Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5179/2020 22.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEi kodu **********73042 Samsung Galaxy A3 markalı telefon üçün 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə, cəmi 704 manat; HOFFMANN markalı paltaryuyan üçün 115 (yüz on beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 127 manat; İMEİ kodu **********02585 Samsung Galaxy A6 markalı telefon üçün 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə cəmi 858 manat olmaqla ümumilikdə 1689 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1719 manat olmaqla Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il , xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********73042 Samsung Galaxy A3 markalı telefon, HOFFMANN markalı paltaryuyan, İMEİ kodu **********02585 Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 1689 (min altı yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat +0 manat ilkin ödəniş) İMEi kodu **********73042 Samsung Galaxy A3 markalı telefon üçün 704 (yeddi yüz dörd) manat olmaqla ondan, 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı paltaryuyan üçün 127 (yüz iyirmi yeddi) manat olmaqla ondan, 115 (yüz on beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 (doqquz yüz otuz altı) manat (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********02585 Samsung Galaxy A6 markalı telefon üçün 780 (yeddi yüz səksən) manat olmaqla ondan, 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 973 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh oğluna dəyəri 960 manat olan Samsung Galaxy A3 markalı telefon üçün ilkin ödənişsiz hər ay 40 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 612 manat olan HOFFMANN markalı paltaryuyan üçün ilkin ödənişsiz hər ay 34 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh oğlu– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 936 manat olan Samsung Galaxy A6 markalı telefon üçün ilkin ödənişsiz hər ay 39 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 640 manat ödənilməmiş əsas məbləğ və 64 manat cərimə olmaqla – cəmi 704 manat; xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 115 manat ödənilməmiş əsas məbləğ və 12 manat cərimə olmaqla – cəmi 127 manat və xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 780 manat ödənilməmiş əsas məbləğ və 78 manat cərimə olmaqla – cəmi 858 manat olmaqla ümumilikdə 1689 manat məbləğində borcu vardır. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 192 manat (0,4 manat x 480 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 64 manat, 31 manat (0,34 manat x 90 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 12 manat, 234 manat (0,39 manat x 600 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 78 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh oğlundan xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 640 manat ödənilməmiş əsas məbləğ və 64 manat cərimə olmaqla – cəmi 704 manat; xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 115 manat ödənilməmiş əsas məbləğ və 12 manat cərimə olmaqla – cəmi 127 manat və xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 780 manat ödənilməmiş əsas məbləğ və 78 manat cərimə olmaqla – cəmi 858 manat olmaqla ümumilikdə 1689 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 640 manat ödənilməmiş əsas məbləğ və 64 manat cərimə olmaqla – cəmi 704 manat; xx.xx.2018-ci il tarixli Alqısatqı müqaviləsi üzrə 115 manat ödənilməmiş əsas məbləğ və 12 manat cərimə olmaqla – cəmi 127 manat və xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 780 manat ödənilməmiş əsas məbləğ və 78 manat cərimə olmaqla – cəmi 858 manat olmaqla ümumilikdə 1689 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-5179/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5179/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver