Məhkəmə qərarları › İş №2(010)-5082/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5082/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5082/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X5 qızının katibliyi, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh2na, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh4nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh2na, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh4nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş **.07.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, cavabdeh Bank Respublika ilə aralarında bağlanmış 6*70622-*4252060*L saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanması, mülkiyyətində olan ipoteka predmeti BMW 730 minik, b/l 2007, 90RD750 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin qiymətləndirilməsi, ipoteka predmetinin hazırkı bazar dəyərinə uyğun tələbin realizə edilməsi, habelə cavabdehlər Bakı şəhəri Suraxanı rayon icra şöbəsi və Cavabdeh4 hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılmasına dair ərizə. İş üzrə İddiaçı vəkili Vəkil məhkəməyə 25.**.2025-ci il tarixdə elektron qaydada iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər sırasından Cavabdeh4 çıxarılmasının nəzərə alınmasını, cavabdeh Bakı şəhəri 35 saylı notarlat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş **.07.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, cavabdeh Bank Respublika ilə aralarında bağlanmış 6*70622- *4252060*L saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş **.07.2025-ci il tarixli icra qeydinə əsasən ondan tutulmalı olan 27273.08 manat borc məbləği mülkiyyətində olan ipoteka predmeti BMW 730 minik, b/l 2007, 90RD750 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilə yönəldilməlidir. Qeyd olunan icra sənədi icraya yönəldilməmişdən öncə iddiaçının ünvanına tələbin onun mülkiyyətində olan əmlaka yönəldilmə və həmin əmlakın qiymətləndirilməsi, habelə faiz və əsas borc məbləği haqqında heç bir bildiriş gəlmədən 35 saylı notariat ofisi onu məlumatlandırmadan icra qeyd vermişdir. Həmin icra qeydində göstərilənlərlə razı deyil və hesab edir ki, icra qeydində hesablanmış əsas və faiz borc məbləğləri süni şəkildə şişirdilmişdir. Həmçinin, icra qeydində avtomobilinin real bazar dəyəri göstərilməmişdir. Bundan başqa digər cavabdeh Suraxanı rayon icra şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında bildiriş verilmədən qanunsuz olaraq avtomobilini hərraca çıxarmışdır. Cavabdehlər qanunsuz hərrac hərrac yolu ilə götürülmüş kredit məbləğini süni şəkildə şişirtməklə həmin şişirdilmiş borc məbləğini mülkiyyətində olan avtomobilə yönəltdirməklə əmlakını aşağı dəyərdə ələ keçirmək istəyirlər. Buna qətiyyən razı deyil. Belə ki, hesab edir ki, hazırkı məsələyə icra qeydi əsasında deyil, məhkəmə qətnaməsi əsasında baxılmalıdır. Onun mülkiyyətində olan avtomobilin **.09.2025-ci il tarixə ədalətli bazar dəyəri 32000 manat təşkil edir. Bununla da, müəyyən olunmuşdur ki, Bakı şəhər Suraxanı rayon İcra şöbəsi qanunsuz hərracın keçirilməsi haqqında sifariş məktubu ilə mülkiyyətində olan avtomobili dəyərindən 2 dəfədən az aşağı dəyərdə, yəni *8500 manat ilkin satış qiymət ilə hərraca çıxarmışdır. Həmçinin, Bakı şəhər Suraxanı rayon İcra şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında ona bildiriş verilməmiş, habelə icra məmuru tərəfindən İnzibati icraat haqqında qanunun tələblərinə əsasən onun hüquq və vəzifələri izah edilməmişdir. Cavabdeh3 ASC-nin nümayəndəsi Nəzrin Zeynalovanın etirazı. Cavabdeh3 ASC-nin nümayəndəsi Nəzrin Zeynalova məhkəməyə *0.*0.2025-ci il tarixdə elektron qaydada etiraz ərizəsi göndərərək, İddiaçı **.07.2025-ci il tarixli 8İ-6024 nömrəli icra qeydinin ləğv edilməsi və.s tələbinə dair iddia ərizəsi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, *3.06.2024-cü il tarixində borcluya ipoteka predmetinə tutma yönləndirilməsi barədə bildiriş göndərilmişdir. Qanunvericiliyə uyğun olaraq, borcluya göndərilən bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra təqdim edilmiş sayılır. Göstərilənlərə əsasən, tələb olunan borc məbləği mübahisəsiz olduğundan, Bank həmin borc üzrə notariusun icra qeydinin alınması üçün müraciət etməkdə haqlı olmuşdur. Digər yandan, məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı ərizəsində **.07.2025-ci il tarixdə aparılmış icra qeydində əsas və faiz məbləğin şişirdilməsini qeyd etsə də, özünün şəxsən xx.xx.2025-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsinə təqdim etdiyi ərizəsində isə bunun tam əksinə borcunu etiraf etmiş, məsuliyyətdən yayınmadığını bildirmiş, ona 2 av vaxt verilməsini xahiş etmiş və borcu ödəməməyinin hüquqi nəticələrinin ona izah olunduğunu qeyd etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” *64-cü maddəsində sadalanan icra qeydinə əlavə edilməli olan məlumatlar arasında əmlakın real bazar qiyməti göstərilməmişdir. İddiaçı “bankın notariat ofisinə müraciət etməməli olması və işə məhkəmə qətnaməsi əsasında baxılmalı olması” ilə bağlı göstərdiklərinə münasibətdə isə qeyd edirilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, borcun ödənilməsi məqsədilə ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı icra qeydinin aparılması üçün notariusa və yaxud məhkəməyə müraciət etmək bankın müstəsna hüququdur və iddiaçının göstərdiyi formada hazırkı məsələ ilə bağlı yalnız iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə dair qanunvericilikdə imperativ göstəriş yoxdur. Bundan başqa, İddiaçı **.07.2025-ci il tarixli icra qeydindən xx.xx.2025-ci il tarixdə məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş *0 günlük icra qeydini mübahisələndirmə müddətini də ötürmüş, iddia ilə məhkəməyə *2.09.2025-ci il tarixdə müraciət etmişdir. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, və bununla bağlı etiraz ərizəsi də təqdim etmişdirlər. İddianın təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin və Cavabdeh4 nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Cavabdeh3 ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış 0*/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, **.07.2025-ci il tarixli, 8İ-6024 nömrəli icra sənədinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi və bu barədə tələbkara məlumat verilməsi xahiş edilmişdir. **.07.2025-ci il tarixdə, 8İ-6024 reyestr nömrəli 35 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilən icra qeydindən görünür ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - Cavabdeh3 ASC-nin tələbi ilə ipoteka qoyan - İddiaçı ipoteka predmeti olan İddiaçı məxsus markası BMW 730 minik, b/l 2007, 90RD750 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil əmlakına tutma yönəldilməsini təklif etmişdir. (Öhdəliyi müəyyən edən 8*70622-*4252060*L saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 25802.89 manat əsas borc, *470.*9 manat faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 27273.08 manat təşkil edir.) İcra qeydi **.07.2025-ci il tarixində aparılmışdır. Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru X* tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə tələbkar Cavabdeh3 ASC-nin tələbi ilə borclu İddiaçı borcluya məxsus ipoteka predmeti olan markası BMW 730 minik, b/i 2007, 90RD750 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil əmlaka tutma yönəldilməsi (cəmi 27273.08 manat) müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən İddiaçı göndərilmiş tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ondan xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Cavabdeh2 8i-6024 nömrəli, 22 07.2025-ci il tarixli icra sənədində göstərilən tələbin *0 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin bildiriş İddiaçı xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. *3.06.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı *7.06.2022-ci il tarixli 6*70622- *4252060*L saylı əsas kredit limiti razılaşması üzrə yaranmış cəmi 27273.08 manat borc barədə məlumat verilmiş, “İpoteka haqqında” AR Qanununun 34 ve 36-cı maddələrinə əsasən bank qarşısında ipoteka ilə təmin olunan icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlandığı bildirilmişdir. *3.06.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı *7.06.2022-ci il tarixli 6*70622- *4252060*L saylı əsas kredit limiti razılaşması üzrə xx.xx.2025-ci il tarixə yaranmış cəmi 27273.08 manat borc barədə məlumat verilmiş, borcun 20 gün ərzində ödənilməyəcəyi təqdirdə yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildiriş İddiaçı *3.06.2025-ci il tarixdə çatdırılmışdır. Cavabdeh3 ASC və İddiaçı arasında bağlanmış 6*70622-*4252060*L saylı *7.06.2022ci il tarixli Əsas kredit limiti razılaşmasından görünür ki, kreditverən borcalana 400.000 (dörd yüz min) manat məbləğində *20 ay müddətinə, *7.06.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 5.7-ci bəndinə görə, Borcalan tərəfindən əsas kredit limiti razılaşmasının imzalanması ilə borcalan kreditverənin veb-saytında yerləşdirilmiş və özündə kreditin limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəalarə əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir. X7 Xidməti Müqaviləsinin 9.**-ci bəndinə əsasən, Borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Cavabdeh3 ASC və İddiaçı arasında bağlanmış 6*70622-*4252060*L saylı *7.06.2022ci il tarixli Əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 23.*2.2022-ci il tarixli Kredit razılaşmasından görünür ki, "Kreditverən" 6*70622-*4252060*L saylı *7.06.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik *6 faiz dərəcəsi ilə 20.*2.2024-cü il tarixinədək, 0 ay güzəşt olmaqla 50000 manat məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə “Borcalan”a verir. Cavabdeh3 ASC və İddiaçı arasında bağlanmış 6260923-*4252060*R nömrəli xx.xx.2023-cü il tarixli Restrukturizasiya razılaşmasının 2-ci bəndindən görünür ki, 6*70622- *4252060*L saylı *7.06.2022-ci il tarixli əsas kredit limiti razılaşması və onun ayrılmaz tərkib hissəsi olan 23.*2.2022-ci il tarixli kredit razılaşması əsasında verilmiş kredit üzrə faiz dərəcəsi *5 faiz və kreditin son icra müddəti xx.xx.2025-ci il müəyyən edilir. Razılaşmanın 4cü bəndi: Borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən”in xeyrinə icra etməyi öz öhdəsinə götürür. Cavabdeh3 ASC və İddiaçı arasında bağlanmış 6260923-*4252060*R nömrəli xx.xx.2023-cü il tarixli Restrukturizasiya razılaşmasının *9.**.2024-cü il tarixli Əlavəsinin *-ci bəndindən görünür ki, həmin Əlavə ilə qalıq borca tətbiq edilməli kredit (borc) üzrə faiz dərəcəsi *5 % və kreditin son icra müddəti *9.**.2027-ci il təyin edilir. Kredit üzrə faktiki illik faiz dərəcəsi *5.5 % təşkil edir. Əlavənin 2-ci bəndi: Borcalan bu Əlavəyə əsasən yenidən tərtib edilmiş ödəniş cədvəli ilə razılaşdığını qəbul edir, kredit üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etməyi öz öhdəsinə götürür. Cavabdeh3 ASC və İddiaçı arasında bağlanmış 6260923-*4252060*R saylı xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı *0.*2.2024cü il tarixindən *0.**.2027-ci il tarixinədək hər ay 9*4.7* manat, *9.**.2027-ci il tarixində isə 9*4.5 manat ödəniş etməlidir. Cavabdeh3 ASC və İddiaçı arasında bağlanmış 6260923-*4252060*R nömrəli xx.xx.2023-cü il tarixli Restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı 26.*0.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 34993.49 manat əsas borc və 6468.7* manat faiz borcu olmaqla, cəmi 4*462.2 manat ödəməlidir. Cavabdeh3 ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş hesab üzrə çıxarışa əsasən xx.xx.2023-30.0*.2025-ci il tarixlərdə İddiaçı tərəfindən Cavabdeh3 ASC–də onun adına açılmış hesaba Cavabdeh3 ASC-yə müqavilə üzrə ödənişlər etmişdir. İddiaçı Suraxanı rayon İcra Şöbəsinə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq, ona borcu ödəməsi üçün 2 ay könüllü müddətin verilməsini xahiş etmişdir. Ərizəsində bildirmişdir ki, Cavabdeh2 8İ-6024 saylı, **.07.2025-ci il tarixli sənədinə əsasən Cavabdeh3 ASC-yə olan borcu səbəbindən tələb ona məxsus ipoteka predmeti olan BMW 730 minik markalı avtomobilə yönəldilmişdi. Borcu marketində olan yanğın səbəbindən ödəyə bilməmişdir. *7.06.2022-ci il tarixdə Bakı şəhəri *2 saylı Notariat Ofisində bağlanmış və notarial qaydada təsdiq olunmuş 3M-*70* reyestr nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan BMW 730 minik, b/l 2007, **-RD-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili 6*70622-*4252060*L saylı *7.06.2022-ci il tarixli kredit limiti razılaşması və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərinin təmin edilməsi məqdəsilə İpoteka saxlayan - Cavabdeh3 ASC –nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən, borcalan əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının bu müqavilənin 3-cü maddəsində qeyd edilmiş müddət ərzində 90 təqvim günü və ya daha çox müddətə gecikdirilməsi halında ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək və tutmanı ipoteka predmetinə yönətlmək hüququna malikdir. Cavabdeh3 ASC tərəfindən AR DİN BDYPİ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizə ilə bildirilmişdir ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə Öhdəliklərin icra olunmaması səbəbindən tələbin BMW 730 minik, b/l 2007, 90RD750 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil olan ipoteka predmetinə yönəldilməsi üçün icra qeydinin İddiaçı (borcalan/ipotekaqoyan) *3.06.2025-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və icra qeydi bildirişi göndərilmişdir. Qeyd olunanlara əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. 6*70622-*4252060*L saylı İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı *46040 nömrəli *7.06.2022-ci il tarixli çıxarışdan görünür ki, BMW 730 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil *7.06.2022-ci ildən *7.06.2032-ci ilədək Cavabdeh3 ASC-nin ipoteka yüklülüyündədir. İş materiallarına əlavə edilmiş *87*428235 nömrəli **.09.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə *7. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: ...*5) icra qeydləri aparır;... Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.... Maddə 77. İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş qaydası İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.*.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 6. İcra sənədləri 6.*. Aşağıdakılar icra sənədləri sayılır: 6.*.4. notariusun icra qeydləri; Maddə 7. İcra sənədlərinə aid tələblər 7.4. ... Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.*. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 9. İcra sənədinə aid tələblərin pozulmasının nəticələri 9.*. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Hazırda iddia tələbi cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş **.07.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, cavabdeh Bank Respublika ilə aralarında bağlanmış 6*70622-*4252060*L saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanmasından ibarətdir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 ASC arasında 6*70622- *4252060*L saylı *7.06.2022-ci il tarixli əsas kredit limiti razılaşması bağlanmış, sonradan həmin əsas kredit limiti razılaşmasının icrası ilə əlaqədar olaraq tərəflər arasında kredit razılaşmaları, habelə xx.xx.2023-cü il tarixli restrukturizasiya razılaşması və bu razılaşmaya dair sonrakı əlavələr bağlanmışdır. Göstərilən müqavilələr üzrə iddiaçıya kredit vəsaitləri ayrılmış, həmin öhdəliklərin icrası isə iddiaçıya məxsus ipoteka predmeti olan BMW 730 minik markalı, 90RD750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təmin edilmişdir. İddiaçı kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən bank qarşısında borc yaranmış, bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılmışdır. Məhkəmə ilk növbədə tələbin **.07.2025-ci il tarixli, 8İ-6024 reyestr nömrəli icra qeydinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıdaki qanunvericiliyin şərh olunmuş normaları baxımından, notariusun icra qeydləri icra sənədləri hesab edilir və həmin icra sənədlərinin icraya yönəldilməsi bilavasitə müvafiq orqanın vəzifəsidir. Notariusun icra qeydi məcburi icra üçün əsas sayılır və borclu yalnız ciddi qanuni əsaslarla onu mübahisələndirə bilər. Qanunvericiliyin tələbinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müvafiq maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İş materiallarından görünür ki, borcun qaytarılması barədə bildiriş rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6cı hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.....İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, qanunun istinad olunan normasında iki bildirişdən bəhs olunur: *) tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərməli olduğu və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən bildiriş; 2) göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş. Belə ki, iş materiallarından görünür ki, icra qeydi düzgün aparılmışdır, müvafiq bildirişlər göndərilmiş, borclu və ipoteka qoyan olan iddiaçıya lazımı qaydada məlumat verilmiş, nəticədə ipoteka qoyan olan iddiaçı tutmaya dair münasibət bildirmək hüququndan məhrum olunmamışdır. İddiaçı **.07.2025-ci il tarixdə, 8İ-6024 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi tələbi ilə müraciət etsə də, icra qeydinin qanunvericiliyin tələblərini pozmaqla tərtib olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı icra qeydindən xəbərdar olmadığını bildirsə də, iş materiallarından görünür ki, bu barədə ona bildiriş göndərilmiş və həmin bildiriş ona xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin ləğv edilməsi üçün hər hansı digər əsaslı səbəb göstərməmişdir. Belə ki, Cavabdeh3 ASC tərəfindən borca əsaslanan sənədlər icra qeydinin verilməsi üçün qanunvericilik tələblərinə uyğun olaraq Bakı şəhəri 35 saylı Notariat ofisinə göndərilmiş, Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən müvafiq icra qeydi tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra qeydi düzgün tərtib edilmişdir və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Tələbin kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən, kredit müqavilələri, restrukturizasiya razılaşmaları və onların əlavələri ilə kreditin şərtləri, faiz dərəcələri və ödəniş cədvəlləri dəqiq müəyyən edilmiş, iddiaçı bu sənədlərlə razılaşmışdır. Borcun məbləği icra qeydinə əsas olan sənədlərlə təsdiq edilmiş, iddiaçı isə borcun hesablanmasının səhvliyini göstərən hər hansı alternativ hesablamanı və ya müstəqil maliyyə rəyini məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Suraxanı rayon icra şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəmək üçün əlavə müddət xahiş etmiş və bununla borcun mövcudluğunu faktiki olaraq etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tələb həmin hissədə əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş **.07.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, cavabdeh Bank Respublika ilə iddiaçının arasında bağlanmış 6*70622-*4252060*L saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı “cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş **.07.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, cavabdeh Bank Respublika ilə iddiaçının arasında bağlanmış 6*70622-*4252060*L saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar