Məhkəmə qərarları › İş №2(010)-4865/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4865/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4865/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə do Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.11.2019-cu il tarixli müqaviləyə əsasən Solo soba HOFFMANN, soyuducu LG, ütü Philips, tozsoran Samsung, şirə çəkən Gorenje, mikrodalğalı soba Samsung, X5, X4 Pink üçün 1579 manat ödənilməmiş hissə, 565 manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən, Redmond markalı qəhvəbişirən üçün 84 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65557 olan Huawei З0 Lite markalı telefon üçün 212 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 1679 manat ödənilməmiş hissə, 378 manat dəbbə pulu, 19.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64516 olan X6 8 markalı telefon üçün 99,6 manat ödənilməmiş hissə, 28,4 manat dəbbə pulu, ümumilikdə 4714 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 19.11.2019-cu il tarixli, 20.09.2019-cu il tarixli, 22.11.2019-cu il tarixli və 19.12.2019-cu il tarixli müqavilələrə əsasən, Solo soba HOFFMANN, soyuducu LG, ütü Philips, tozsoran Samsung, şirə çəkən Gorenje, mikrodalğalı soba Samsung, X5, X4 Pink, Redmond markalı qəhvəbişirən, İMEİ kodu **********65557 olan Huawei З0 Lite markalı telefon, Samsung markalı soyuducu almış və nəticədə 4714 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 19.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3480 manat (24 ay x 145 manat + 0 manat ilkin ödəniş) olan Solo soba HOFFMANN, soyuducu LG, ütü Philips, tozsoran Samsung, şirə çəkən Gorenje, mikrodalğalı soba Samsung, X5, X4 Pink üçün ümumilikdə 2144 manat olmaqla, ondan 1579 manat ödənilməmiş hissə, 565 manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 144 manat (20 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan Redmond markalı qəhvəbişirən üçün ümumilikdə 100 manat olmaqla ondan 84 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 738 manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********65557 olan Huawei З0 Lite markalı telefon üçün ümumilikdə 285 manat olmaqla, ondan 212 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2016 manat (24 ay x 84 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə 2057 manat olmaqla ondan 1679 manat ödənilməmiş hissə, 378 manat dəbbə pulu, 19.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 515,6 manat (12 ay x 32,8 manat + 122 manat ilkin ödəniş) olan İMEİ kodu **********64516 olan X6 8 markalı telefon üçün ümumilikdə 128 manat olmaqla, ondan 99,6 manat ödənilməmiş hissə, 28,4 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin 19.11.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 317 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1584 manat, ümumilikdə 1901 manat təşkil edir.Digər müqavilələr üzrə cəmi ödənilən məbləğ isə 1339 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, 01063088 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3480 manat məbləğində Solo soba HOFFMANN, soyuducu LG, ütü Philips, tozsoran Samsung, şirə çəkən Gorenje, mikrodalğalı soba Samsung, X5, X4 Pink əldə etmiş və həmin məbləği aylıq 145 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, 01063153 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 144 manat məbləğində Redmond markalı qəhvəbişirən əldə etmiş və həmin məbləği aylıq 6 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli, 00926400 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 738 manat məbləğində İMEİ kodu **********65557 olan Huawei З0 Lit markalı telefon əldə etmiş və həmin məbləği aylıq 41 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.11.2019-cu il tarixli, 01067287 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2016 manat məbləğində Samsung markalı soyuducu əldə etmiş və həmin məbləği aylıq 84 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli, 01138904 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 515,6 manat məbləğində İMEİ kodu **********64516 olan X6 8 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 122 manat, aylıq 32,8 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1579 manat ödənilməmiş hissə, 565 manat dəbbə pulu olmaqla, cəmi 2144 manat, 19.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 84 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu olmaqla, cəmi 100 manat, 20.09.2019-cu il tarixli alqı-satqı müqailəsi üzrə 212 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu olmaqla, cəmi 285 manat, 22.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1679 manat ödənilməmiş hissə, 378 manat dəbbə pulu olmaqla, cəmi 2057 manat, 19.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 99,6 manat ödənilməmiş hissə, 28,4 manat dəbbə pulu olmaqla, cəmi 128 manat məbləğində borcu vardır. İş materiallarında olan 27.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə borcun qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən hazırki iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə tələb olunan dəbbə pulu əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və müvafiq olaraq 19.11.2019-cu il tarixli müqavilə üzrə 30 manat, 19.11.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 20.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 22.11.2019-cu il tarixli müqavilə üzrə 30 manat, 19.12.2019-cu il tarixli müqavilə üzrə 10 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Solo soba HOFFMANN, soyuducu LG, ütü Philips, tozsoran Samsung, şirə çəkən Gorenje, mikrodalğalı soba Samsung, X5, X4 Pink üçün 1579 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1609 manat, Redmond markalı qəhvəbişirən üçün 84 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 89 manat, İMEİ kodu **********65557 olan Huawei З0 Lite markalı telefon üçün 212 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 222 manat, Samsung markalı soyuducu üçün 1679 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1709 manat, İMEİ kodu **********64516 olan X6 8 markalı telefon üçün 99,6 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 109,6 manat olmaqla, ümumilikdə 3738,6 manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Solo soba HOFFMANN, soyuducu LG, ütü Philips, Tozsoran Samsung, Şirəçəkən GORENJE, Mikrodalğalı soba SAMSUNG, X5, X4 Pink üçün 1579 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1609 manat, Redmond markalı qəhvəbişirən üçün 84 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 89 manat, İMEİ kodu **********65557 Huawei З0 Lite markalı telefon üçün 212 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 222 manat, Samsung markalı soyuducu üçün 1679 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1709 manat, İMEİ kodu **********64516 X6 8 markalı telefon üçün 99,6 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 109,6 manat olmaqla, ümumilikdə 3738,6 (üç min yeddi yüz otuz səkkiz manat altmış qəpik) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar