Məhkəmə qərarları › İş №2(010)-5133/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5133/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5133/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabeh Cavabdeh (Əliyev Elvin) Qəşəm oğlunun hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə rəsmi nikahları 16 aprel 2013-cü il ildə Suraxanı Rayon Qeydiyyat Şöbəsində qeydlə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Onunla Cavabdeh arasında rəsmi nikah Suraxanı Rayon Məhkəməsinin 2(010)-291/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh (Əliyev Elvin) Qəşəm oğlu arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 479 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Cavabdeh (Əliyev Elvin) Qəşəm oğlundan Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT (010) -100/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancınn və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin əmək haqqı- qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olduğundan məcbur olub alimenti yalnız sabit pul məbləğində ödənilməsi üçün məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir.Çünki alimentin ödənilməli məbləği cavabdeh azaltdığından uşaqların yaşam tərzində maddi sıxıntı yaradır. Bununla bağlı mediasiyaya müraciət etmişdir. Cavabdehin “ilkin medaisiya sessiyasında iştirak edilməməsi barədə” 19 oktyabr 2023-cü il tarixli MŞB/13/2023-01474 saylı arayış verilmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlu iddianı qəbul etmədiyini, aliment borcu olduğunu və alimentin onun əmək haqqısına yönədldiyini bildirmişdir. Aliment borcun ödənilməsi ilə əlaqədar, əmək haqqısının yarıdan coxunun alimentə tutulduğunu qeyd etmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək icraatında olan digər həbs qətimkan tədbiri ilə əlaqədar Bakı Apellyasiya məhkəməsində olduğundan iclasda iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş materialları. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X1 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/13/2023-01474 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X1 İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə sifarişli bildirişin göndərilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh (Əliyev Elvin) Qəşəm oğlu arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 479 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Cavabdeh (Əliyev Elvin) Qəşəm oğlundan Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT (010) -100/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 458774 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Elvin və İddiaçı arasında bağlanmış nikaha xx.xx.2022-ci tarixində xitam verilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən verilmiş İddiaçı ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək həmin karta müxtəlif məbləğlər daxil olmuşdur. xx.xx.2023-cü il traixli 12BEAA0000104 Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar olaraq işləyir, əmək haqqısı 898.29 manatdır. 04 noyabr 2023-cü il, 18/290244/22-19 nömrəli Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsi tərəfindən borclunun iş yeri "xxxx" MMC-yə məktub göndərilərək, vergilər çıxıldıqdan sonra borc məbləği bitənədək borclu Əliyev elvin Qəşəm oğluna çataçaq əmək haqqıdan hər ay 70%-nin, borc məbləği bitdikdən sonra isə hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər uşağa 60 manat olmaqla cəmi 120 manat məbləğində aliment tutularaq tələbkarın məktubda qeyd edilən hesabına köçürülməsini təmin edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş, tərəflər arasında nikah pozulmuş, uşaqlar hazırda iddiaçının yanında qalırlar. Eyni zamanda, cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan 2(010)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə almalqla, hesab edir ki, sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalıdır. Lakin, iddiaçı alimentin artırılmasını tələb etsə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalıdır. Cavabdehin əmək müqaviləsindən əmək haqqısının 898.29 manat olduğu görünür. Həmçinin cavabdehin təqdim etdiyi icra vərəqəsində cavabdehin aliment borcunun olduğu və bu borcun vergi çıxıldıqdan sonra əmək haqqısına yönəldiyi görünür. Bu baxımdan məhkəmə hesab edir ki yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment olduğu kimi qalmalı və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-291/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (15x2x12=360 manat) mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar