Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4882/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 19237.89 manat əsas, 1213.44 manat faiz və 5.04 manat cərimə olmaqla, cəmi 20456.37 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 943.5 manat əsas, 127.18 manat faiz və 3.57 manat cərimə olmaqla, cəmi 1074.25 manat, ümumilikdə 21530.62 manat məbləğində borcun və ödənilmiş 154.59 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 15.9% olmaqla, 36 ay müddətinə, 20000 manat kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı ASC-dən illik 25% olmaqla, 48 ay müddətinə, 1000 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-ci ilin mart ayının 5-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 19237.89 manat əsas, 1213.44 manat faiz, 20.16 manat cərimə olmaqla, cəmi 20471.49 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 20.16 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim edilən maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 5.04 manat məbləğində tələb olunur. 2025-ci ilin mart ayının 5-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 943.5 manat əsas, 127.18 manat faiz, 3.57 manat cərimə olmaqla, cəmi 1074.25 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
Tərəflərin izahatları.
3. İddiaçı KB ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi.
İş materialları.
6. İddiaçı ASC (Borcverən) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2024cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, “Borcverən” “Borcalan”a illik 15.9% ödənilmək şərti ilə, 36 ay müddətinə, 20000 manat məbləğində borc verməyi, “Borcalan” isə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri “Borcverən”ə qaytarmağı öhdəsinə götürür.
7. xx.xx.2024-cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli istehlak krediti müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2027-ci il tarixləri arasında hər ay 702.15 manat (sonuncu ay 702.33 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli istehlak krediti müqaviləsi üzrə həmin tarixə 19237.89 manat əsas, 1213.44 manat faiz və 20.16 manat cərimə olmaqla, cəmi 20471.49 manat borcu vardır.
9. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli istehlak kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC (Borcverən) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqavilədən görünür ki, “Borcverən” “Borcalan”a istehlak məqsədləri üçün 48 ay müddətinə (36 ay kredit xəttinin istifadə müddəti, 12 ay annuitet dövrü), illik 25% ödənilmək şərti ilə 1000 manat məbləğində kredit xətti ayırmağı, “Borcalan” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit xəttindən istidadə edərək istifadə edilmiş kredit xətti məbləğini, ona hesablanmış faizləri, gecikdirilmiş faizləri, komisyon haqqı və digər ödənişləri “Borcverən”ə qaytarmağı öhdəsinə götürür.
11. İddiaçı ASC (Bank) və Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli “Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə qoşulmaya, Bank hesablarının açılmasına, Ödəniş kartının emissiyası və verilməsinə dair” müqavilədən görünür ki, “Müştəri” “Bank”ın İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və rəsmi internet səhifəsində yerləşdirilmiş “Fiziki şəxslərə göstərilən bank xidmətlərinin tənzimlənməsi üzrə Standart Şərltər”i oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu və həmin Standart Şərtlərin gələcəkdə “Müştəri” ilə “Bank” arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini, “Bank” isə Azərbaycan Respublikası qanunvericiliyinə, tərəflər arasında imzalanan müqavilələrə və Standart Şərtlərə uyğun olaraq “Müştəri”yə müvafiq bank xidmətlərini göstərəcəyini təsdiq edir, o cümlədən “Müştəri”nin adına hesab açır və müvafiq kart təqdim edir.
12. xx.xx.2024-cü il tarixli kartın müştəriyə təhvil-təslim aktından görünür ki, 4173********5518 nömrəli kart Cavabdeh təhvil verilmiş və bu barədə akta imza edilmişdir.
13. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqaviləsi üzrə həmin tarixə 943.5 manat əsas, 127.18 manat faiz və 3.57 manat cərimə olmaqla, cəmi 1074.25 manat borcu vardır.
14. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
15. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6-Y-2-0- 2700-24 nömrəli istehlak krediti müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 15.9% ödəmək şərtilə 20000 manat məbləğində kredit verilmiş, borcalan götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
16. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli istehlak krediti müqaviləsi üzrə həmin tarixə 19237.89 manat əsas, 1213.44 manat faiz və 20.16 manat cərimə olmaqla, cəmi 20471.49 manat borcu vardır.
17. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 6-TK-3-0- 2702-24 nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqaviləsinə əsasən, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 25% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmiş, borcalan götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
18. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli kart vasitəsilə kredit xəttinin ayrılmasına dair müqaviləsi üzrə həmin tarixə 943.5 manat əsas, 127.18 manat faiz və 3.57 manat cərimə olmaqla, cəmi 1074.25 manat borcu vardır.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda – 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi.
Məhkəmənin mövqeyi.
23. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
24. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, hər iki müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqavilələri üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 154.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
26. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli kredit müqaviləsi üzrə 19237.89 manat əsas, 1213.44 manat faiz və 5.04 manat cərimə olmaqla, cəmi 20456.37 manat, xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli kredit müqaviləsi üzrə 943.5 manat əsas, 127.18 manat faiz və 3.57 manat cərimə olmaqla, cəmi 1074.25 manat, ümumilikdə 21530.62 manat məbləğində borc və ödənilmiş 154.59 manat dövlət rüsumu tutulmalıdır.
28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-Y-2-0-2700-24 nömrəli kredit müqaviləsi üzrə 19237.89 manat əsas, 1213.44 manat faiz və 5.04 manat cərimə olmaqla, cəmi 20456.37 manat, xx.xx.2024-cü il tarixli, 6-TK-3-0-2702-24 nömrəli kredit müqaviləsi üzrə 943.5 manat əsas, 127.18 manat faiz və 3.57 manat cərimə olmaqla, cəmi 1074.25 manat, ümumilikdə 21530.62 (iyirmi bir min beş yüz otuz manat altmış iki qəpik) manat məbləğində borc və ödənilmiş 154.59 (yüz əlli dörd manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.