Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4815/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Məmmədova (İsrafilzadə) Nərmin Akif qızına qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Məmmədova (İsrafilzadə) Nərmin Akif qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, HOFFMANN SİAC kondisioner üçün 634 (altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 106 (yüz altı) manat dəbbə cəmi 740 manat; HOFFMANN markalı LED televizor üçün 1308 (min üç yüz səkkiz) manat ödənilməmiş hissə, 131 (yüz otuz bir) manat dəbbə cəmi 1439 manat; ümumilikdə 2179 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2209 manat cavabdeh X3 alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İİOFFMANN SİAC kondisioner, HOFFMANN markalı LED televizor almış və nəticədə 2179 (iki min yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 768 (yeddi yiiz altmış səkkiz) manat (24 ay x 32 manat +0 manat ilkin ödəniş) HOFFMANN SİAC kondisioner iiçiin 740 (yeddi yiiz qırx) manat olmaqla ondan, 634 (altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 106 (yüz altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1602 (min altı yiiz iki) manat (18 ay x 89 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı LED televizor üçün 1439 (min dörd yüz otuz doqquz) manat olmaqla ondan, 1308 (min üç yüz səkkiz) manat ödənilməmiş hissə, 131 (yüz otuz bir) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 428 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Məmmədova (İsrafilzadə) Nərmin Akif qızına məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, X7 – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən X5 dəyəri 768 manat olan HOFFMANN Sİ AC kondisioneri ilkin ödəniş etmədən hər ay 32 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, X7 – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən X5 dəyəri 1602 manat olan HOFFMANN markalı LED televizoru ilkin ödənişsız hər ay 89 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” X4 xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 634 manat ödənilməmiş hissə, 106 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1308 manat ödənilməmiş hissə, 131 manat dəbbə pulu olmaqla – cəmi 2179 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxx” MMC tərəfindən alıcı X5 cəmi dəyəri 768 manat olan HOFFMANN SİAC kondisioneri ilkin ödəniş etmədən hər ay 32 manat ödəmək şərti ilə 24 ay müddətinə və xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsinə əsasən dəyəri 1602 manat olan HOFFMANN markalı LED televizoru ilkin ödənişsız hər ay 89 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmış olsa da, həmin müqavilələrin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrə 1942 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X8 alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 634 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1308 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Alğı-satqı müqavilələri üzrə 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 634 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1308 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədova (İsrafilzadə) Nərmin Akif qızından xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 634 (altı yüz otuz dörd) manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 1308 (bir min üç yüz səkkiz) manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu olmaqla - cəmi 1962 (bir min doqquz yüz altmış iki) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4815/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4815/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver