Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5329/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 39.810 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 15.793,54 ABŞ dolları faiz borcu, 18.710,60 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5.856,27 ABŞ dolları borc, cəmi 80.170,41 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.m, yaşayış sahəsi 37.58 kv.m, yardımçı sahəsi 24.3 kv.m sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.m, yaşayış sahəsi 37.58 kv.m, yardımçı sahəsi 24.3 kv.m sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X2 və X3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 Laçın rayonu, Fətəlipəyə kəndində, Cavabdeh2 Laçın rayonu, Ağanus kəndində, Cavabdeh3 isə Laçın rayonu, Ağanus kəndində qeydiyyatdadırlar. Cavabdeh1 cavabdehlərin Laçın rayonunda qeydiyyatda olduqlarından mülki işin baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh2 cavabdehlərin Laçın rayonunda qeydiyyatda olduqlarından mülki işin baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44 və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(010)-5329/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-5329/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5329/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver