Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4811/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samsung markalı LED televizor üçün 1217 manat ödənilməmiş hissə, 335 manat dəbbə pulu, cəmi 1552 manat, İMEİ kodu **********63224 Samsung galaxy A10 markalı telefon üçün 364 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu, cəmi 458 manat, İMEİ kodu **********94079 Samsung galaxy A10 markalı telefon, Xiaomi Mi band 3 üçün 390 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, cəmi 480 manat, HOFFMANN musiqi mərkəzi Smart Segway üçün 608 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu, cəmi 791 manat, ümumilikdə 3281 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3311 manat məbləğində pulun Cavabdeh “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu, xx.xx.2019-cu,xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Samsung markalı LED televizor, İMEİ kodu **********63224, Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu**********94079 Samsung Galaxy A10 markalı telefon, Xiaomi Mi band 3, HOFFMANN musiqi mərkəzi, Smart Segway almış və nəticədə 3281 manat borcu yaranmışdır. Cavabdeh qeyd edilən müqavilələrin tələblərini pozmuşdur. Cavabdehin cəmi ödədiyi məbləğ 774 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqavilədən və ona əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Samsung Led markalı televizor satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Samsung galaxy A10 markalı telefon satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Samsung galaxy A10 markalı telefon və Xiaomi Mi band 3 satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 11 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə HOFFMANN musiqi mərkəzi Smart Segway satılmışdır İşdə olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh Samsung LED markalı televizor üçün 1217 manat ödənilməmiş hissə, 335 manat dəbbə pulu, İMEİ kodu **********63224 Samsung galaxy A10 markalı telefon üçün 364 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu, İMEİ kodu **********94079 Samsung galaxy A10 markalı telefon, Xiaomi Mi band 3 üçün 390 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, İMEİ kodu **********94079 Samsung galaxy A10 markalı telefon, Xiaomi Mi band 3 üçün 390 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, HOFFMANN musiqi mərkəzi Smart Segway üçün 608 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu olmaqla, ümumilikdə 2579 manat ödənilməmiş hissə, 702 manat dəbbə pulu borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğlərinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı əsas borc üzrə xx.xx.2019cu, xx.xx.2019-cu,xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə tələb edilən əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı Samsung LED markalı televizor üçün 20 manat dəbbə pulu, İMEİ kodu **********63224 Samsung galaxy A10 markalı telefon üçün 10 manat dəbbə pulu, İMEİ kodu **********94079 Samsung galaxy A10 markalı telefon üçün və Xiaomi Mi band 3 üçün 10 manat dəbbə pulu, HOFFMANN musiqi mərkəzi Smart Segway üçün 10 manat dəbbə pulu olmaqla, cəmi 50 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "Samsung" markalı LED televizor üçün 1217 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 1237 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********63224 olan "Samsung Galaxy A10" markalı telefon üçün 364 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 374 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94079 olan "Samsung Galaxy A10" markalı telefon, "Xiaomi Mi band 3" üçün 390 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 400 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "Hoffmann" markalı musiqi mərkəzi, Smart Segway üçün 608 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 618 manat olmaqla, ümumilikdə 2629 (iki min altı yüz iyirmi doqquz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4811/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4811/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver