Məhkəmə qərarları › İş №2(010)-5306/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5306/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5306/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.05.2013-cü il tarixli 001R13/K saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan 'İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə üzrə 1,901.07 (min doqqüuz yüz bir manat yeddi qəpik) manat, faiz borcu üzrə 1,937.44 (min doqquz yüz otuz yeddi manat qırx dörd qəpik) manat cərimə, borcu iizrə 936 (doqquz yüz otuz altı manat) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681.72 (altı yüz səksən bir manat 72 qəpik) manat faiz borcu, cəmi 5,456.23 (beş min dörd yüz əlli altı manat 23 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulmasına, kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan "'Bank of Azerbaijan” ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.05.2013-cü il tarixli 001R13/K saylı, kredit müqaviləsinə əsasən Cavabdeh1 “istehlak xərclərinin ödənilməsi məqsədilə” illik 32 %-lə, 12 ay müddətinə 2000 (iki min manat) manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında 14.05.2013-cü il tarixli 001R13/K(Z) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin 3.2.2-ci maddəsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. 09.10.2017-ci il tarixdə LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 oqlunundan və Cavabdeh2 oqlunundan kredit müqaviləsi iizrə borcun qaytarılması məqsədi ilə İddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir və 23.05.2019-cu il tarixdə iddiamız qismən təmin olunmuşdur. Həmin qətnamədən tərəfimizdən Apelyassiya şikayəti verilmişdir. 31.07.2019-cu il tarixdə Bakı Apelyasiya məhkəməsi tərfındən Suraxanı rayon məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanın təsiri altına duşduyündən Suraxanı rayon məhkəməsinin qətnaməsi ləğv olunaraq baxılmamış saxlanılmışdır. Mülki işdə olan sənədlərin geri qaytarılması məqsədi ilə iddiaçı tərəfindən dəfələrlə Apelyasiya məhkəməsinə müraciət olunmuş, yalnız 05.08.2021-ci il tarixdən sonra mülki işə əlavə olunan sənədlərin əsilləri onlara qaytarılmışdır. '‘Bank of Azerbaijan” ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.05.2013-cü il tarixli 001R13/K saylı Kredit müqaviləsinə əsasən 31.08.2021-cı il tarixə Cavabdeh1 Ləğv prosesində olan “Bank of Azerbaijan’' ASC qarşısında əsas borc üzrə 1,901.07 manat, faiz borcu üzrə 1,937.44 manat, cərimə borcu üzrə 936 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681.72 manat faiz borcu, cəmi 5,456.23 manat borc öhdəliyi yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 001R13/K nömrəli 14 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 32 %-lə, 12 ay müddətinə 2,000 (iki min) manat məbləğində kredit verilmişdir. Bankla onun arasında bağlanmış kredit müqaviləsindən də göründüyü kimi kredit müqaviləsi onunla bank arasında 12 ay müddətinə bağlanmış və həmin kredit müqaviləsi üzrə iddia tələbinin qaldırılması üçün müddət 2016-ci il tarixində bitmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 14.05.2013-cü il tarixli 001R13/K saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcluya illik 32 %-lə, 12 ay müddətinə 2000 (iki min manat) manat məbləğində kredit verilmişdir. 14.05.2013-cü il tarixli 001R13/K(Z) zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 31.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 iddiaçı banka əsas borc üzrə üzrə 1,901.07 (min doqqüuz yüz bir manat yeddi qəpik) manat, faiz borcu üzrə 1,937.44 (min doqquz yüz otuz yeddi manat qırx dörd qəpik) manat, cərimə borcu üzrə 936 (doqquz yüz otuz altı manat) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 681.72 (altı yüz səksən bir manat 72 qəpik) manat faiz borcu olmaqla cəmi 5,456.23 (beş min dörd yüz əlli altı manat 23 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əməl gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla əlaqədar məhkəmə xatırladır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.bAzərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.05.2013-cü il tarixli 001R13/K saylı kredit müqavilə üzrə iddiaçının cavabdehə qarşı məhkəmədə tələbinə dair iddia irəli sürməsi üçün iddia müddəti keçmişdir. Belə ki, 14.05.2013-cü il tarixli, 001R13/K saylı kredit müqavilə üzrə cavabdeh illik 32% tətbiq edilməklə, 12 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit götürmüş və həmin 12 ay müddət bitdiyi vaxtdan hesablanmaqla iddiaçı 3 il ərzində cavabdehə qarşı məhkəmədə iddia irəli sürə bilərdi. Lakin iddiaçı məhkəmədə həddən artıq gecikməklə və iddia müddətini ötürməklə, yalnız 09.09.2021-ci il tarixində cavabdehlərə qarşı müqavilə tələbi üzrə iddia irəli sürmüşdü. Cavabdeh1 isə bunları əsas gətirərək məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə müəyyən edildiyi kimi iddiaçı cavabdehlərə qarşı iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdü və məhkəmə Cavabdeh1 bu haqda ərizəsini əsaslı sayaraq bu səbəbdən də ona münasibətdə iddianın rədd edilməsi nəticəsinə gəlir. Hazırki mülki iş üzrə digər Cavabdeh2 münasibətdə məhkəmə hesab edir ki, iddiaçının ona qarşı iddia tələbi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmçinin həmin Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Beləliklə, sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar