Məhkəmə qərarları › İş №2(010)-508/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-508/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-508/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dаir kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X4 qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2693.36 manat əsas borc, 966.74 manat faiz borcu, 880.74 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 74.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4615.44 manat borcun və 66.15 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 5541/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-də illik 18 faizlə 36 ay müddətinə 5000 manat kart vasitəsilə kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci ilədək X4 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2693.36 manat əsas borc, 966.74 manat faiz borcu, 1761.47 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 74.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5496.17 manat borcu vardır. X4 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 1761.47 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunanan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 880.74 manat məbləğində tələb olunur. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış sorğuya əsasən bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşmiş və mirası Cavabdeh qəbul etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borcalan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, yoldaşı X10 kredit götürərək tanışına vermişdir. Lakin o, 2020-ci ildə koronavirusdan rəhmətə getmişdir. Bundan sonra yoldaşının ölüm haqqında sənədini Banka təqdim etmişdir. Bankdan ona şifahi bildirilmişdir ki, artıq borc bağlanmışdır. Aradan iki il keçdikdən sonra Bankın ona qarşı bu iddianı qaldırması qanunsuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. İddiaçı ASC və X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 6-Y-3-0-1013-19 nömrəli kredit müqaviləsindən görünür ki, Kreditor Borcalana istehlak məqsədi ilə, 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Kreditora ödəməyi öhdəsinə götürür.

7. xx.xx.2019-cu il tarixli, 6-Y-3-0-1013-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2019 xx.xx.2022-ci il tarixləri arasında hər ay 180.76 manat (sonuncu ay 180.86 manat) məbləğində olmaqla ödənilməsi müəyyən edilmişdir.

8. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X4 əsas borc üzrə 2693.36 manat, faiz borcu üzrə 966.74 manat, cərimə borcu üzrə 1761.47 manat, əldən çıxmış fayda üzrə 74.6 manat olmaqla, cəmi 5496.17 manat məbləğində borc yaranmışdır.

9. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

10. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – arvadı Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********17-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0432 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179.6 m2 olan qeyri-yaşayış binasından ibarətdir.

11. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – arvadı Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013cü il tarixdə X5 verilmiş **********04-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59.07 m2, yaşayış sahəsi 37.07 m2, yardımçı sahəsi 22 m2, iki otaqlı olan 31 saylı mənzildən ibarətdir.

12. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – arvadı Cavabdehdır və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X5 verilmiş **********16-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.078 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73 m2 olan fərdi yaşayış evindən ibarətdir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3468 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 6-Y-3-0-1013-19 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2689.86 manat, faiz borcu üzrə 685.92 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2689.86 manat, faiz borcu üzrə 763.62 manat, faiz borcu 5% ilə 77.7 manat müəyyən edilmişdir.

İşin faktiki halları.

14. İddiaçı ASC və X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Tofiq Veyisova 36 ay müddətinə, illik 18%-lə 5000 manat məbləğində kredit verilmiş, Tofiq Veyisov isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.

15. Müqavilə üzrə X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tofiq Veyisovun ölümündən sonra ondan miras qalmış daşınmaz əmlaklar xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən arvadı Cavabdeh keçmişdir.

16. Bundan sonra Bank mərhumla aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas, faiz, cərimə borcu və əldən çıxmış faydanı onun vərəsəsi olan arvadı Cavabdeh tələb etmişdir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından görünür ki, mərhum X6 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə Cavabdeh isə mərhum borclunun vərəsəsidir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

22. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş borcu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

23. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. İş materiallarından görünür ki, Cavabdeh mərhum əri Tofiq Veyisovdan miras əmlak kimi 1) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59.07 m2, yaşayış sahəsi 37.07 m2, yardımçı sahəsi 22 m2, iki otaqlı olan 31 saylı mənzil; 2) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0432 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179.6 m2 olan qeyri-yaşayış binası; 3) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.078 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73 m2 olan fərdi yaşayış evi qəbul etmişdir. Aydındır ki, bu üç əmlakın qiyməti iddia tələbinin qiymətindən çoxdur. Məhkəmə hesab edir ki, bunun sübuta ehtiyacı yoxdur. Belə ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 82.1).

25. Odur ki, Cavabdeh mərhum ərinin iddiaçı Bank qarşısında olan öhdəliyinə görə tam həcmdə məsuliyyət daşıyır. Bununla belə, məhkəmə iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən borcun məbləği ilə qismən razılaşmır.

26. Belə ki, iddiaçı Bank cavabdehdən 2693.36 manat məbləğində əsas borc və 966.74 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı Bank və mərhum Tofiq Veyisov arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından isə görünür ki, kreditin bitmə tarixinə (xx.xx.2022) əsas borc 2693.36 manat, faiz borcu isə 686.63 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyindən görünür ki, müqavilənin müddətinin bitdiyi tarixə əsas borc 2689.86 manat, faiz borcu 685.92 manat məbləğində müəyyən edilmişdir. Bununla belə iddiaçı Bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 966.74 manat məbləğində faiz borcu tutulmasını tələb etmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçı Bank müqavilə müddətindən sonrakı dövrə gecikdirilmiş vaxt üçün illik beş faizlə faiz tələb edə bilər. Lakin iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalanın Bankdan götürdüyü 5000 manat məbləğində əsas borca görə cəmi 1507.46 manat faiz ödəməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank müqavilə üzrə ödənilməmiş faiz borcunu yalnız həmin məbləğin ödənilməmiş hissəsi üzərindən tələb edə bilər.

28. Belə olan halda məhkəmə iş materiallarında olan ekspert rəyində müəyyən edilmiş məbləğlərlə razılaşır və hesab edir ki, Cavabdeh rəydə müqavilənin müddətinin bitmə tarixinə hesablanmış 2689.86 manat əsas borc və 685.92 manat faiz borcu iddiaçı Bankın xeyrinə tutulmalıdır.

29. İddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faizlə tələb edilən faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti bitmiş, buna baxmayaraq müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 74.6 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Bu hissədə məhkəmə qeyd edir ki, ekspert rəyində 5%-lə hesablanmış faiz borcunun məbləği 77.7 manat müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən 5%-lə 74.6 manat məbləğində pul tutulması nəticəsinə gəlir.

30. İddiaçı bank tərəfindən cavabdehdən tələb edilən 880.74 manat məbləğində cəriməyə münasibətdə məhkəmə qeyd edir ki, iddia cəriməyə münasibətdə qismən təmin edilməlidir.

31. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləği hazırkı vəziyyətdə işin hаllаrınа uyğun deyil və tənаsübsüz surətdə yüksəkdir. Cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən məhkəmə hesаb edir ki, cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.

Məhkəmə xərcləri.

32. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 66.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (3500.38 manat) mütənasib olan 55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2689.86 manat əsas, 685.92 manat faiz, 50 manat cərimə və 74.6 manat əldən çıxmış fayda olmaqla, cəmi 3500.38 manat məbləğində borc və 55 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2689.86 manat əsas, 685.92 manat faiz borcu, 50 manat cərimə və 74.6 manat əldən çıxmış fayda olmaqla, cəmi 3500.38 (üç min beş yüz manat otuz səkkiz qəpik) məbləğində borc və 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar