Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5146/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxxxxxx” MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kenwood blenderüçün55 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi61 manat, Çaynik Philips, su filtri Aquaphor Provanceüçün13 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 13 manat, İMEİ kodu **********73372 Xiaomi Redmi 7 telefon, X3 Black, Hoffmann LED televizor, Dect Panasonic üçün969 manat ödənilməmiş hissə, 96 manat cərimə, cəmi1065 manat, ümumilikdə 1139 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1169 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Kenwood blender, Çaynik Philips, su filtri Aquaphor Provance, İMEİ kodu **********73372 Xiaomi Redmi 7 telefon, X3 Black, Hoffmann LED televizor, Dect Panasonicalmış və nəticədə 1139 manat borc yaranmışdır.Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozmuş vənəticədə alqı-satqı qiyməti 324 manat olan Kenwood blender üçün 61 manat olmaqla ondan, 55 manat ödənilməmiş hissə, 6 manat cərimə, alqı-satqı qiyməti 156 manat olan Çaynik Philips, su filtri Aquaphor Provance üçün 13 manat olmaqla ondan, 13 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, alqı-satqı qiyməti 1419 manat olan İMEİ kodu **********73372 Xiaomi Redmi 7 telefon, X3 Black, Hoffmann LED televizor, Dect Panasonic üçün 1065 manat olmaqla ondan 969 manat ödənilməmiş hissə, 96 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 862 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 324 olan Kenwood blender markalı telefon almışdır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Abidova X1 blenderu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Kenwood blender üçün cavabdehin 55 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 61 manat borcu yaranmışdır. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 156 manat olan Çaynik Philips, su filtri Aquaphor Provancealmışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Çaynik Philips, su filtri Aquaphor Provancetəhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Çaynik Philips, su filtri Aquaphor Provance üçün cavabdehin 13 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 13 manat borcu yaranmışdır. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 1419 manat olan əsasən İMEİ kodu **********73372 Xiaomi Redmi 7 telefon, X3 Black, Hoffmann LED televizor, Dect Panasonic almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********73372 Xiaomi Redmi 7 telefon, X3 Black, Hoffmann LED televizor, Dect Panasonic təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən alqı-satqı qiyməti 800 manat olan İMEİ kodu **********73372 Xiaomi Redmi 7 telefon, X3 Black, Hoffmann LED televizor, Dect Panasonic üçün cavabdehin 969 manat ödənilməmiş hissə, 96 manat cərimə, ümumilikdə 1065 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə tezliklə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 1139 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 1139 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, cəmi 61 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, cəmi 13 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 969 manat ödənilməmiş hissə, 96 manat cərimə olmaqla, cəmi 1065 manat, ümumilikdə 1139 (bir min bir yüz otuz doqquz) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-5146/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5146/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver