Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-477/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1690 manat məbləğində pul vəsaiti və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi Şahəli adlı şəxsə Bakı şəhərində yerləşən öz şəxsi evini təmir etmək üçün inşaat ləvazimatları alış-verişi edərək 2790 manat məbləğində ona pul ödəmişdir. Lakin cavabdehdən aldığı parketlər keyfiyyətsiz olduğundan Şahəli ilə danışaraq malları geri qaytarmışdır. Şahəli ona keyfiyyətsiz malları geri qaytarmağı və yenisini alıb yeni ödəniş etməsini bildirmişdir. Həmçinin cavabdeh keyfiyyətsiz mallara görə etdiyi ödənişləri də ona geri qaytaracağına dair söz vermişdir. O da keyfiyyətsiz malları cavabdehə geri qaytarmış və yeni mallar götürərək cavabdehə inanıb yenidən ödəniş etmişdir. Daha sonra, Şahəli əvvəlcə ona ödədiyi puldan müəyyən vaxtlarda bir hissəsini qaytarmış, lakin 1690 manat məbləği qaytarmamışdır. O, dəfələrlə cavabdehə borcunu qaytarmasını təklif etmiş, lakin bu danışıqlardan uzun müddət keçməsinə baxmayaraq, Şahəli ona qalıq borcunu qaytarmamışdır. Bu məsələ ilə bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-yə ərizə ilə müraciət etmiş, müraciəti əsasında 4-cü PŞ-də materiallar toplanmış və Şahəli həmin şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Tədqiqat zamanı Şahəli izahat verərək, göstərilmiş xüsusatları təsdiq etmiş və ona 1690 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Aralarında olan mübahisə mülki xarakter daşıdığından Binəqədi RPİ-nin 4-cü PŞ-nin xx.xx.2024-cü il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi) qərarı qəbul edilmişdir. Bu səbəbdən o, Şahəliyə qarşı “pul” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər sübutlar iddia ərizəsinə əlavə edilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı olan borcu 1700 manatdır. Geri qaytarılan parket bu günə qədər satılmamışdır və yaxın zamanda onun borcunu qaytaracaq. İşlərin yaxşı getməməsi səbəbindən gecikmə olmuşdur. Yekunda, ailə vəziyyəti ilə bağlı məhkəmədə iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir.
İş materialları.
5. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Hacıyev Şəhliyar tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, İddiaçı müraciəti üzrə 1-HK-1249 saylı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın təsviri hissəsində - təhqiqat zamanı vətəndaş Cavabdeh izahat verərək, İddiaçı ərizəsində və izahatında göstərilmiş xüsusatları təsdiq etməsi və İddiaçı 1690 manat məbləğində borcunun olmasını etiraf etməsi qeyd edilmişdir.
Şahid ifadəsi.
6. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş Şahid bildirdi ki, İddiaçı əmisi nəvəsidir. Cavabdeh parket almağa Yusiflə birlikdə o da getmişdir. Belə ki, o özü ustadır. Materialları aldıqdan sonra parketin keyfiyyətsiz çıxdığını görmüşdür. Bundan sonra parketi cavabdehə qaytarmışlar. Həmin vaxt cavabdeh onlara demişdir ki, yeni parketi anbardan çıxarmaq üçün pul ödənməlidir. İddiaçı da bu pulu ödəmişdir. Cavabdeh demişdir ki, keyfiyyətsiz parketin pulunu bir aya qaytaracaq. Təxminən 1590-1690 manat civarında borcu qalmışdır.
İşin faktiki halları.
7. İddiaçı və Cavabdeh arasında parket alğı-satqısına dair şifahi müqavilə bağlanmış, bu müqaviləyə əsasən, cavabdeh (satıcı) iddiaçıya (alıcıya) parket satmış, iddiaçı aldığı parketin pulunu ödəmişdir.
8. İddiaçı Cavabdeh aldığı parketi keyfiyyətsiz olması əsası ilə cavabdehə qaytarmışdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
12. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında parketin alğı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, alıcı İddiaçı Cavabdeh parket almış, aldığı parketin pulunu ödəmişdir. Lakin iddiaçı sonradan aldığı parketi keyfiyyətsiz olması əsası ilə cavabdehə geri qaytarmışdır. Cavabdeh bununla razılaşmış, iddiaçıya yeni parket satmış, iddiaçının qaytardığı parketin pulunu ona qaytarmağı öhdəsinə götürmüşdür.
13. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, o, məhkəməyə ünvanladığı ərizədə İddiaçı iddiasının əsasını təşkil edən faktı – iddiaçının geri qaytardığı parketə görə ona borclu olduğunu – etiraf etmişdir. Belə ki, cavabdeh ərizəsində qeyd etmişdir ki, iddiaçının geri qaytardığı parket bu günə qədər satılmadığına görə onun borcunu qaytara bilməmişdir, lakin yaxın zamanda borcu qaytaracaq. Həmçinin iş materiallarında olan İddiaçı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciəti əsasında aparılmış təhqiqat araşdırmasının yekununda qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma gedişində təhqiqatçı tərəfindən izahatı alınan Cavabdeh ərizəçi İddiaçı ərizəsində qeyd etdiyi xüsusatları təsdiq etmiş, ona 1690 manat məbləğində borcu olmasını etiraf etmişdir.
14. Bu vəziyyətdə Cavabdeh etirafı əsasında İddiaçı öz tələbinin əsaslandığı faktı sübut etmək vəzifəsindən azad hesab edilir. Belə ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
15. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən ona satılmış və sonradan keyfiyyətsiz olduğuna görə (cavabdeh tərəfindən keyfiyyəti mübahisələndirilmədən) qaytardığı parket üçün cavabdehə ödədiyi pulu ondan tələb etməkdə haqlı olmuşdur. Ona görə ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Tələb edilən pulun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə hər nə qədər İddiaçı 1700 manat məbləğində borcu olduğunu bildirsə də, iddiaçı cavabdehdən 1690 manat məbləğində pul tələb etmişdir. Həmçinin yuxarıda istinad edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, İddiaçı həmin vaxt da Cavabdeh parket satışı ilə əlaqədar ona məhz 1690 manat məbləğində borcu olduğunu bildirmiş, Cavabdeh öz izahatında bu halı təsdiq etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığını və tələbdən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna halların olmadığını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1690 manat məbləğində pul tutulmalıdır.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1690 manat məbləğində pul və ödənilmiş 40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1690 (min altı yüz doxsan) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva