Məhkəmə qərarları › İş №2(010)-48/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-48/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-48/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra LPO “xxxx” ASC-nin ləğvedicisi ƏSF) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 24AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LPO “xxxx” ASC qarşısında 140007.47 manat əsas borc, faiz borcu üzrə 16254.41 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 20275.92 manat, cəmi borc üzrə 176537.80 manat borcun və LPO “xxxx” ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının cavabdehlərdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 24AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, 20%-lə 145800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tərəfindən 3 ədəd “İsuzu Ecobus” markalı, 99CP805, 99CP806, 99CP807 qeydiyyat nişanlı (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) sərnişin daşıma avtobusları girov qoyulmuşdur. Bu barədə “xxxx” ASC və Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli, 24İP/F20-12 saylı girov müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq, eyni zamanda “xxxx” ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixli, 24ZA/F20-12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Bank tərəfindən cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq edilsə də cavabdehlər borcun qaytarılmasından yayınmışdır. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 24AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh2 LPO “xxxx” ASC qarşısında 140007.47 manat əsas borc, faiz borcu üzrə 16254.41 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 20275.92 manat, cəmi borc üzrə 176537.80 manat borcu yaranmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı tərəf iş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə etiraz təqdim edərək ekspert rəyində əsas borcun iddia tələbi ilə ziddiyyət təşkil edəcək dərəcədə azaldıldığı bildirmiş, rəyin nəzərə alınmamasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan ********* nömrəli cinayət işində “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıb-qalmaması barədə Baş İdarəyə, eyni zamanda bununla bağlı arayış təqdim edilməsi üçün LPO “xxxx” ASC-nin ləğvedicisi ƏSF-yə sorğu ilə müraciət edilməsini xahiş etmişdir. O, müvafiq sorğulara veriləcək cavablar əsasında borcun tam olaraq ödənilmiş olduğunun müəyyən ediləcəyini bildirmişdir. Cavabdehlərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: “xxxx” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsindən görünür ki, Borc verən Borc alana 145800 manat məbləğində pulu 48 ay müddətinə, illik 20%-lə kreditə verməyi, Borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. “xxxx” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24ZA/F20-12 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin “xxxx” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durur, Borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə Zamin və Borcalan Bank qarşısında eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. “xxxx” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24İP/F20-12 saylı girov müqaviləsindən görünür ki, “xxxx” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq üç ədəd “İsuzu Ecobus” markalı sərnişindaşıma avtobusu (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) girov qoyulmuşdur. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 LPO “xxxx” ASC-yə 140007.47 manat əsas borc, 16254.41 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 20275.92 manat faiz borcu olmaqla, cəmi 176537.80 manat məbləğində borcu vardır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2012-ci il tarixli, 088970 nömrəli Çıxarışdan görünür ki, “İsuzu Ecobus” markalı, 99CP805, 99CP806, 99CP807 qeydiyyat nişanlı nəqliyyat vasitələri “xxxx” ASCnin xeyrinə yüklü edilmişdir. “xxxx” ASC tərəfindən Cavabdeh2 və Cavabdeh2 ünvanlanmış xx.xx.2019-cu il tarixli kredit borcunun ödənilməsinə və girov predmetinə tutma yönəldilməsinə dair bildirişin surətindən görünür ki, borcun ödənməyəcəyi təqdirdə girov predmetinə tutma yönəldiləcəyi barədə borcalana xəbərdarlıq edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli avtomobilin qiymətləndirilməsinə dair hesabatlardan görünür ki, Cavabdeh2 məxsus olan “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 2000 manat, “İsuzu Ecobus” markalı, **- CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 2000 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 3500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 5579 nömrəli rəydən görünür ki, Cavabdeh2 iddiaçı LPO “xxxx” ASC-yə olan borcu müqavilə müddəti bitən tarixə (xx.xx.2016-cı il tarixinə) əsas borc üzrə 139535.06 manat; faiz borcu üzrə 16250 manat; maliyyə arayışında borcun hesablandığı tarixə (xx.xx.2019-cu il tarixinə - kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi 5% ilə hesablanmaqla) əsas borc üzrə 139535.06 manat, faiz borcu üzrə 36463.20 manat müəyyən edilir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində LPO “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 23AV/F20-12 nömrəli kredit müqaviləsi ilə bağlı hər hansı cinayət təqibi aparılmır. LPO “xxxx” ASC-nin ləğvedicisi ƏSF tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, cinayət işi ilə bağlı Bankın hesabına heç bir vəsait mədaxil edilməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank qarşısında kredit öhdəliyi məhkəməyə təqdim edilmiş iddia tələbində və maliyyə arayışında qeyd edildiyi kimidir. Məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 145800 manat məbləğində pul 48 ay müddətinə, illik 20%-lə verilmiş, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 isə Bankla aralarında bağlanmış eyni tarixli zaminlik müqaviləsi ilə həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli girov müqaviləsi bağlanmış, üç ədəd “İsuzu Ecobus” markalı sərnişindaşıma avtobusu girov qoyulmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh2, eyni zamanda bu öhdəliklərin icrasına zamin durmuş digər Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda lazımi qaydada ödənişlər etməmiş, nəticədə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin iddia tələbindən görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə əsas kredit müqaviləsi ilə eyni tarixdə - xx.xx.2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı da bu müqavilə üzrə borcun ödənilməsini həm əsas borclu, həm də zamindən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi zaminə münasibətdə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı iş üzrə Cavabdeh1 zamin olduğu kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə 48 aylığa bağlanmış, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Göründüyü kimi iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək müddəti artıq keçmişdir. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Lakin cavabdehdən tutulacaq borcun məbləğində gəldikdə isə məhkəmə iddia tələbi ilə qismən razılaşmır. Belə ki, iddiaçı Bank tərəfindən cavabdehlərdən 140007.47 manat əsas borc, 16254.41 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 20275.92 manat borc tələb edilsə də iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası əsasında verilmiş ekspert rəyində müvafiq məbləğlər əsas borc üzrə 139535.06 manat; faiz borcu üzrə 16250 manat; maliyyə arayışında borcun hesablandığı tarixə (xx.xx.2019-cu il tarixinə - kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi 5% ilə hesablanmaqla) əsas borc üzrə 139535.06 manat, faiz borcu üzrə 36463.20 manat müəyyən edilmişdir. İddiaçı Bank isə öz növbəsində həmin rəyə etiraz edərək rəydə əsas borc məbləğinin əhəmiyyətli dərəcədə azaldıldığını və bu məbləğin iddia tələbi ilə ziddiyyət təşkil etdiyini bildirirərək rəyin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməsindəki məqsəd iddia tələbinin təsdiqlənməsi deyil, iş üzrə hesablanması xüsusi bilik tələb edə borc məbləğlərinin ayrı-ayrılıqda müəyyən edilməsidir. Digər tərəfdən, iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alacaq heç bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Elə rəyə etiraz edən iddiaçı Bank da əsas borcun iddia tələbi ilə ziddiyyət təşkil edəcək dərəcədə azaldılmasından başqa, ekspert rəyinin nəyə görə qeyri-dəqiq hesab edilməli olduğunu əsaslandıra bilməmişdir. Üstəlik, iddiaçı Bankın qeyd etdiyindən fərqli olaraq, ekspert rəyində iddia tələbi ilə müqayisədə əsas borc əhəmiyyətli dərəcədə deyil, 472.41 manat məbləğində azaldılmışdır ki, bu məbləğ əsas borcun ümumi məbləğinin 0.3%-nə barəbərdir və bu səbəbdən əhəmiyyətli azalma kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə iş üzrə təyin edilmiş məhəmə mühasibatlıq ekspertizasının rəyini əsaslı hesab edir və cavabdehdən tutulacaq borcun əsas və faiz borcu üzrə ekspert rəyinə uyğun olaraq tutulmalı olması nəticəsinə gəlir. Yəni, Cavabdeh2 iddiaçı Bankın xeyrinə 139535.06 manat əsas borc, 16250 manat faiz tutulmalıdır. Kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% faiz dərəcəsi ilə hesablanmış borc tələbini də məhkəmə əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Müvafiq ekspert rəyində bu məbləğ 36463.20 manat kimi müəyyən edilsə də məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından bu borcun cavabdehdən iddia tələbində göstərildiyi kimi – 20275.92 manat məbləğində tutulması nəticəsinə gəlir. Bu hissədə məhkəmə cavabdeh tərəfin iddiaçı Banka heç bir borcun qalmamış olmasına dair mövqeyinə münasibət bildirməyi də zəruri hesab edir. Belə ki, məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan ********* nömrəli cinayət işində “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23AV/F20- 12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıb-qalmaması barədə Baş İdarəyə, eyni zamanda bununla bağlı arayış təqdim edilməsi üçün LPO “xxxx” ASC-nin ləğvedicisi ƏSF-yə sorğu ilə müraciət edilməsini xahiş etmişdir. O, müvafiq sorğulara veriləcək cavablar əsasında borcun tam olaraq ödənilmiş olduğunun müəyyən ediləcəyini bildirmişdir. Məhkəmə tərəfindən müvafiq sorğularla həm Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, həm də iddiaçı Bankın Ləğvedicisinə müraciət edilmiş, cavabdeh tərəfin istinad etdiyi kimi borcun ödənilmiş olması halı müəyyən edilməmişdir. Əksinə, İdarə sorğuya verdiyi cavabda belə bir cinayət təqibi aparılmadığını, Ləğvedici isə kredit müqaviləsi üzrə bu əsasla Banka heç bir ödəniş edilmədiyi, ümumiyyətlə iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra borclular tərəfindən hər hansı ödəniş edilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmiş olması ilə bağlı arqumentlərini əsassız hesab edir. İddia tələbinin ikinci hissəsi – tələbin girov predmetinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Bu Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Bu Qanunun 18.4-cü maddəsinə əsasən, əgər yüklülük predmetinin satışından götürülən məbləğ yüklülük sahibinin tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda yüklülük sahibinin yüklülüyə əsaslanan üstünlük hüququ yoxdur. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddəti cavabdeh tərəfindən pozulduğundan iddiaçının tələbi girov predmetinə yönəltmək hüququ yaranmışdır. Girov predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 2000 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 2000 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 3500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə müvafiq rəydə heç bir ziddiyyətli məqam olmadığı qənaətinə gələrək rəylə razılaşır və girov predmetinin ilkin satış qiymətinin cəmi 7500 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumu və 0.40 manat xidmət haqqı da Cavabdeh2 iddiaçı Bankın xeyrinə tutulmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının cəmi dəyəri 450 manat, mühasibatlıq ekspertizasının dəyəri isə 145 manat məbləğindədir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə uyğun olaraq müvafiq ekspertiza xərcləri cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanlara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 139535.06 manat əsas borc, 16250 manat faiz borcu və kredit müqaviləsi bitdikdən sonra hesablanmış 20275.92 manat faiz borcu olmaqla, cəmi 176060.98 manat (yüz yetmiş altı min altmış manat doxsan səkkiz qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı tutularaq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh2 məxsus “İsuzu Ecobus” markalı, 99CP805, 99CP806, 99CP807 qeydiyyat nişanlı (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) sərnişin daşıma avtobuslarına yönəldilməli, avtobusların ilkin satış qiyməti **-CP-*** dövlət qeydiyyat nişanlı avtobus üçün 2000 manat, **-CP-*** dövlət qeydiyyatlı avtobus üçün 2000 manat, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobus üçün 3500 manat olmaqla, cəmi 7500 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə ediləcək vəsaitdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının cəmi dəyəri olan 450 (dörd yüz əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ödənilməli, iş üzrə aparılmış mühasibatlıq ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 139535.06 manat əsas borc, 16250 manat faiz borcu və kredit müqaviləsi bitdikdən sonra hesablanmış 20275.92 manat faiz borcu olmaqla, cəmi 176060.98 manat (yüz yetmiş altı min altmış manat doxsan səkkiz qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı tutularaq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh2 məxsus “İsuzu Ecobus” markalı, 99CP805, 99CP806, 99CP807 qeydiyyat nişanlı (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) sərnişin daşıma avtobuslarına yönəldilsin. Avtobusların ilkin satış qiyməti **-CP-*** dövlət qeydiyyat nişanlı avtobus üçün 2000 manat, **-CP-*** dövlət qeydiyyatlı avtobus üçün 2000 manat, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobus üçün 3500 manat olmaqla, cəmi 7500 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə ediləcək vəsaitdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış mühasibatlıq ekspertizasının xərci 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh2 tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə aparılmış əmtəəşünaslıq ekspertizasının xərci 450 (dörd yüz əlli) manat məbləğində pul Cavabdeh2 tutulаrаq “xxxx” MMC-nin bank hesabına (“xxxx” MMC, VÖEN **********, Bank: “xxxx” ASC-nin Azadlıq filialı, m/h: AZ80NABZ********************, h/h: AZ43BRES********************, Kod: 507547, VÖEN: **********, SWİFT: BRESAZ22) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar