Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4810/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, Bellissa-Pizerro yataq dəsti, Doshek Uretan üçün 743 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96804 Meizu PRO 7 markalı telefon üçün 336 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor üçün 395 manat ödənilməmiş hissə, 119 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08135 Samsung Galaxy A50 markalı telefon üçün 488 manat ödənilməmiş hissə, 146 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT GİGASET ev telefon üçün 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, THOMAS markalı tozsoran üçün 350 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu olmaqla, ümumilikdə 3038 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən Bellissa-Pizerro yataq dəsti, Doshek Uretan, İMEİ kodu **********96804 Meizu PRO 7 markalı telefon, Samsung markalı LED televizor, İMEİ kodu **********08135 Samsung Galaxy A50 markalı telefon, DECT GİGASET ev telefonu, THOMAS markalı tozsoran almış və nəticədə 3038 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4488 manat olan Bellissa-Pizerro yataq dəsti, Doshek Uretan üçün 967 manat olmaqla ondan, 743 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008 manat olan İMEİ kodu **********96804 Meizu PRO 7 markalı telefon üçün 437 manat olmaqla ondan, 336 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1906 manat olan Samsung markalı LED televizor üçün 514 manat olmaqla ondan, 395 manat ödənilməmiş hissə, 119 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 782 manat olan İMEİ kodu **********08135 Samsung Galaxy A50 markalı telefon üçün 634 manat olmaqla ondan, 488 manat ödənilməmiş hissə, 146 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 manat olan DECT GİGASET ev telefon üçün 31 manat olmaqla ondan, 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 550 manat olan THOMAS markalı tozsoran üçün 455 manat olmaqla, ondan 350 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6470 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00779582 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 11 ay müddətinə hər ay 50 manat nağd ödəniş olmaqla, ümumi qiyməti 550 manat olan THOMAS markalı tozsoranı satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00711463 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 6 ay müddətinə hər ay 12 manat nağd ödəniş olmaqla, qiyməti 72 manat olan DECT GİGASET ev telefonu satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00677076 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 12 ay müddətinə hər ay 61 manat nağd ödəniş olmaqla, qiyməti 782 manat olan Samsung Galaxy A50 markalı telefonu satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, K00289259 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 18 ay müddətinə hər ay 99 manat nağd ödəniş olmaqla, qiyməti 1906 manat olan Samsung markalı LED televizor satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, K00158286 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 24 ay müddətinə hər ay 42 manat nağd ödəniş olmaqla, qiyməti 1008 manat olan Meizu PRO 7 markalı telefon satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 281837 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 24 ay müddətinə hər ay 187 manat nağd ödəniş olmaqla, qiyməti 4488 manat olan Bellissa- Pizerro yataq dəsti, Doshek Uretan satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh “xxxx” ilə aralarında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 2336 manat ödənilməmiş məbləğ, 702 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh ünvan 1 mənzil 18 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən mobil telefonlar və məişət avadanlıqları almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 743 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqavilə üzə 336 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 395 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 488 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il 350 manat ödənilməmiş hissə «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “xxxx” MMC-nin iddiasının 702 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 2336 manat əsas borc, 100 manat dəbbə və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 2336 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu, ümumilikdə 2436 (iki min dörd yüz otuz altı) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4810/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4810/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver