Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-489/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş hər ay 154 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay cavabdehin aylıq qazancının və əlavə gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, mən Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girmişəm. Birgə nikahımızdan xx.xx.2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Qeyd edim ki, cavabdehlə nikahımız rəsmi pozulmasa da, faktiki olaraq ayrı yaşayırıq və azyaşlı övladım mənim himayəmdədir. Cavabdeh övladımızın saxlanılması üçün mənə heç bir maddi köməklik göstərməmişdir və mən uşağın bütün maddi ehtiyaclarını tək qarşılamaq məcburiyyətində qalmışam. Bu səbəblə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdim. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq mənə ödənilməsi qət edilmişdir. Lakin həmin vaxtdan 4 il vaxt keçmiş və bütün ərzaq məhsullarının və kommunal xidmətlərinin qiyməti xeyli artmışdır. Qeyd edim ki, hər il övladımın gündəlik tələbatlarında, həmçinin dövlət tətərfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladımın tələbatlarını ödəmir. Gündəlik məişət xərclərinin, həkim xərclərinin ödənilməsi üçün maddi imkanım kifayət etmir. Bu səbəbdən də alimentin miqdarının dəyişdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məlumat üçün onu da qeyd edim ki, cavabdeh “Azərsun Holdinq”də işləyir”.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddianı müdafiə edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Lakin Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ona qarşı qaldırılmış iddia tələbini qəbul etdiyini, heç bir etirazı olmadığını və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasına etirazı olmadığını bildirmişdir.
İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 5963/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 579 saylı arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin Qolf klubunun Qolf yaşıllaşdırma bölməsində su sistemləri nəzarətçisi vəzifəsində çalışır. Aylıq vəzifə maaşı 510 manat, maaşa əlavə 224.08 manatdır.
İşin faktiki halları.
8. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin uşağın saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən uşağın saxlanılması üçün Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsini və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. Öz növbəsində Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
13. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuş, məhkəmə qətnaməsi ilə bu uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsini, cavabdehin aylıq qazancı və əlavə gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını tələb etmişdir. Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini bildirmişdir.
18. Məhkəmə hesab edir ki, cavabdehdən bir uşağın saxlanılması üçün tutulan 154 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi üçün kifayət qədər əsas vardır. Belə ki, iş materiallarında olan cavabdehin iş yerindən arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin Qolf klubunun Qolf yaşıllaşdırma bölməsində su sistemləri nəzarətçisi vəzifəsində çalışır. Aylıq vəzifə maaşı 510 manat, maaşa əlavə 224.08 manatdır. İş materiallarında olan məhkəmə qətnaməsindən isə görünür ki, uşağın saxlanılması üçün atadan aliment tutulması məsələsi məhkəmə tərəfindən həll edilərkən cavabdehin sabit gəliri olduğu müəyyən edilməmiş, görünür elə bu səbəbdən də aliment sabit pul məbləğində tutulmuşdur. Ona görə ki, aliment verməyə borclu olan valideynin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olması məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının əsaslarından biridir.
19. Lakin artıq cavabdehin maddi vəziyyəti dəyişmişdir. Belə ki, onun hazırda sabit əmək haqqı və əmək haqqına əlavəsi var. Məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində baş verən bu dəyişiklik onun uşağının təminat səviyyəsinə də təsir etməlidir.
20. Digər tərəfdən, ailə qanunvericiliyi ilə sabit gəliri olan valideynlərdən tutulan alimentin qazancdan (başqa gəlirlərdən) uşaq sayına uyğun hissələr üzrə tutulması müəyyən edilmişdir.
21. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır.
22. Məhkəmə bu cür nəticəyə gələrkən ilk növbədə nəzərə alır ki, cavabdehin aylıq sabit gəlirinin (əmək haqqının) dörddə bir hissəsinə mütənasib olan aliment məbləği iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə (193 manat) yaxın olmaqla uşağın üstün maraqlarına uyğundur.
23. Digər tərəfdən məhkəmə nəzərə alır ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik xərclərin qarşılanması, uşağa bilavasitə qulluq edilməsi iddiаçının üzərinə düşür. Məhkəmə cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutarkən bu halı diqqətəlayiq hal kimi nəzərə almışdır.
Məhkəmə xərcləri.
24. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddia təmin edildiyindən iddianın qiymətinə (183.520x12=2202.24) mütənasib olan 42.02 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 42.02 manat (qırx iki manat iki qəpik) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2017-ci X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5963/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-489/2023 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 42.02 manat (qırx iki manat iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva