Məhkəmə qərarları › İş №2(010)-5273/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5273/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5273/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Ələsgərov Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ələsgərov Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ələsgərov Cavabdeh 12900 (on iki min doqquz yüz iyirmi) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, cavabdeh Ələsgərov Cavabdeh 12920 (on iki min doqquz yüz iyirmi) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı cavabdeh Ələsgərov Cavabdeh arasında bağlanılan 30.06.2021-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 12920 (on iki min doqquz yüz iyirmi) manat borc pul vermişdir. Kredit 45 gün müddətinə verilmiş və cavabdeh krediti 14.08.2021-ci il tarixə qədər qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti ona qaytarmamışdır. O, dəfələrlə cavabdehə müraciət edərək borcu qaytarmağı tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcu qaytarmamış, öhdəliyin icrasından yayınmışdır. Tərəflər arasında bağlanılan 30 iyun 2021-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində pul borc verilmişdir. Müqavilənin 1.3. bəndinə əsasən borc alan kredit məbləğini 07.02.2021-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 30.06.2021-ci il tarixli "Borc (kredit)" müqaviləsindən görünür ki, Hüseynov X3 Cavabdeh qaytarılmaq şərti ilə 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində borc pul vermiş, Ələsgərov Cavabdeh isə həmin pul vəsaitini nağd şəkildə alaraq, onu 45 gün ərzində, yəni 14.08.2021-ci il tarixədək İddiaçı nağd şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə cavabdeh Ələsgərov Cavabdeh arasında 30.06.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində pulu nağd şəkildə Cavabdeh Ələsgərova vermiş, Ələsgərov Cavabdeh isə həmin pul vəsaitini almış, aldığı pulu 45 gün ərzində, yəni 14.08.2021-ci il tarixədək nağd şəkildə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı öz üzərinə düşən öhdəliyi həyata keçirmiş, lakin cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdehin iddiaçıya 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində borcu vardır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, 30.06.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində borcun qaytarılması İddiaçı risk dairəsinə daxil olan öhdəlik olduğundan, iddiaçı həmin borcun qaytarılmasını cavabdehdən müvafiq olaraq tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh Ələsgərov Cavabdeh 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində borc alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ələsgərov Cavabdeh 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar