Məhkəmə qərarları › İş №2(010)-5004/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5004/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5004/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli (bundan sonra mətndə “xxxx” MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan, Philips markalı tozsoran, Braun markalı ütü və Kenwood markalı şirəçəkən üçün 295 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu, cəmi 402 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Bellisa-Venus yataq dəsti, Doshek Uretan, Adona Mobilya-Pufik ürək üçün 1514 manat ödənilməmiş hissə, 381 manat dəbbə, cəmi 1895 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Venus kamod, Tv-altı, masa, Venetsiya stullar üçün 1007 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu, cəmi 1201 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Anhel-Yumsaq-Kunc-Sag-sungerli üçün 1420 manat ödənilməmiş hissə, 277 manat dəbbə pulu, cəmi 1697 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********86285 Samsung Galaxy A10 və **********63618 Samsung Galaxy A10 markalı telefon üçün 760 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, cəmi 895 manat, ümumilikdə 6090 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6120 manatın Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı paltaryuyan, Philips markalı tozsoran, Braun markalı ütü və Kenwood markalı şirəçəkən, Bellisa-Venus yataq dəsti, Doshek Uretan, Adona Mobilya-Pufik ürək, Venus kamod, Tv-altı, masa, Venetsiya stullar, Anhel-Yumsaq- Kunc-Sag-sungerli, İMEİ kodu **********86285 Samsung Galaxy A10 və **********63618 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 6090 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2142 manat olan Samsung markalı paltaryuyan, Philips markalı tozsoran, Braun markalı ütü və Kenwood markalı şirəçəkən üçün 402 manat olmaqla ondan, 295 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3048 manat Bellisa-Venus yataq dəsti, Doshek Uretan, Adona Mobilya-Pufik ürək üçün 1895 manat olmaqla ondan, 1514 manat ödənilməmiş hissə, 381 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1944 manat olan Venus kamod, Tv-altı, masa, Venetsiya stullar üçün 1201 manat olmaqla ondan 1007 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1680 manat olan Anhel- Yumsaq-Kunc-Sag-sungerli üçün 1697 manat olmaqla ondan 1420 manat ödənilməmiş hissə, 277 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 902 manat olan İMEİ kodu **********86285 Samsung Galaxy A10 və **********63618 Samsung Galaxy A10 markalı telefon üçün 895 manat olmaqla ondan 760 manat ödənilməmiş hissə, 135 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4720 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 2142 manat olan Samsung markalı paltaryuyan, Philips markalı tozsoran, Braun markalı ütü və Kenwood markalı şirəçəkən markalı telefon almışdır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Samsung markalı paltaryuyan, Philips markalı tozsoran, Braun markalı ütü və Kenwood markalı şirəçəkən təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Samsung markalı paltaryuyan, Philips markalı tozsoran, Braun markalı ütü və Kenwood markalı şirəçəkən üçün cavabdehin 295 manat ödənilməmiş hissə, 107 manat dəbbə pulu, ümumilikdə 402 manat borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 3048 manat olan Bellisa-Venus yataq dəsti, Doshek Uretan, Adona Mobilya-Pufik ürək almışdır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Bellisa- Venus yataq dəsti, Doshek Uretan, Adona Mobilya-Pufik ürək təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Bellisa-Venus yataq dəsti, Doshek Uretan, Adona Mobilya-Pufik ürək üçün cavabdehin 1514 manat ödənilməmiş hissə, 381 manat dəbbə pulu, ümumilikdə 1895 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 1944 manat olan Venus kamod, Tv-altı, masa, Venetsiya stullar almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Venus kamod, Tv-altı, masa, Venetsiya stullar təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Venus kamod, Tv-altı, masa, Venetsiya stullar üçün cavabdehin 1007 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu, ümumilikdə 1201 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 1680 manat olan Anhel-Yumsaq-Kunc-Sag-sungerli almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Anhel- Yumsaq-Kunc-Sag-sungerli təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Anhel-Yumsaq-Kunc-Sag-sungerli üçün cavabdehin 1420 manat ödənilməmiş hissə, 277 manat dəbbə pulu, ümumilikdə 1697 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 902 manat olan İMEİ kodu **********86285 Samsung Galaxy A10 və **********63618 Samsung Galaxy A10 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ kodu **********86285 Samsung Galaxy A10 və **********63618 Samsung Galaxy A10 markalı telefon təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********86285 Samsung Galaxy A10 və **********63618 Samsung Galaxy A10 markalı telefon üçün cavabdehin 760 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, ümumilikdə 895 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 295 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 1514 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1007 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1420 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 760 manat ödənilməmiş hissənin tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulları yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 107 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 381 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 194 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 277 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 135 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 295 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 305 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1514 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1524 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1007 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1017 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1420 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1430 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 760 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 770 manat, ümumilikdə 5046 manat pul tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 5,20 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 295 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 305 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1514 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1524 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1007 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1017 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1420 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 1430 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 760 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 770 manat, ümumilikdə 5046 (beş min qırx altı) manat pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,80 (iyirmi dörd manat səksən qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 5,20 (beş manat iyirmi qəpik) manat hissəsi iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar