Məhkəmə qərarları › İş №2(010)-5340/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5340/2020

29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5340/2020 29.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********92658 X1 6 markalı telefon üçün 354 (üç yüz əlli dörd) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə, cəmi 389 manat; İMEİ kodu **********72063 X2 markalı telefon markalı telefon üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 176 manat; Canon EOS 800D, SAMSUNG MİCROSD, Mak 233 üçün 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat cərimə, cəmi 909 manat ümumilikdə 1474 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1504 manat olmaqla Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********92658 X1 6 markalı telefon, İMEİ kodu **********72063 X2 markalı telefon markalı telefon, Canon EOS 800D, SAMSUNG MİCROSD, Mak 233 almış və nəticədə 1474 (min dörd yüz yetmiş dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 708 (yeddi yüz səkkiz) manat (12 ay x 59 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********92658 X1 6 markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat olmaqla ondan, 354 (üç yüz əlli dörd) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 (yüz doxsan iki) manat (6 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72063 X2 markalı telefon markalı telefon üçün 176 (yüz yetmiş altı) manat olmaqla ondan, 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2160 (iki min yüz altmış) manat (12 ay x 180 manat + 0 manat ilkin ödəniş) Canon EOS 800D, SAMSUNG MİCROSD, Mak 233 üçün 909 (doqquz yüz doqquz) manat olmaqla ondan, 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı Mak 233 xx.xx.2019cu il tarixinədək istifadə etdikdən sonra geri qaytarmış və 168 manat,xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı Canon EOS 800D xx.xx.2020-ci il tarixinədək istifadə etdikdən sonra geri qaytarmış və 1000 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1720 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 708 manat olan İMEİ kodu **********92658 X1 6 markalı telefon üçün hər ay 59 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 192 manat olan İMEİ kodu **********72063 X2 markalı telefon üçün hər ay 32 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2160 manat olan Canon EOS 800D, SAMSUNG MİCROSD, Mak 233 üçün hər ay 180 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 354 manat ödənilməmiş əsas məbləğ və 35 manat cərimə olmaqla – cəmi 389 manat; xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 160 manat ödənilməmiş əsas məbləğ və 16 manat cərimə olmaqla –cəmi 176 manat və xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 826 manat ödənilməmiş əsas məbləğ və 83 manat cərimə olmaqla – cəmi 909 manat olmaqla ümumilikdə 1474 manat məbləğində borcu vardır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı Mak 233 xx.xx.2019-cu il tarixinədək istifadə etdikdən sonra geri qaytarmış və 168 manat ,xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı Canon EOS 800D xx.xx.2020-ci il tarixinədək istifadə etdikdən sonra geri qaytarmış və 1000 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 106 manat (0,59 manat x 180 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 35 manat cərimə, 2-ci müqavilə üzrə 48 manat (0,32 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 16 manat cərimə, 3-cü müqavilə üzrə 270 manat (1,8 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq cavabdehə güzəşt edilərək 83 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 354 manat ödənilməmiş əsas məbləğ və 35 manat cərimə olmaqla – cəmi 389 manat; xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 160 manat ödənilməmiş əsas məbləğ və 16 manat cərimə olmaqla – cəmi 176 manat və xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 826 manat ödənilməmiş əsas məbləğ və 83 manat cərimə olmaqla – cəmi 909 manat olmaqla ümumilikdə 1474 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 354 manat ödənilməmiş əsas məbləğ və 35 manat cərimə olmaqla – cəmi 389 manat; xx.xx.2019-cu il tarixli Alqısatqı müqaviləsi üzrə 160 manat ödənilməmiş əsas məbləğ və 16 manat cərimə olmaqla – cəmi 176 manat və xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 826 manat ödənilməmiş əsas məbləğ və 83 manat cərimə olmaqla – cəmi 909 manat olmaqla ümumilikdə 1474 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar