Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-518/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən ödənilmiş 381,80 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci il tarixli buraxılışlı, **-HF-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik avtomaşın iddiaçının mülkiyyətindədir. 08 fevral 2024-cü il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair Cavabdeh etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında cavabdeh onun mülkiyətində olan **-HF-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik maşınını idarə etmişdir. Lakin cavabdeh idarə etdiyi müddətdə yol hərəkət qaydalarını pozmuş və 10 dəfə inzibati xəta törədərək ümumilikdə 381,80 manat inzibati cərimə edilmişdir. Həmin avtomobil onun istifadəsində olduğu müddətdə cərimə olunmasına baxmayaraq cərimələri ödəməmişdir. Avtomobilin duracağa yerləşdirilməməsi üçün məcbur olub cərimələri iddiaçı ödəmişdir. Həmçinin avtomobili idarə edərək yararsız vəziyyət salmış və əlavə ona 2000 manatdan çox ziyan vurmuşdur. Dəfələrlə ödədiyi cərimənin pulunun ona ödənilməsini tələb etsə də hər vasitə ilə pulu ödəməkdən imtina etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddiasını müdafiə edir. Cavabdehin avtomobili idarə etdiyi müddətdə cərimələr yığılmışdı. onları ödəmişdir. Hazırda həmin məbləği geri istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən AA № 048808 seriya nömrəli xx.xx.2001-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1993-cü il tarixdə Zəngilan rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 08 fevral 2024-cü il il tarixdə verilmiş 7E-841 № etibarnamənin surətindən görünür ki, “Toyota Prius” (Hibrid) minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi İddiaçı tərəfindən xx.xx.2032-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar edilmişdir. İş materiallarında olan protokollardan görünür ki, Cavabdeh 1. xx.xx.2024-cü il tarixli EQ20298344 saylı protokola görə 40 manat; 2. xx.xx.2024-cü il tarixli EQ20045677 saylı protokola görə 20 manat; 3. xx.xx.2024-cü il tarixli EQ19561068 saylı protokola görə 26.20 manat 4. xx.xx.2024-cü il tarixli EQ19844348 saylı protokola görə 45.60 manat; 5. xx.xx.2024cü il tarixli EQ19901586 saylı protokola görə 40 manat; 6. xx.xx.2024-cü il tarixli EQ20468806 saylı protokola görə 18 manat; 7. xx.xx.2024-cü il tarixli EQ20439562 saylı protokola görə 36 manat; 8. xx.xx.2024-cü il tarixli EQ20404468 saylı protokola görə 36 manat 9. xx.xx.2024-cü il tarixli İXP6155659 saylı protokola görə 80 manat; 10. xx.xx.2024-cü il tarixli EQ20346604 saylı protokola görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan hökumət ödəniş portalından alınmış çıxarışlar üzrə son ödəniş məlumatlarından görünür ki, 1. EQ20298344 saylı protokola görə 40 manat; 2. EQ20045677 saylı protokola görə 20 manat; 3. EQ19561068 saylı protokola görə 26.20 manat;4. EQ19844348 saylı protokola görə 45.60 manat; 5. EQ19901586 saylı protokola görə 40 manat; 6. EQ20468806 saylı protokola görə 18 manat; 7. EQ20439562 saylı protokola görə 36 manat; 8. EQ20404468 saylı protokola görə 36 manat; 9. İXP6155659 saylı protokola görə 80 manat; 10. EQ20346604 saylı protokola görə 40 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. ...217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı öz mülkiyyətində olan **-HF-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” (Hibrid) minik markalı nəqliyyat vasitəsini 08 fevral 2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. İş materiallarında olan hökumət ödəniş portalından alınmış çıxarışlardan göründüyü kimi, **-HF-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü – cavabdeh X2 tərəfindən inzibati qaydada cərimələnmişdir. İddiaçı inzibati xəta haqqında protokollara görə ümumilikdə 381.80 manat məbləğində cərimələri ödəmişdir. Yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini – inzibati xəta haqqında protokollara görə ödənilmiş pulu geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, İddiaçı tərəfindən ödənilmiş 381,80 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, məhkəmə hesab edir ki, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 381,80 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-518/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-518/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver