Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4818/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyiilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh HOFFMANN LED televizor, Modem TP-LİNK, Alyans – Paris tv-altı üçün 823 (səkkiz yüz iyirmi üç) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə, cəmi 905 manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 935 manat məbləğində borcun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 məhkəməyə rəsmi ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “xxxxxxxxxxx” MMC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4818/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4818/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver