Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5298/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-10950/2017 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 137 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 noyabr 2015-ci il tarixində nikah münasibətlərinə daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il tarixində X5 dünyaya gəlmişdir. Lakin bu nikah münasibətlərini davam etdirmək mümkün olmamış və məhkəməyə müraciət olunaraq boşanma əldə olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-10950/2017 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 137 manat sabit pul məbləğində aliment müəyyənləşdirilmişdir. Lakin hal-hazırda bu məbləğ uşaq üçün layiqli həyat səviyyəsini təmin edəcək miqdarda deyil. Uşaq böyüdükcə onun tələbatları da artır və o, bu tələbatları qarşılamaqda çətinlik çəkir. Böyüdükcə uşaqda atasrna qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün olduqca çətindir. Məhkəmə iclasında İddiaçı ərizədə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir və əlavə olaraq məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra yenidən ailə qurmuş və 2 övladı dünyaya gəlmişdir. Bu səbəbdən hazırda qeyd olunan miqdarda aliment ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-10950/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Qəribova (Mahmudova) Aydan Bəhruz qızı ilə Cavabdeh arasında 14 noyabr 2015-ci il tarixdə bağlanmış 2771 nömrəli nikahın pozulması, 26 aprel 2016-cı il təvəllüdlü X1 boşanmadan sonra iddiaçı Qəribova (Mahmudova) Aydan Bəhruz qızının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı ilə aralarında nikah pozulduqdan sonra xx.xx.2021-ci il tarixdə X3 ilə nikaha daxil olmuş və birgə nikahdan 2 övladları – xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, sonuncu aliment məbləğinin təyin edilməsindən uzun müddət keçmişdir və bu müddət ərzində yaşayış şərtləri dəyişmişdir. Məhkəmə bu halı azyaşlının xeyrinə tutulan aliment məbləğinin artırılması üçün əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İddiaçı birgə nikahdan doğulmuş övladı - 26 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 200 manat məbləğində təyin edilməsini tələb etsə də, lakin cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra yenidən ailə həyatı qurmuş və hazırda həmin nikahdan 2 azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, bu hallar alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-10950/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Qərı̇ bov Bəxtı̇ yar Allahverdı̇ oğlundan tutulan aliment miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesində iştirak etməyə görə İddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5298/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5298/2022
29.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver