Məhkəmə qərarları › İş №2(010)-5314/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5314/2020

17.11.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5314/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı Kreditor cavabdeh Borclu qarşı “alimentin alınması ilə bağlı məhkəmə əmrinin çıxarılması tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Kreditor cavabdeh Borclu qarşı “alimentin alınması ilə bağlı məhkəmə əmrinin çıxarılması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Borclu ilə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat miqdarında alimentin borclu-Borclu alınaraq Kreditor verilməsi barədə” qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı iddia tələbində “Borclu ilə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat miqdarında alimentin borclu-Borclu alınaraq Kreditor verilməsi barədə”ni xahiş etmişdir Bununla belə, məhkəmə qeyd edir ki, azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsi ilə yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması barədə məhkəmə əmri verilməsi nəzərdə tutulsa da, hazırki tələb kreditorun tələbinin aşkar olduğuna dəlalət etmir. Belə ki, məhkəmə əmrinin məzmunu haqqında bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 281.2.-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə əmrində bu Məcəllənin 281.1.1-281.1.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlarla yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği və onların tutulma müddəti göstərilir. Lakin təqdim olunmuş ərizədə aliment ödəməyə borclu olan Borclu iş yeri olduğunu təsdiq edən sənəd əlavə olunmamışdır. Bu isə ona dəlalət edir ki, tələbin mübahisəsiz olması təsdiq edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinəəsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin278.2.4-cü maddəsinə görə kreditorun tələbi və onun əsaslandığı hallar, 278.2.5-ci maddəsinə görə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Lakin əsaslar və sənədlər mübahisə doğurmayan və kifayət qədər mötəbər olmalıdır. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda və yaxud ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduqda - məhkəməəmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: iddiaçı Kreditor cavabdeh Borclu qarşı “alimentin alınması ilə bağlı məhkəmə əmrinin çıxarılması tələbi" barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar