Məhkəmə qərarları › İş №2(010)-4825/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4825/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4825/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 004 saylı “Fərdi Kredit Müqaviləsi”nə əsasən iddiaçıya borclu olduğu 4909.25 manat məbləğində əsas borc, 1545.13 manat məbləğində faiz borcu, 2105.32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8559.70 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 106 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5000.00 (beş min manat, sıfır qəpik) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 22 yanvar 2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə sonuncu tərəfindən xx.xx.2020-ci il tarixində 217.00 (iki yüz on yeddi manat, sıfır qəpik) manat, xx.xx.2020-ci il tarixində 200.00 (iki yüz manat, sıfır qəpik) manat, xx.xx.2020-ci il tarixində 200.00 (iki yüz manat, sıfır qəpik) manat, xx.xx.2020-ci il tarixində 200.00 (iki yüz manat, sıfır qəpik) manat, xx.xx.2021-ci il tarixində 200.00 (iki yüz manat, sıfır qəpik) manat, xx.xx.2021-ci il tarixində 200.00 (iki yüz manat, sıfır qəpik) manat, ümumilikdə 1217.00 (bir min iki yüz on yeddi manat, sıfır qəpik) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh dəfələrlə şifahi, ***-***-**-** saylı mobil telefon nömrəsinə, rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq, sonuncu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən müxtəlif bəhanələr gətirərək aylıq ödənişləri etməkdən boyun qaçırır, nəticədə Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr əmələ gəlmişdir. Cavabdeh 22 yanvar 2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə 22 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 4909.25 (dörd min doqquz yüz doqquz manat, iyirmi beş qəpik) manat, faiz borcu üzrə 1545.13 (bir min beş yüz qırx beş manat, on üç qəpik) manat, cərimə borcu üzrə 2105.32 (iki min yüz beş manat, otuz iki qəpik) manat, ümumilikdə 8559.70 (səkkiz min beş yüz əlli doqquz manat, yetmiş qəpik) üzrə manat kredit borcu mövcuddur.“İddiaçı” Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən Borcalan əsas borc və ya faizlərin ödənilməsini ardıcıl 2 dəfə gecikdirdikdə, Kreditor bütün borcu vaxtı keçmiş borc hesablarına ata, müqaviləyə xitam verə və bütün borcun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən əgər Kreditor krediti vaxtından əvvəl qaytarmağı Borcalandan tələb edərsə, Borcalan 10 (on) gün ərzində borcu qeyd-şərtsiz, heç bir iddia irəli sürmədən qaytarmağı öz öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, 004 saylı “Fərdi Kredit Müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" MMC tərəfindən Cavabdeh illik 28 faizlə 36 ay müddətə 5000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə Cavabdeh 4909.25 manat əsas borc, 1545.13 manat faiz borcu, 2105.32 manat cərimə borcu olmaqla cəmi 8559.70 manat kredit borcu vardır. İş materiallarında əlavə edilmiş Ödəniş Qrafikindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində 217.00 manat, xx.xx.2020-ci il tarixində 200.00 manat, xx.xx.2020-ci il tarixində 200.00 manat, xx.xx.2020-ci il tarixində 200.00 manat, xx.xx.2021-ci il tarixində 200.00 manat, xx.xx.2021-ci il tarixində 200.00 manat, ümumilikdə 1217.00 manat məbləğində ödəniş edilmişdir. İş matariallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 10 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcuna münasibətdə qismən əsaslıdır. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan 2105.32 manat cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından onun miqdarı azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 106 manat dövlət rüsumunun 87.54 manat hisəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 004 saylı “Fərdi Kredit Müqaviləsi”nə əsasən iddiaçıya borclu olduğu 4909.25 manat məbləğində əsas borc, 1545.13 manat məbləğində faiz borcu və 300 manat cərimə borcu olmaqla ümumilikdə isə 6754.38 manat pul məbləğini və 87.54 manat dövlət rüsumu iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Rəhı̇ mov Damət Akı̇ f oğlundan xx.xx.2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə 4909.25 manat əsas borc, 1545.13 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla cəmi 6754.38 manat pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ latı "xxxx" MMC-nin hesabına ödənilsin. İş üzrə ödənilmiş 106 manat dövlət rüsumunun 87.54 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar