Məhkəmə qərarları › İş №2(010)-5039/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5039/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5039/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixdə verilmiş 1500 manat borc pul vəsaitinin, eləcə də məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2025-ci il tarixində ona məxsus sonu 0808 nömrəli olan “Kapital Bank” kart hesabına 1500 manat məbləğində borc pul göndərmişdir. Həmçinin o həmin pulu 10 gün müddətində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehla arasında uzun müddətli tanışlıq münasibəti mövcud olduğundan, o həmin borc pul vəsaitini ona verərkən hər-hansı yazılı qaydada rəsmiləşdirməyə ehtiyac duymamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarix gecə saatları 24:00 radələrində ona whatsapp ilə zəng edərək, “valideynimi həkimi aparacam” deyərək ondan təcili 1500 manat məbləğində pul istəmişdir. O da dərhal mənzilinin yaxınlığında olan Grandmarketdə yerləşən ödəmə terminalı vasitəsi ilə həmin məbləği ona məxsus olan bank kartına göndərmişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh bu günə qədər həmin pulu ona qaytarmamışdır. Ondan pulu geri qaytarmasını tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirməklə pulun qaytarılmasından boyun qaçırmışdır. Belə ki, iş materiallarından da olan xx.xx.2025-ci il tarixli 8581 nömrəli qəbzdə əks olunan sonu 0808 nömrəli Kapital Bank kartı Cavabdeh məxsusdur. Cavabdeh özü də borc pulu aldığını etiraf edir. Həmçinin onun maddi vəziyyətini bilərək, Cavabdeh həmin borc pul vəsaitini hal-hazırda ödəmək imkanına malikdir. Baxmayaraq ki, borc pulun verilməsindən artıq 4-5 ay vaxt keçmişdir, lakin halhazırda da cavabdeh borcu ödəməkdən yayınmağa davam edir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirmişdir ki, Cavabdeh 1.500 manat məbləğində pul vəsaitinin ona göndərildiyini etiraf etsə də, lakin həmin pulun borc kimi deyil, İddiaçıla birlikdə gördüyü işdən əldə olunmuş gəlirdən ona çatacaq vəsait şəklində qəbul etmişdir. Həmçinin İddiaçıla digər bir məsələ ilə bağlı aralarında mübahisə olmuş və Elçinin məhz hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi həmin mübahisənin olmasından qaynaqlanmışdır. Həqiqətdə isə Elçinin ona 10.000 manat məbləğində borcunun olması və bunu təsdiq edən səs yazıları, şahid ifadələri və digər mötəbər sübutlar mövcud olsa da, lakin Elçinlə aralarında tanışlıq münasibətlərinin və bir sıra ortaq dostlarının olması, həmin münasibətləri gözlədiyindən hazırda şəxsə qarşı qarşılıqlı iddia ərizəsi irəli sürmədiyini, hətta Elçinin hazırkı iddianın müdafiə olunmasında israrlı olacağı halda Elçinin qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir. Cavabdehin bu mövqeyi, İddiaçı iddia ərizəsinin məzmunu və ona əlavə etdiyi sənədlərdə qeyd olunan məlumatların formallığı ilə tam təsdiq olunur. Yəni iddiaçının göstərilən pul məbləğini borc şəklində verməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. İddiaçı məhkəməyə 1.500 manat məbləğində pulun borc şəklində verməsinin sübutu olaraq WhatsApp tətbiqində Cavabdeh ünvanladığı yazışmasını təqdim etmişdir. Hesab edir ki, həmin yazışma mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh pulu geri qaytarmasını tələb etdikdə Nurlan hər dəfə müxtəlif bəhanələr gətirməklə pulun qaytarılmasından boyun qaçırdığını bildirir. Lakin iddiaçı iddia ərizəsinə pulu dəfələrlə tələb etməsi barədə heç bir sübut əlavə etməmişdir. Yəni iddiaçı Nurlan Hüseyovdan həqiqətən də dəfələrlə borcun geri qaytarılmasını tələb etmişdirsə ən azı bu tələblərini qeydə almalı idi. Həmçinin iddia ərizəsinə əlavə edilmiş yazışmadan görünür ki, İddiaçı WhatsApp tətbiqində Cavabdeh pulun tələb edilməsi ilə bağlı mesaj göndərir. Lakin həmin yazışmanın hansı tarixdə yazılması sübut kimi təqdim edilmiş həmin ekran görüntüsündə əks olunmur. Aydın şəkildə görünür ki, iddiaçı 22:26-da mesajı yazmış və 22:59-da ekran görüntüsünü qeydə almışdır. Eləcə də həmin yazışmada ümumiyyətlə cavabdehin həmin yazışmaya heç bir münasibəti əks olunmur. Həmçinin təqdim olunan yazışmanın özündə qeyd olunan pul məbləğini borc şəklində verməsini təsdiq edən məlumat əks olunmur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı 1.500 manat borc pul vəsaitinin, eləcə də məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat pulun alınaraq ona ödənilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

5. xx.xx.2025-ci il tarixli 8581 nömrəli qəbzdən müəyyən olunur ki, 1500 manat məbləğində pul vəsaiti BirBank-Karta mədaxil edilmişdir.

6. “Whatsapp” tətbiqi vasitəsilə olan yazışmalarının ksero surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh borcun ödənilməsini tələb etmişdir.

İşin faktiki halları.

7. İddiaçı iddia edir ki, cavabdehə xx.xx.2025-ci il tarixdə 1500 manat məbləğində borc vermiş və cavabdehin ona 1500 manat məbləğdə borcu mövcuddur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, o həmin pul vəsaitini borc kimi qəbul etməmişdir.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

12. İşin hallarından görünür ki, İddiaçı iddia edir ki, cavabdehə xx.xx.2025-ci il tarixdə 1500 manat məbləğində borc vermiş və cavabdehin ona 1500 manat məbləğdə borcu mövcuddur. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, o həmin pul vəsaitini borc kimi qəbul etməmiş, həmin pul vəsaiti onun gördüyü işlə bağlı ödənilmişdir.

13. İddiaçı tərəf Qəbzi və WhatsApp tətbiqində yazışmalarının ksero-surətini təqdim edərək, təqdim edərək tərəflər arasında real olaraq şifahi qaydada borc müqaviləsi bağlanmasını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

15. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə qəbzi təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 1500 manat pul vəsaitini cavabdehə verdiyini qeyd etmişdir. Tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh həmin pul vəsaitinin iddiaçıdan almasını etiraf edir, lakin həmin pul vəsaitinin borc məqsədilə deyil, göstərdiyi xidmətə görə aldığını qeyd edir.

16. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

17. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir.

18. Məhkəmə hesab edir ki, iddiaçı tərəf borc müqaviləsini tərəflər arasında şifahi qaydada bağlanmasını qeyd etmiş və hər iki tərəf 1500 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdeh tərəfə verilməsini etiraf edir. İş materiallarında pul vəsaitinin cavabdeh tərəfindən alınması sübut olunsa da, hazırkı halda həmin pul vəsaitinin başqa məqsədlə alınması və iddiaçıya qaytarılması barədə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfindən pul vəsaitinin alınması ilə bağlı qəbz təqdim etmişdir.

19. Məhkəmə hesab edir ki, cavabdeh tərəf həmin pul vəsaitinin başqa məqsədlə alınmasını sübut edə bilmədiyindən aldığını iddiaçıya geri qaytarmalıdır.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 35 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat pul vəsaiti və 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 23.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar