Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5042/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 85599,48 ABŞ dolları, Bundan 51518,13 ABŞ dolları əsas borc, 15945,73 ABŞ dolları faiz, 6443,34 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11692,28 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti “X5” minik markalı (Buraxılış ili- 2012, Ban-JTMHU09J5C5055442), qara rəngli, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2012-ci il tarixli 876/A nömrəli kredit müqaviləsinə əsasən "X5” minik markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J5C5055442) avtomobilinin alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 64000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “X5” minik markalı (Buraxılış ili-2012, Ban- JTMHU09J5C5055442), **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin İpotekaya qoyulması məqsədilə 05 sentyabr 2012-ci il tarixli, 876/ag saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “X5” markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J5C5055442), **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********140 saylı 31.03.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 18.03.2021-ci il tarixə kredit üzrə borcu cəmi 85599.48 ABŞ dolları təşkil edir. Bundan 51518.13 ABŞ dolları əsas borc, 15945.73 ABŞ dolları faiz, 6443.34 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11692.28 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh tərəfindən son ödənişlər 2013-cü illərdə olmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş ərizəyə isə münasibət bildirərək qeyd etdi ki, bank ləğv preosesində olduğu üçün iddia müddəti ötmüş və ötməmiş bütün işlər üzrə iddia ərizələri hazırlanaraq məhkəmələrə verilir. İddia müddəti ötmüş işlər üzrə də bankın filial müdirləri barəsində xüsusi qərardadlar çıxarılaraq Baş Prokurorluğa göndərilmişdir. Hər bir halda o, bankı təmsil etdiyi üçün iddia ərizəsini müdafiə edir və buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həqiqətən də bankdan kredit götürmüş və mülkiyyətində olan “X5” markalı avtomobili ipoteka müqaviləsinin təminatı olaraq banka girov qoymuşdur. Lakin sonradan borcunu ödəyə bilmədiyi üçün nəqliyyat vasitəsini borcun əvəzi olaraq 2013-cü ilin iyul ayının 19-da İddiaçı ASC-nin Azadlıq filialına təhvil vermişdir. Göründüyü kimi kredit müqaviləsi 9 il öncə bağlanmışdır. Buna görə də qeyd edilənlərin və məhkəməyə təqdim etdiyi ərizəsinin nəzərə alınaraq, iddia müddəti bitdiyinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2012-ci il tarixli 876/A nömrəli kredit müqaviləsinə əsasən "X5” minik markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J5C5055442) avtomobilin alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 64000 ABŞ dolları məbləğində kredit verilmişdir. 05 sentyabr 2012-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 64000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “X5” minik markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J5C5055442), **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin İpotekaya qoyulması məqsədilə 05 sentyabr 2012-ci il tarixli, 876/ag saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “X5” markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J5C5055442), **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka qoyulmuş “X5” markalı avtomobil 80000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 31.03.2021-ci il tarixdə Cavabdeh ünvanlanan “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişdən görünür ki, cavabdehə borcunun 3 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 31.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 51518.13 ABŞ dolları əsas borc, 15945.73 ABŞ dolları faiz, 6443.34 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11692.28 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 85599.48 ABŞ dolları borcu vardır. 20.08.2021-ci il tarixli, ********* №-li ödəniş tapşırığından görünür ki, LPO İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş qalmışdır. İş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. 05 sentyabr 2012-ci il tarixli 876/A nömrəli kredit müqaviləsindən görünür ki, borcluya verilən kreditin müddəti 48 ay müddətinə müəyyən olunmuş və kreditin müddəti 05.09.2016-cı il tarixədək təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti 05.09.2016-cı il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı ilə cavabdeh arasında müqavilə 05 sentyabr 2012-ci il tarixdə bağlandığından və müqavilənin icra müddəti 05 sentyabr 2016-cı il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, 05.09.2016-cı il tarixdən sonrakı gün, yəni 06.09.2016-cı il tarixdən başlamışdır. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı 06.09.2019-cu il tarixdə bitmişdir. Həmçinin, iş materiallarında olan hesabdan çıxarışdan da görünür ki, cavabdeh tərəfindən son ödəniş 2013-cü ildə, yəni müqavilə müddəti bitməmişdən əvvəl olmuşdur. Göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu 06.09.2019-cu ildən bildiyi halda, yalnız 2021-ci ilin avqust ayının 26-cı günündə, yəni hüququnun pozulduğunu bildiyi andan 1 (bir) il, 11 (on bir) ay, 22 (iyirmi iki) gündən sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5042/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5042/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver