Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-477/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********26686 “NOKİA 150 DS markalı telefon üçün 13 manat ödənilməmiş hissə və 4 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefon, X6 Xiaomu Mi qoruyucu ekran üçün 427 manat ödənilməmiş məbləğ və 89 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35706 “X5 8” markalı telefon üçün 266 manat ödənilməmiş məbləğ və 34 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən X4, Kombi Stabilizator, Qaz requlyatoru üçün 2664 manat ödənilməmiş hissə və 300 manat dəbbə pulu və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3827 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, “xxxx” MMC Cavabdeh xx xxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 6 ay müddətinə hər ay 13 manat ödəniş edilməklə cəmi dəyəri 78 manat olan İMEİ kodu **********26686 “NOKİA 150 DS markalı telefonu, xx xxxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 15 ay müddətinə, hər ay 33 manat ödəniş edilməklə cəmi dəyəri 495 manat olan İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefonu, X6 Xiaomu Mi qoruyucu ekranı, xx xxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 18 ay müddətinə, ilkin ödəniş 245 manat olmaqla, hər ay 19 manat ödəniş edilməklə cəmi dəyəri 587 manat olan İMEİ kodu **********35706 “X5 8” markalı telefonu və xx xxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 24 ay müddətinə,ilkin ödəniş 10 manat olmaqla, hər ay 111 manat ödəniş edilməklə cəmi dəyəri 2674 manat olan X4, Kombi Stabilizator, Qaz requlyatoru nisyə satmışdır. Cavabdeh həmin Müqavilələr üzrə ümumilikdə 464 manat məbləğdə ödənişlər etsə də, sonradan heç bir ödəniş etməmiş və həmin müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliklərini icra etməmiş və borcunu sonadək ödəməmişdir. xx xxxxxxx 2019-cu il tarixli Müqaviləyə cavabdehə satılmış İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefon onda olan nasazlıqlara görə cavabdeh tərəfindən onlara qaytarılmış və qızıl zəmanətdə göstərilən şərtlər nəzərə alınmaqla bunun əvəzində cavabdehlə xx xxxxxx 2019-cu il tarixdə rəsmləşdirilmiş Müqavilə əsasında İMEİ kodu **********35706 “X5 8” markalı telefon yarı qiymətə satılmışdır. Məhz bu əsaslara görə iddiaçının xx xxxxxxx 2019-cu il tarixli Müqavilə üzrə, yəni nasazlıqlara görə qaytarılmış telefonun satışı ilə bağlı cavabdehdən borc tələb edilməsi hüququ yaranmışdır. Bununla da, Cavabdeh iddiaçıya xx xxxxxx 2019cu il tarixli müqavilə üzrə 13 manat ödənilməmiş hissə və 4 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 427 manat ödənilməmiş məbləğ və 89 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 266 manat ödənilməmiş məbləğ və 34 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.664 manat ödənilməmiş hissə və 300 manat dəbbə pulu borcu yaranmışdır. Ona görə də, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 13 manat ödənilməmiş hissə və 4 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 427 manat ödənilməmiş məbləğ və 89 manat dəbbə, xx xxxxxx 2019cu il tarixli müqavilə üzrə 266 manat ödənilməmiş məbləğ və 34 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.664 manat ödənilməmiş hissə və 30 dəbbə pulunun və eləcə də, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul etdiyini bildirərək göstərdi ki, “xxxx” MMC ilə bağlanmış “xx xxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 6 ay müddətinə hər ay 13 manat ödəniş edilməklə, cəmi dəyəri 78 manat olan İMEİ kodu **********26686 “NOKİA 150 DS markalı telefonunu əldə etmişdir. Eyni şərtlərlə o, xx xxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 24 ay müddətinə, ilkin ödəniş 10 manat olmaqla, hər ay 111 manat ödəniş edilməklə cəmi dəyəri 2674 manat olan X4, Kombi Stabilizator, Qaz requlyatorunu nisyə almışdır. Lakin səhhətində yaranmış problemləri ilə əlaqədar olaraq hər iki müqavilə üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Bu baxımdan həmin hissədə iddianı qəbul edir, lakin xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış dəbbə borcunu azaldılmasını məhkəmədən xahiş edir. Digər iki müqavilə üzrə iddia tələbləri ilə əlaqədar qeyd etməyi istəyir ki, xx xxxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 15 ay müddəti ərzində hər ay 33 manat ödəniş edilməklə cəmi dəyəri 495 manat olan İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefonu, X6 Xiaomu Mi qoruyucu ekranı əldə etsə də, bir müddət sonra həmin telefonda nasazlıqlar yarandığına görə onu iddiaçının servis xidmətinə aparmışdır. Orada 2-3 saat müayinə apardıqdan sonra ona bildirmişlər ki, telefondaki nasazlıqları aradan qaldırmaq mümkün deyildir. Belə olduğu halda ona təklif olunmuşdur ki, həmin nasaz olan telefon əvəzində ona başqa bir telefon verilsin. O, razı olmuş və nasaz telefon iddiaçıya təhvil verəndən sonra xx xxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 18 ay müddətinə, ilkin ödəniş 245 manat olmaqla, hər ay 19 manat ödəniş edilməklə cəmi dəyəri 587 manat olan İMEİ kodu **********35706 “X5 8” markalı telefonu almışdır. Həmin telefonun alqısatqısı müqaviləsinə görə yaranmış borcu qəbul edir və digər alqı-satqı müqavilələri üzrə yaranmış öhdəlikləri ilə birlikdə hissə-hissə tam icra edəcəkdir. Ona görə də iddia tələbinin qismən təmin edilməsinə etiraz etmir, xx xxxxxxx 2019-cu il tarixli Müqavilə üzrə borcun tutulmasının rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 78 manat olan İMEİ kodu **********26686 “NOKİA 150 DS” markalı telefon hər ay 13 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC - “satıcı”, Cavabdeh - “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 587 manat olan İMEİ kodu **********35706 “X5 8” markalı telefon ilkin ödəniş 245 manat olmaqla, hər ay 19 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2674 manat olan olan X4, Kombi Stabilizator, Qaz requlyatoru ilkin ödəniş 10 manat olmaqla, hər ay 11 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş 12 oktyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdehnın xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 13 manat ödənilməmiş hissə və 4 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 427 manat ödənilməmiş məbləğ və 89 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 266 manat ödənilməmiş məbləğ və 34 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.664 manat ödənilməmiş hissə və 300 dəbbə pulu borcu olmaqla – cəmi 3.797 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, xx xxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 13 manat və 4 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 266 manat əsas borc və 34 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.664 manat məbləğində əsas borc məbləği cavabdehdən tutulmalıdır. Bununla belə xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 30 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə aşağıdakılara əsasən xx xxxxxxx 2019-cu il tarixli “xxxx” MMC - “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı iddia tələbini əsassız hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, hər ay 33 manat ödəniş edilməklə cəmi dəyəri 495 manat olan İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefonu, X6 Xiaomu Mi qoruyucu ekranının əldə olunması ilə bağlı “xxxx” MMC - “satıcı”, Cavabdeh – “alıcı” olmaqla tərəflər arasında xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, qeyd olunan alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh satılmış İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefonda nasazlıqların aşkar edilmiş və həmin telefon “xxxx” MMC-yə geri qaytarılmışdır. Bundan sonra tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlanaraq, sonuncuya İMEİ kodu **********35706 “X5 8” markalı telefon satılmışdır “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycam Respublikasının Qanunun 7. 1-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur : lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Sadalanan xüsusatlara və qanunvericilik aktı normasının müddəalarını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur aşkar etdiyinə görə satıcıdan lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququna malik olmuş və bu dəyişdirmə satıcı tərəfindən bu şərtlərlə həyata keçirilmişdir ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlanaraq, sonuncuya İMEİ kodu **********35706 “X5 8” markalı telefon satılmışdır. Bununla belə qeyd edilməlidir ki, xx xxxxxx 2019-cu il tarixli müqavilə şərtlərində həmin müqavilənin xüsusi şərtlərlə, o cümlədən alıcı Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə daşıdığı vəzifələrin 09 noyabr tarixdə bağlanan alqı-satqı müqaviləsinə keçirilməsi əks olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3.-ci maddəsinin tələblərinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qanunvericiliyin qeyd olunan normalarının müddəlarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, alıcı Cavabdeh satılmış İMEİ kodu **********10017 “X7 4 GB” markalı telefonda nasazlıqların aşkar edilməsi ilə həmin telefonun “xxxx” MMC-yə geri qaytarılması ilə tərəflər arasında qeyd olunan telefonun alqı-satqısı ilə əlaqədar bağladıqları xx xxxxxxx 2019-cu il tarixli müqavilə münasibətlərinə xitam verilmişdir. Bu isə müqaviləyə xitam verildikdən sonra iddiaçıya həmin müqavilə üzrə cavabdehdən öhdəliklərin icrası ilə əlaqədar yaranmış borcunu tələb edilməsini istisna edir. Bu baxımdan məhkəmə iddiaçının nümayəndəsinin tərəflər arasında bağlanmış alqısatqı zamanı qızıl zəmanətin şərtlərinə istinadən xx xxxxxx 2019-cu il tarixli İMEİ kodu **********35706 “X5 8” markalı telefonun alqı-satqı müqaviləsinin güzəştli şərtlərlə bağlanmasına dair dəlilinə qiymət verib bu dəlili əsassız hesab edir. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinin tələblərinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 614.3.-cü maddəsinin tələbinə görə isə fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Bu normaların sistemli təhlili onu deməyə əsas verir ki, qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Bununla belə müqavilənin şərtləri müəyyən edildiyi zaman qanunla müəyyən edilmiş qaydalara uyğun olmalıdır. Bu baxımdan hazırki iddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə ilə əlaqədar verilmiş qızı zəmanətin şərtləri müəyyənləşdirildiyi zaman satıcı tərəfindən Qüsuru olan mal satılarkən istehlakçının hüquqlarını qoruyan istehlakçıların hüquqlarının qorunması haqqında qanunun imperativ xarakter daşıyan yuxarıda qeyd olunan qanunun müddəalarına zidd olan qaydaların müəyyənləşdirilməsi qanunsuz olmuşdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 04 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 13 manat məbləğində ödənilməmiş dəyəri və 4 manat məbləğində dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 266 manat məbləğində ödənilməmiş dəyəri və 34 manat məbləğində dəbbə pulu və xx xxxxxx 2019cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 2.664 manat məbləğində ödənilməmiş dəyəri və 30 manat məbləğində dəbbə pulu “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 13 (on üç) manat məbləğində borc və 4 (dörd) manat məbləğində dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 266 (iki yüz altmış altı) manat məbləğində borc və 34 (otuz dörd) manat məbləğində dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.664 (iki min altı yüz altmış dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 3.041 (üç min qırx bir) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-477/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-477/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver