Məhkəmə qərarları › İş №2(010)-4818/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4818/2025

26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4818/2025 26.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Suraxanı rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9400 manat məbləğində pul vəsaitinin, ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə hazırkı cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavə xx.xx.2023-cü il tarixli, 19131223-********** nömrəli restrukturizasiya razılaşmasına əsasən, cavabdehə xx.xx.2027-ci il tarixinədək, illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9565.48 manat məbləğində kredit verilmişdir. Lakin, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavə xx.xx.2023-cü il tarixli, 19131223-********** nömrəli restrukturizasiya razılaşması üzrə bank qarşısında öhdəliklərini tam şəkildə icra etməyən cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 9404.4 manat əsas kredit borcu, 342.99 manat kreditdən istifadəyə görə faiz borcu və 8.65 manat cərimə borcu olmaqla, cəmi 9756.04 manat borcu ödənilmədən qalmışdır. Daha sonra, cavabdehdən "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsinin ləğv edilməsi, vurulmuş ziyanın ödənilməsi və s. tələblərə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3360/2024 nömrəli qətnaməsinə əsasən, qətnamənin icrası Suraxanı rayon İcra və Probasiya şöbəsinə yönləndirilmişdir. Lakin, cavabdeh icra tədbirləri gedişatı zamanı 9756.04 manat borc pul vəsaitini ödəməkdən boyun qaçırdığından "xxxx" ASC-nin nümayəndəsi X3 müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin adına rəsmi olaraq qeydiyyatda olan “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəticədə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-16(010)-145/2024 nömrəli qərardad qəbul edilərək, cavabdehin mülkiyyətində olan “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. e-16(010)- 145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən həbs qoyulan avtomobil hazırkı cavabdehin mülkiyyətində olsa da, öncədən hazırkı iddiaçıya satılmışdır. Nəticədə, DİN BDYPİ-nin Bərdə stasionar postunda saxlanılaraq iddiaçının istifadəsindən məhrum qoyulub cərimə meydançasına göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmasının səbəbinin öyrənilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən isə iddiaçıya işin hallarının izahının verildiyi cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin qeydiyyat-imtahan şöbəsi isə avtomobili cərimə meydançasından azad etmək üçün "xxxx" ASC-dən razılıq məktubu tələb etmişdir. Lakin, "xxxx" ASC razılıq məktubunu borc vəsaitinin tam şəkildə ödənəcəyi təqdirdə təmin edəcəyini bildirmişdir. Nəticədə, iddiaçı məcburiyyət qarşısında qalaraq "xxxx" ASC tərəfindən tələb edilən borc vəsaitini öz hesabına ödəmişdir. xx.xx.2025-ci il tarixli, **********046895 nömrəli qəbzlə və "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli, 2221 nömrəli ərizə ilə həmin ödəniş sübuta yetirilir. İddiaçı sonradan cavabdehə öz hesabına ödənilmiş borc vəsaitinin ona geri ödənilməsinə dair dəfələrlə müraciət edilsə də, cavabdeh borcu ödəməkdən boyun qaçırmaqdadır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçını şəxsən tanımır. Öz mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçıya etibarnamə əsasında satmış, lakin iddiaçı həmin nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmədiyi üçün nəqliyyat vasitəsi texniki pasportda onun adında qalmışdır. Sonradan, banka olan borcu ilə əlaqədar olaraq, bank onu məhkəməyə vermiş və borcun ödənilməsini təmin etmək məqsədilə mülkiyyətində qalmış nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. Həmin nəqliyyat vasitəsi iddiaçının sahibliyində olduğu üçün rayonlardan birində polis əməkdaşları tərəfindən mühafizə olunan duracağa aparılmışdır. İddiaçı onun banka olan borcundan 9400 manat məbləğində ödəniş etdiyini bildirsə də, banka olan borcla əlaqədar 1954 manat məbləğində borc onun əmək haqqından tutularaq banka ödənilmişdir. Borcun 9400 manat hissəsinin həqiqətən də iddiaçı tərəfindən ödənilibödənilmədiyini öyrənmək məqsədilə banka yaxınlaşaraq məlumat əldə etmək istəsə də, bank tərəfindən ona heç bir məlumat verilməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə baxış iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(010)- 145/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmış, qərardadın 1 (bir) ay ərzində qüvvədə olması və xx.xx.2024-cü il tarixdə müvəqqəti təminat tədbirinin qüvvədən düşdüyü qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3360/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, 9404.40 manat məbləğində əsas borc, 342.99 manat faiz borcu, 8.65 manat cərimə borcu olmaqla, cəmi 9756.04 manat məbləğində borc və 117.57 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e- 2(010)-3360/2024 nömrəli icra sənədi üzrə icraata başlanmış və icra sənədi üzrə borcluya icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 006855 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 358.01 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 00540 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 266 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 001095 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 266 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 001611 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 266 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 002338 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 266 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 003034 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 266 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 003571 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-nin X11 məxsus AZ58BRES41010AZ**********002 nömrəli bank hesabına “xx.xx.2024-cü il tarixli, e355631- 2024-18-11 kredit borcu köçürülür, GNİ hesab 19-1906802-2 (Cavabdeh)” təyinatı üzrə 266 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubunun surətindən müəyyən olunur ki, “BMW” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılaraq, Yevlax – Bərdə - Ağdam yolunun 17-ci km-də yerləşən Baş X13 İdarəsinin YPXA-nın stasionar postunun mühafizə olunan duracağına yerləşdirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-334/2025 nömrəli qərardadından müəyyən olunur ki, icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh məxsus “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, İCRTAB**********046895 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin Azadlıq fillialının kassasına 9400 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış 2221 nömrəli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3360/2024 nömrəli qətnaməsi üzrə borclunun banka olan borcunu tam şəkildə ödədiyi bildirilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış 355631/24-18-11 nömrəli məktubun surətindən müəyyən edilir ki, zərurət aradan qalxdığı üçün 355631/24-18-11 nömrəli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh mülkiyyətində olan “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərindən nəzarətlərin götürülməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə icra sənədi üzrə onun əvəzinə ödənilmiş borc məbləği barədə (9400 manat) məlumat verilmiş, həmin borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı (Müraciət edən şəxs), X6 (Bakı şəhəri 18 saylı Vəkil Bürosunun rəhbəri) və X5 (Vəkil) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış EM-1627VK-42432/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, “Vəkil” ona həvalə edilmiş tapşırıq əsasında hüquqi yardım göstərməyi, “Müraciət edən şəxs” isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (üç yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2025-ci il tarixli, **********66 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 114 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş 614 nömrəli cavab məktubu və həmin məktuba əlavə edilən hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh 9400 manat məbləğində kredit ödənişini Şahid adından İddiaçı Neymət oğlu ödəmişdir. İşin faktiki halları Hazırkı iş üzrə Cavabdeh və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, borcalana bank tərəfindən 48 ay müddətinə, illik 18% ödənilmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavə olan, xx.xx.2023-cü il tarixli, 19131***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən, Cavabdeh xx.xx.2027-ci il tarixinədək, illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9565.48 manat məbləğində kredit verilmişdir. Sözügedən tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin borcalan tərəfindən vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra edilməməsi nəticəsində bank məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc, ona hesablanmış faiz borcu və cərimə (dəbbə pulu) borcunun tutulması tələbi ilə aidiyyəti məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3360/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, 9404.40 manat əsas borc, 342.99 manat faiz borcu, 8.65 manat cərimə borcu olmaqla, cəmi 9756.04 manat məbləğində borc və 117.57 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-334/2025 nömrəli qərardadından müəyyən olunur ki, icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh məxsus “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır İddiaçı qanuni sahiblik və istifadə hüquqlarına yaradılmış maneələri aradan qaldırılmaq və hüquqlarının pozulmasının qarşısının almaq məqsədilə hazırkı iş üzrə Cavabdeh "xxxx" ASC qarşısında olan öhdəliyini (9400 manat məbləğində) icra etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407. Müqavilənin bağlanması anı. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 408. Oferta. 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Maddə 409. Aksept. 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin öhdəliyin üçüncü şəxs tərəfindən icrası halında ödənilməli pul məbləğinin geriyə tələb edilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, hazırkı iş üzrə Cavabdeh və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, borcalana bank tərəfindən 48 ay müddətinə, illik 18% ödənilmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavə olan, xx.xx.2023-cü il tarixli, 19131***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən, Cavabdeh xx.xx.2027-ci il tarixinədək, illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9565.48 manat məbləğində kredit verilmişdir. Sözügedən tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin borcalan tərəfindən vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra edilməməsi nəticəsində bank məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc, ona hesablanmış faiz borcu və cərimə (dəbbə pulu) borcunun tutulması tələbi ilə aidiyyəti məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3360/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, 9404.40 manat əsas borc, 342.99 manat faiz borcu, 8.65 manat cərimə borcu olmaqla, cəmi 9756.04 manat məbləğində borc və 117.57 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-3360/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almış, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərtib edilmiş icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün “Elektron icra” informasiya sistemi vasitəsilə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş 10 (on) günlük könüllü icra müddətində icra edilməmiş və icra sənədi üzrə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə başlanmışdır. Bu məqsədlə icra məmuru tərəfindən tələb icra sənədi üzrə borclunun əmək müqaviləsi üzrə işlədiyi rəsmi iş yerindən aldığı aylıq əmək haqqına yönəldilmiş, həmçinin borclunun mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasına dair təqdimatla aidiyyəti məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-334/2025 nömrəli qərardadından müəyyən olunur ki, icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh məxsus “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır. Baxılan işin hallarından, həmçinin tərəflərin izahatlarından müəyyən olunur ki, “BMW 528İ” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırkı iş üzrə iddiaçıya satılsa da, iddiaçı həmin nəqliyyat vasitəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmamış və nəqliyyat vasitəsi faktiki olaraq cavabdehin adında qalmağa davam etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-334/2025 nömrəli qərardadının icrası ilə əlaqədar olaraq, iddiaçının müvafiq nəqliyyat vasitəsi üzərində qanuni sahiblik və istifadə hüququ məhdudlaşdırılmış, həmin nəqliyyat vasitəsi müvəqqəti olaraq mühafizə olunan duracağa yerləşdirilmişdir. Belə olan halda, iddiaçı qanuni sahiblik və istifadə hüquqlarına yaradılmış maneələri aradan qaldırılmaq və hüquqlarının pozulmasının qarşısının almaq məqsədilə hazırkı iş üzrə Cavabdeh "xxxx" ASC qarşısında olan öhdəliyini icra etmişdir. İşin müvafiq faktiki halı iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları, icranın məhz iddiaçı tərəfindən təmin edilməsini təsdiq edən mədaxil qəbzi və icra sənədi üzrə borcun olmaması barədə "xxxx" ASC tərəfindən verilmiş cavab məktubu tam təsdiq olunur. İddia tələbinin qanuni əsasını təşkil edən yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Sözügedən maddi hüquq normasının məcburi göstərişlərindən aydın olur ki, öhdəliyin üçüncü şəxs tərəfindən icrası nəticəsində tələb hüququnun həmin şəxsə keçməsi bir-neçə şərtin eyni anda, yəni kompakt halda mövcudluğundan asılıdır: 1) borclunun kreditor qarşısında icra edilməmiş öhdəliyi mövcud olmalı, 2) bu öhdəlik üzrə kreditor tərəfindən borcluya mənsub əşyaya məcburi icra yönəldilməli, 3) məcburi icra nəticəsində müvafiq əşyaya hüququ olan şəxsin bu hüququnun itirilməsi təhlükəsi yaranmalı və 4) borclunun kreditor qarşısında icra edilməmiş öhdəliyi hüquqlarının itirilməsi təhlükəsi yaranan üçüncü şəxs tərəfindən təmin edilməlidir. Baxılan iş üzrə müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiqi imkanı öz təsdiqini tapmış və maddi hüquq normasının məcburi göstərişlərinin mübahisəyə tətbiq edilməsi üçün zəruri hüquqi imkan əmələ gəlmişdir. Belə olan halda, cavabdehin "xxxx" ASC qarşısında olan icra edilməmiş 9400 manat məbləğində öhdəliyini icra edən iddiaçıya kreditorun tələbini təmin etdiyi həcmdə tələb hüququnun ötürülməsi nəzərə alınmalı və iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilən icra işinin materiallarının digər sübutlarla məcmu şəklində tədqiqi nəticəsində o da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə 9400 manat məbləğində pul vəsaiti ödənildikdən sonra, müvafiq olaraq xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərində hazırkı iş üzrə cavabdehin əmək haqqından ümumilikdə 532 manat məbləğində (266 manat + 266 manat) kredit borcu tutulmuş və "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-3360/2024 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb hazırkı iş üzrə iddiaçı tərəfindən tam şəkildə təmin edildikdən, tələbin tam şəkildə təmin edilməsi barədə icra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə eyni məzmunlu ərizənin göndərilməsindən və icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edildikdən sonra, eyni icra sənədi üzrə cavabdehin əmək haqqından tutulmalar edilməsi icra sənədi üzrə tələbkarın əsassız varlanmasına gətirib çıxarmışdır ki, bu da qanunla birbaşa qadağan edilir. Hər bir halda, cavabdeh tərəfindən əsassız varlanma obyektini əsassız varlanan şəxsdən qanunla müəyyən edilmiş qaydada geriyə tələb etmək hüququ da istisna edilmir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 114 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9400 manat məbləğində pul vəsaiti və ödənilmiş 114 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9400 (doqquz min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 114 (yüz on dörd) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar