Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5284/2020 09.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(023)-1028/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin miqdarını dəyişərək Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat,ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, 2011-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş və birgə nikahlarından xx xxxx 2009-cu ildə X4, xx xxxxxx 2012-ci ildə X5 və xx xxxxxxx 2013-cü ildə X2 dünyaya gəlmişdir. Bir müddət normal ailə həyatı olsa da, sonradan cavabdehin ailəyə münasibətinin normal olmamasından 2019-cu ildə nikahları pozulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)-632/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə dünyaya gəlmiş övladı X4 atasının himayəsinə verilmiş, iddia qalan hissədə təmin olunmamış və digər övladları (X2 və X5) onun yanında qalmışlar. Bundan sonra cavabdeh aliment miqdarının azaldılması ilə bağlı Qazax Rayon Məhkəməsinə müraciət etmiş və Qazax Rayon məhkəməsinin 2(023)-1028/2019 saylı qətnaməsi ilə alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat, ümumilikdə 160 manat təyin edilmişdir. Övladları böyüdükcə onların təlabatı və müvafiq olaraq xərcləri də artmışdır. Belə ki, övladları artıq məktəbə gedir və onların xərclərini qarşılamağa 160 manat aliment məbləği kifayət etmir. Cavabdeh hazırda Veysəloğlu şirkətində satış müdiri vəzifəsində işləyir və 1000 manatdan çox gəlirləri olur. O isə salonda usta işləyir və pandemiya olması səbəbindən gəlirləri aşağıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçı ilə 2011-ci ildə ilə nikaha daxil olmuş və birgə nikahlarından üç uşaqları dünyaya gəlmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)- 632/2019 saylı qətnaməsi nikahları pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X4 onun himayəsinə verilmiş, X2 və X5 isə anasının himayəsində qalmış və hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bundan sonra uşaqlardan biri onda olduğu üçün o, aliment miqdarının azaldılması ilə bağlı Qazax Rayon Məhkəməsinə müraciət etmiş və Qazax Rayon məhkəməsinin 2(023)-1028/2019 saylı qətnaməsi ilə alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat, ümumilikdə 160 manat təyin edilmişdir. Göründüyü kimi hazırda uşaqlardan biri onun yanındadır və iddiaçıdan yanındakı uşaqla bağlı aliment tələb etmir. Halbuki, reallığa qaldıqda o, iddiaçıdan aliment tələb etmək hüququna malikdir. Alimentdən əlavə, o, uşaqlarının qayğısına qalır və onların hazırlıq və idman pullarını da ödəyir. Eyni zamanda, iddiaçı özü də işləyir və yetəri qədər qazanca malikdir. O isə dükanda administrator vəzifəsində çalışır və pandemiya olması səbəbindən gəlirləri zəifdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-1028/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)- 2194/2018 saylı qətnaməsinə əsasən Cavabdeh aliment tutulub xx xxxxxx 2012-ci ildə anadan olmuş Adəm və xx xxxxxxxx 2013-cü ildə anadan olmuş Natalya adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ayda verilməsi müəyyən edilmiş hər uşaq üçün 154 manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldıqdan sonra azaldılaraq ayda hər uşaq üçün 80 manat, cəmi 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəl rəsmi nikahda olması və hazırda aralarında olan nikahın pozulması, rəsmi nikahdan uşaqlarının olması, X2 və X3 analarının yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Əksinə olaraq, iddaçının məhkəmə iclasında verdiyi izahatından da məlum olduğu kimi iddiaçı gözəllik salonunda işləməklə günlük və ya aylıq qazanca malikdir və əlavə olaraq, uşaqlardan biri hazırda cavabdehin (atasının) himayəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-5284/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5284/2020
09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver