Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-486/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərər qismində 5210 manat məbləğində, həmçinin dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində, müstəqil ekspertə qüsur aktı tərtib etdiyinə görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus “Porsche” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Xan Şuşinski küçəsi ilə hərəkət edərkən (vəkalətlə anası X1) İ.Qasımov küçəsi ilə hərəkət edən “Kia Rio” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı etibarnamə ilə sürücü Cavabdeh1 idarə etdiyi avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, maşını vuraraq ona maddi zərər yetirmişdir. Həmin “Kia Rio” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. Sığortanın və müstəqil ekspertin qüsur aktına əsasən avtomobilinə 10210 manat məbləğində maddi zərər yetirilmişdir. Sığortanın payına düşən 5000 manat ödənilib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, sığortadan alınan 5000 manat məbləğində pulu cavabdehə təklif etsələr də cavabdeh maşının təmirindən imtina etmişdir. Eyni zamanda, məhkəmənin təyin etdiyi qiymətləndirmənin nəticəsi ilə də razı deyil. Çünki rəydə avtomobilə dəymiş real zərərdən çox aşağı məbləğ göstərilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, məhkəməyə ərizə təqdim edərək iş üzrə təyin edilmiş ekspertizanın 300 manat məbləğində olan xərcini ödədiyini bildirib həmin pulun da cavabdehlərdən tutulmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçının maşınını vurmamış, əksinə onun maşını vurulmuşdur. İnzibati xəta haqqında protokol isə yol nişanını pozduğuna görə tərtib edilmiş, 60 manat məbləğində cərimələnmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. O, avtomobilini etibarnamə ilə Cavabdeh1 vermişdir. Avtomobil öz adına olsa da bu avtomobili faktiki olaraq etibarnamə əsasında Cavabdeh1 idarə edir. Odur ki, məhkəmədən iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “X8” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə İmran Qasımov küçəsi ilə hərəkət edərkən X.Şuşinski küçəsi ilə yol ayrıcında yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış İddiaçı Cavabdeh1 məxsus avtomobilin sığortaçısı tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı məxsus “Porsche Cayenne minik” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər 7010 manat məbləğindədir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “X8” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İmran Qasımov küçəsi ilə hərəkət edərkən X.Şuşinski küçəsi ilə yol ayrıcında yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə İddiaçı məxsus “Porsche Cayenne” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus məxsus “Porsche Cayenne” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması şübhəsizdir. Belə ki, hadisə Cavabdeh1 yol ayrıcını keçmə qaydalarını pozduğuna görə baş vermiş, bu pozuntuya görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu mənada məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya məxsus avtomobilə zərər vurulmasına səbəb olmamasına dair qeyd etdikləri əsassızdır və o, hüquqa zidd hərəkət edərək (inzibati xəta törədərək) iddiaçıya birbaşa maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsində təqsiri şübhəsiz olsa da digər Cavabdeh2 yalnız avtomobilin mülkiyyətçisidir və baş vermiş yol nəqliyyat hadisəsində heç bir təqsiri yoxdur. O, qanunla müəyyən edilmiş qaydada etibarnamə vermək yolu ilə öz mülkiyyətində olan avtomobili digər Cavabdeh1 faktiki istifadəsinə vermişdir. Odur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərə görə Cavabdeh2 pul tutulması yolverilməzdir. Nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə hesab edir ki, cavabdeh idarə etdiyi avtomobillə inzibati xəta törədərək iddiaçıya məxsus avtomobilə ziyan vurmuşdur. Vurulmuş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı məxsus “Porsche Cayenne minik” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər 7010 manat məbləğindədir. Məhkəmə hesab edir ki, müvafiq hesabatda müəyyən edilmiş zərər məbləği ağlabatandır və qəbul edilməlidir. İşdən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin 5000 manatı artıq sığortaçı tərəfindən ödənilmişdir. Odur ki, dəymiş zərərə görə Cavabdeh1 yalnız 2010 (7010-5000) manat məbləğində pul tutula bilər. Eyni zamanda, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən iş üzrə müstəqil ekspert rəyinin verilməsi üçün 100 manat, eyni zamanda məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci kimi 300 manat məbləğində pul ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş bu xərclər də Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 dəymiş maddi ziyana görə 2010 manat, müstəqil ekspertə qüsur aktına görə ödənilmiş 100 manat, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ödənilmiş 300 manat olmaqla, cəmi 2410 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi ziyana görə 2010 manat, müstəqil ekspertə qüsur aktına görə ödənilmiş 100 manat, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ödənilmiş 300 manat olmaqla, cəmi 2410 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-486/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-486/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver