Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4742/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Vakala” borc müqaviləsi üzrə 1248,15 manat məbləğində əsas borc olmaqla, cəmi 1248,15 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasıın xahiş etmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş MAPS arayışı cavabdeh kimi qeyd edilmiş Cavabdeh yox, ad soyadı eyni olan digər şəxsə məxsusdur. Məhkəmə iclasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 Cavabdeh qeydiyyat ünvanının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində qeydiyyatda olduğunu bildirdi və işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyətinə uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, Məhkəmə işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, iş aidiyyət qaydalarının pozulması nəticəsində məhkəmənin icraatına qəbul edilmişdirsə, onda məhkəmə işi ərazi aidiyyəti üzrə göndərməlidir. Hazırki işdən görünür ki, iddia ərizəsi məhkəməyə 05.08.2020-ci il tarixdə daxil olmuş, iddia ərizəsinə əlavə edilmiş MAPS arayışında cavabdehin ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Baladin 42 olaraq qeyd edildiyindən iş məhkəmənin icraatına qəbul edilmişdir. Lakin elektron məhkəmə sistemindən araşdırılarkən cavabdehin əslində digər şəxs olması və onun ünvanın Nizami rayonu olması müəyyən edilmişdir. MPM-nin 45.2-ci maddəsinin əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun tutulması tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4742/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4742/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver