Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5123/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, və cavabdehdən iddiaçının xeyrinə 5081.86 manat məbləğində əsas borc, 0,59 manat məbləğində faiz borcunun, cəmi 5082.45 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə "xxxx" ASC arasında bağlanmış 30.11.2019-cu il tarixli kredit istehlak müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə illik 01 % olmaqla 5197.8 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırkı vaxtadək cavabdehin banka olan borcu ödənilməmiş qalır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qismən qəbul edərək, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən mütəmadi olaraq ödənişlər etdiyini, lakin son vaxtlar borcundan ödənişlər etmədiyini, lakin sonra yenidən ödənişlərini bərpa etdiyini və sonuncu dəfə 21.10.2021-ci ildə 50 manat ödəniş etdiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh X3 izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X6 arasında bağlanmış 30.11.2019cu il tarixli FR/62428/72/22 nömrəli kredit sazişin və ona 1 saylı əlavədən görünür ki, X6 "xxxx" ASC-dən illik 01 % ilə ödəmək şərti ilə 5 il müddətinə 5197.80 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 5081.86 manat əsas, 0.59 manat faiz borcu mövcuddur. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Lakin məhkəmə qeyd edir ki, işə əlavə edilən qəbzdən görünür ki, cavabdeh 21.10.2021-ci il tarixdə kredit müqaviləsi üzrə 50 manat ödəniş etmişdir və bu ödəniş iddiaçı tərəfindən təqdim edilənmaliyyə arayışında nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, 50 manat ümumi tələb edilən məbləğdən çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5031,86 manat məbləğində kredit borcu, 0.59 manat faiz borcu olmaqla, cəmi 5032.45 manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə cavabdeh Şıxbabayev Hı̇ kmət Arı̇ f oğlu arasında bağlanmış 30.11.2019-cu il tarixli, FR/62428/72/22 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Şixbabayev Hı̇ kmət Arı̇ f oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 5031,86 manat məbləğində əsas borc, 0,59 manat məbləğində faiz borcu olmaqla, cəmi 5032,45 (beş min otuz iki manat qırx beş qəpik) manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5123/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5123/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver