınmasına vəsait xərcləməklə mənzilin dəyərinin artırılması) qanuni və ya müqavilə əsası mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normlarının tələbləri baxımından qismən əsaslıdır. Cavabdeh kredit ödənişinin onun tərəfindən 7 dəfə aparıldığını bildirsə də, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənzil alqı-satqı edildikdən sonra iddiaçı tərəfindən ödənilmiş 3570 manatın tutulması hissəsində qismən, yəni 1530 manat həddində əsaslıdır. Təmir xərcləri və mebelin alınması ilə bağlı isə, iddiaçı bu məbləğin 15000 manat olduğunu, cavabdeh isə 6000 manat civarında olduğunu bildirir. Təmirə və mebelin alınmasına iddiaçı tərəfindən vəsait xərclənməsi işin mübahisəsiz halıdır. Çünki, hər iki tərəf bu halı izahatları ilə təsdiq edir. Məbləğin müəyyən edilməsi ilə bağlı isə cavabdeh iş üzrə qiymətləndirmənin təyin edilməsini xahiş etmiş, iddiaçı isə buna razı olmamış və cavabdehin bildirdiyi 6000 manatla razılaşdığını bildirmişdir. Ona görə də, məhkəmə iddia tələbini bu hissədə 6000 manat həddində əsaslı sayır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu tərəflər arasında iddianın təmin edilmiş hissəsinə mütənasib bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Rəsulova Mı̇ nurə Mahmudovnadan mənzilin dəyəri üzrə 1530 (bir min beş yüz otuz) manat və mənzilin təmiri və avadanlıqların alınmasına görə 6000 (altı min) manat olmaqla, ümumilikdə 7530 (yeddi min beş yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı Kərı̇ mov Yaşar Rafı̇ q oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı Cavabdeh alınıb İddiaçı verilsin, qalan 20 manatı isə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar