Məhkəmə qərarları › İş №2(010)-4763/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4763/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4763/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2288,83 manat əsas, 553,44 manat faiz olmaqla cəmi 2842,27 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 22.01.2020-ci iİ tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29.5% ödəmək şərtilə 2288,83 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 2796,40 manat əsas, 553,44 manat faiz, manat cərimə, cəmi 2842,27 manat borcu yarandığından iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında 22.01.2020-ci il tarixli Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 60 ay müddətinə illik 29.5% ödəmək şərtilə 2288,83 manat məbləğində kredit verilmişdir. O, "xxxx" Kommersiya Bankı ASCnin daimi müştərisi olmuşdur. Arvadının əməliyyatına görə pul lazım olduğu üçün əvvəlki beş yüz manat borcunu bağlayıb yenidən kredit almaq üçün "xxxx" Kommersiya Bankı ASC-yə yaxınlaşmışdır. Ondan əlavə olaraq 103 manat pul tutulmuşdur. O, hər ay vaxtı vaxtında ödənişlər etdiyini bildirmişdir. Karantin olduğundan qrafikdə nəzərdə tutulan ödənişdən daha az ödənişlər etmişdir. O "xxxx" Kommersiya Bankı ASC-yə yaxınlaşıb faizi dayandırılmasını tələb edib əsas borcu ödəməyi təklif etmişdir, lakin bank bununla razılaşmamışdır. O, bundan sonra bir müddət ödəniş etməyi dayandırmışdır. Müəyyən müddət keçdikdən sonra o yenidən ödənişlər etməyə başlayıb. Odur ki iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, "borcun tutulması” tələbi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh– “Müştəri” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə illik 29.5% ödəmək şərtilə 2700 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin 26 iyul 2021-ci il tarixli arayışından görünür ki, Cavabdehnın 22.01.2020-ci iİ tarixli kredit müqaviləsinə əsasən 2288,83 manat əsas, 553,44 manat faiz borcu olmaqla cəmi 2842,27 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 22.01.2020-ci iİ tarixli Kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 2288,83 manat əsas, 553,44 manat faiz cəmi 2842,27 manat borcun tutulması barədə iddia tələbi təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 2288,83 manat əsas, 553,44 manat faiz manat, cəmi 2842,27 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təsvir olunanlara əsasən, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2288,83 (iki min iki yüz səksən səkkiz manat 83 qəpik) manat əsas, 553,44 (beş yüz əlli üç manat 44 qəpik) manat faiz cəmi 2842,27(iki min səkkiz yüz qırx iki manat 27 qəpik) manat məbləğində borc və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar