Məhkəmə qərarları › İş №2(010)-500/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-500/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-500/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X8 cavabdeh X16 qarşı “məhkəmə tərəfində müəyyən edilmiş aliment miqdarının artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı X8 cavabdeh X17 qarşı “məhkəmə tərəfində müəyyən edilmiş aliment miqdarının artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş X25 üçün məhkəmə qaydası ilə müəyyən olunmuş əmək haqqı və başqa gəlirləri ilə bağlı alimentin 1/4 hissəsinin miqdarının tutulması artırılaraq 2023-cü il tarixə müəyyən olunmuş 220 manat həddinə qaldırmaqla cavabdehdən 220 manat aliment alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizəsinə əlavə etdiyi Ucar rayon məhkəməsinin 29 iyul 2022-ci il tarixli təsdiq olunmuş qətnaməsindən göründüyü kimi, Ucar rayon İcra hakimiyyəti başçısının Qaradağlı kəndi inzibasti ərazi dairəsi üzrə nümayəndəliyində 24 noyabr 2012-ci ildə Cavabdeh ilə nigah müqaviləsi bağlamaqla akt qeydiyyat kitabında 21 nömrə ilə qeydiyyata aldırmışdır. Birgə nikahlarından xx.xx.2014-cü ildə X25 adlı 1 uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Ucar rayon məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnasməsi ilə nikahları pozulmuş, azyaşlı uşaqları Fidan onun yanında qalmışdır. Cavabdehdən hər ay xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X18 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərin 1/4 hissəsi miqdarında alimentin tutulub X9 verilməsi barədə məhkəmə qatnamə çıxarmışdır. Həmin tarixli qətnamənin surətini sübut olaraq ərizəyə əlavə edib. Uşaq böyüdükcə onun təlabatı da artır. Hazırda uşaq məktəbə gedir. 2020-ci ildən bu günə qədər dövlət dəfələrlə əmək haqqını, pensiyanı sosial müavinəti qaldırılsa da, uşağın atası əlavə olaraq ona uşağın saxlanılması üçün 100 manatdan əlavə aliment ödəməmişdir. Əlavə olaraq heç bir köməklik etməmişdir. Uşağı saxlamaqda onun təlabatını ödəməkdə təkbaşına çox əziyyət çəkir. Uşağın tam təminatını ödəmək üçün valideyinlərinin köməkliyi sayəsində saxlayır. Ərizəyə əlavə etdiyi nikah haqqında şəhadətnamənin surətindən göründüyü kimi nikahları pozulduqdan sonra xx.xx.2023-cü ildə X27 ilə rəsmi ailə həyatı qurmuşdur. Həmin nikah şəhadətnaməsinin surətini ərizəyə əlavə edib.Ərizəyə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, iddiaçı Ucar rayon Qaradağlı kəndində qeydiyyatda olmaqla X4 daşıyır. Ərizəyə əlavə etdiyi arayışdan göründüyü kimi, X25 xx.xx.2014cü ildə anadan olmuşdur. 2023-cü ilin yanvar ayından uşaqlar üçün minimum yaşayış həddi dövlət tərəfindən 220 manat müəyyən olunduğu halda əmək haqqının 1/4 hissəsində alimentin tutulması uşağın saxlanılması üçün kifayət etmir. 100 manatla uşağın saxlanılması qeyri-mümkündür. Cavabdehin etirazı. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçı Səmədova (İbrahimova) Gülşanə Mərifət qızının cavabdeh tərəf olaraq ona qarşı “aliment tutulma formasının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ucar rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(063)-397/20 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun cavabdeh X6 qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi təmin edilərək, onunla cavabdeh X5 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 09 avqust 2014-cü il təvəllüdlü X18 cavabdeh X5 yanında qalması, 09 avqust 2014-cü il təvəllüdlü X18 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan qazancının və başqa gəlirlərinin 1/4 hissəsi qədər aliment tutulaarq iddiaçı X6 ödənilməsi qət edilib. Daha sonra X10 ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə müraciət edərək ondan 09 avqust 2014-cü il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(010)-2136/2021 saylı qətnaməsinə əsasən iddiaçı X10 ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi rədd edilməsi qət edilib. İddiaçı X10 birinci intansiya məhkəməsinin göstərilən qətnaməsindən apellyasiya şikayət verilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 15 sentyabr 2021ci il tarixli 2(103)-7363/2021 saylı qətnaməsi ilə iddiaçı X5 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(010)2136/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilib. Hazırda iddiaçı Səmədova (İbrahimova) Gülşanə Mərifət qızı ona qarşı alimentin artırılması barədə yenidən Bakı şəhəri Suraxı rayon Məhkəməsinə müraciət edərək hər ay ondan 200 manat sabit pul məbləğində alimentin ondan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Əvvəlcə onu qeyd edir ki, iddiaçı Səmədova (İbrahimova) Gülşanə Mərifət qızı hazırkı iddia tələbində guya xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən boşandıqlarını bildirib. Əslində isə nikahın pozulması Səmədova (İbrahimova) Gülşanə Mərifət qızının ona xəyanət etməsi səbəbindən baş verib. Belə ki, Səmədova (İbrahimova) Gülşanə Mərifət qızı bacısı X11 əri X13 ilə ona xəyanət edib. İddia tələbi ilə əlaqədar olaraq bildirir ki, tərəflər arasında nikah pozulandan hazırkı tarixədək Ucar rayon Məhkəməsinin qətnaməsi tərəfindən tam icra edilib. İddiaçı 2021-ci ildə alimentin tutulma formasının dəyişdirilməsi barədə birinci və appellyasiya instansiyası məhkəməsinə müraciət etsə də, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən onun tələbi təmin edilməyib. Həmçinin iddiaçı cavabdeh tərəf olaraq maddi vəziyyətinin yaxşılaşması barədə də, məhkəməyə sübutlar təqdim etməyib. Bildirir ki, iddiaçıya hər ay 107 manat məbləğində aliment ödəyir. Həmçinin, uşaqla ünsiyyət zamanı uşağa geyim və ərzaq məhsulları alır. Uşaqla ünsiyyət Ucar rayonunda baş tutduğundan, Bakıdan rayona və əks istiqamətə qayıtmaq üçün xeyli xərc çəkir. İddiaçı ərə gedib və uşağı ata və anasının yanında saxlayıb. Uşaq hədsiz dərəcədə baxımsız vəziyyətdə yaşayır. Əlavə olaraq bildirir ki, o nikaha daxil olmuş və bu ilin dekabr ayındsa övladı doğulması gözlənilir. Hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi baradə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Müraciət etmişdir. İşin fatiki hallarından göründüyü kimi, onun maddi vəziyyəti olduqca ağırdır. Odur ki, onun yaşayış minimumu həddində aliment ödəmək üçün maddi imkanı mövcüd deyil. Həmçinin qanunvericiliyə əsasən uşağın maddi ehtiyaclarını valideyinlər bərabər həddə ödəməlidirlər. Lakin, iddiaçı Səmədova (İbrahimova) Gülşanə Mərifət qızı uşağın heç bir maddi ehtiyaclarını ödəməməsi onun iddia ərizəsində də görünür. xx.xx.2024-cü il tarixdə iddiaçı Səmədova (İbrahimova) Gülşanə Mərifət qızı məhkəməyə etiraz ərizəsi göndərərək Cavabdeh etiraz ərizəsi əsasız olduğundan rədd edilməsini, məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia tələbini qəbul etmədiyini, yeni övladı dünyaya gəldiyini bildirmişdir. İş materialları. Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 92 nömrəli xx.xx.2021-ci il tarixli doğum haqqında arayışının surətindən görünür ki, X25 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20 avqust 2014-cü il tarixdə 32 sayla qeyd edilmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X15 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında MŞB/1/MT018/2023-02526 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X15 İddiaçı iştirak etmiş Cavabdeh isə ilkin mediasiya sessiyası barədə sifarişli bildirişin göndərilməsinə baxmayaraq, o sessiyada iştirak etməkdən imtina etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-397/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və 24 noyabr 2012-ci ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 09 avqust 2014-cü ildə doğulmuş X25 ananın X7 yanında qalması müəyyən edilmiş, Cavabdeh 23 iyul 2020-ci ildən başlayaraq 09 avqust 2014-cü ildə doğulmuş X18 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulub X9 verilməsi qət edilmişdir. İş materiallarında olan Ucar Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 363260 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X14 arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixində xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 82 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada İbrahimova soyadı qaytarılmışdır. Ucar rayon İHB-nin Qaradağlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 521102 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X28 və X10 arasında 22 may 2023-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2136/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. 25 oktyabr 2023-cü il tarixli, 3-17-212-Ş 64766/2023 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Ağetliyinin Bakı X12 Cavabdeh məktubundan görünür ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona 1 noyabr 2023-cü il tarixdən 3 ay müddətinə işsizlik sığorta ödənişi təyin edilmiş, məşğulluq tədbirlərinə cəlb olunmağına köməklik göstərilməsi məqsədilə fərdi məşğulluq praqramı tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7363/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2136/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;... 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından bir uşaq doğulmuş və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, uşaqlar üçün yaşayış minimumu artdığından, bu uşağın saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Ucar Rayon Məhkəməsinin 2(010)-397/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh X2 üçün hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdır. Hazırki iş üzrə Cavabdeh öz ifadələrinə görə indiyə kimi o, hər ay 107 manat məbləğində aliment ödəyir və hal-hazırda işsizdir. Məhkəmə qeyd edir ki, onun işsiz olması uşağı saxlanılmasından azad edən hal deyil. Həmçinin, cavabdeh öz ifadələrində onun başqa bir uşağının dünyaya gəldiyini qeyd etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, 2023-cü ildə uşaqlar üçün yaşayış minimum kimi 220 manat olaraq müəyyən edilmiş, cari 2024-cü il üçün isə həmin məbləğ 235 manat kimi müəyyən edilir. Məhkəmə qeyd edir ki, 107 manat bu baxımdan az bir məbləğdir, uşağın isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. İddiaçı 220 manat məbləğində aliment tələb etmiş və məhkəmə onu uşağın maraqlarına uyğun hesab etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, 14 avqust 2014-cü il təvəllüdlü X18 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə ((220-107)x12=1356 manat) mütənasib olan 33,56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Ucar rayon Məhkəməsinin 2(063)-397/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X3 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 33,56 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar