Məhkəmə qərarları › İş №2(010)-4921/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4921/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4921/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh MMC etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Suraxanı rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçıya qarşı etdiyi hərəkətlərin qanunsuz hesab edilməsi və yeni iş tapana qədər 1000 (min manat) pulun dəymiş ziyan kimi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Hazırki mülki işin məhkəmə aidiyyati üzrə göndərilməsinə münasibət bildirərək, həmin məsələni məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Cavabdeh MMC etibarnamə üzrə nümayəndəsi X2 yazılı vəsatət verərək, İddiaçı Cavabdeh MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh MMCnin poçt ünvanı kimi Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar Plaza göstərilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş X3 tərəfindən VÖEN-ə görə axtarışdan müəyyən olunmuşdur ki, Cavabdeh.MMC-nin ünvanı ünvan 2 yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4.-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə Bakı şəhər Nəsimi rayon məhkəməsində baxılmalı olunduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından VÖEN axtarışına görə Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 3 göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş baxılması üçün Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar