Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5044/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və atanın əlavə xərcə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə bаxаrаq, MÜƏYYƏN E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və atanın əlavə xərcə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh ilə birgə nikahından xx.xx.2012-ci ildə anadan olmuş X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, bundan əlavə, xx.xx.2012-ci ildə anadan olmuş X1 xəstəliyi ilə bağlı əlavə olaraq 150 manat müalicə pulunun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 55 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş materialları araşdıraraq belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia tələbi iki hissədən ibarətdir. Bunlardan biri uşağın saxlanılması üçün atadan (cavabdehdən) tutulan alimentin miqdarının artırılması, digəri isə atanın həmin uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu iki tələb bir-biri ilə əlaqədar olmayan tələblər olduğundan bu tələblərə bir iddia ərizəsi əsasında baxıla bilməz. Ona görə ki, bu iki tələbin ailə qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi əsasları bir-birindən fərqlidir. Belə ki, uşağın saxlanılması üçün uşağı yanında saxlamayan valideyndən tutulan alimentin miqdarı artırılarkən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məsələsi araşdırılırsa, valideynin uşağa görə əlavə xərcə cəlb olunmasının əsası kimi ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi və digər hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi məsələsi araşdırılır. Bununla da ailə qanunvericiliyi bu tələblər üzrə mübahisələrin mahiyyətini bir-birindən tamamilə fərqli şəkildə tənzimləmişdir. Məhkəmə onu da qeyd edir ki, saxlanılması üçün tutulan alimentin miqdarının artırılması tələb edilən uşağın həm də müalicəsi üçün əlavə xərc tələb edilən uşaq olması bu tələblərin bir-birinə bağlı olduğu mənasına gəlmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan iki tələbi bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və atanın əlavə xərcə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5044/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5044/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver