Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5359/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçı Mirzəyeva (Babayeva) Şahnaz Abbas qızının iştirakı ilə, iddiaçı Mirzəyeva (Babayeva) Şahnaz Abbas qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mirzəyeva (Babayeva) Şahnaz Abbas qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1145/2012 saylı 20 sentyabr 2012-ci il tarixli qətnaməsini dəyişdirilməsi, 13 oktyabr 2004-cü il təvəllüdlü X3, 02 sentyabr 2006-cı il təvəllüdlü X4 və 03 oktyabr 2008-ci il təvəiiüdiü X1 yetkinlik yaşına çatanadək saxlanmalan üçün hər ay sabit pul məbləğində hər uşağa 175 manat olmaqla cəmi 525 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı Mirzəyeva (Babayeva) Şahnaz Abbas qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların hər birinə hər ay sabit pul məbləğində 30 manat olmaqla cəmi 90 manat və eyni zamanda cavabdehin qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutuiması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə isə alimentin məbləği artırılaraq, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 87 manat olmaqla cəmi 261 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazıda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində aliment uşaqların saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş və müvafiq saziş bağlanmamışdır. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqların saxlanmasına kifayət etmədiyini bildirsə də ona əlavə heç bir köməklik göstərməmişdir. Uşağın müalicəsi, təlimtərbiyyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına məşğul olur. Cavabdeh 4 ildir ki, heç bir ödəniş etmir. O, bu barədə icra məmuruna da bildirsə də, heç bir nəticə əldə etməmişdir. Cavabdeh hazırda Rusiyada yaşayır və oranın qeydiyyatına düşüb. Alimentin ödənilməməsi ilə bağlı o, Ədliyyə Nazirliyinə də şikayət məktubu ünvanlamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim X9 oğlunun sədrliyi ilə) 2(010)-745/2010 saylı 05 avqust 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X2 24 oktyabr 2003-cü ildə Naxçıvan MR, Şahbuz rayonu, Külüs kənd İcra nümayəndəliyində bağlanmış nikahlarının pozulması, 13 oktyabr 2004-cü il təvəllüdlü X5, 02 sentyabr 2006-cı il təvəllüdlü X7 və 03 oktyabr 2008-ci il təvəllüdlü X1 boşanmadan sonra analarının yanında qalması, Cavabdeh uşaqların hər birinə hər ay sabit pul məbləğində 30 manat olmaqla cəmi 90 manat və eyni zamanda cavabdehin qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 18 fevral 2010-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Natavan Tağı qızı Tağıyevanın sədrliyi ilə) 2(010)-1145/2012 saylı 20 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh 13.10.2004-cü ildə anadan olmuş Səfanın, 02.09.2006-cı ildə anadan olmuş İsanın və 03 oktyabr 2008-ci ildə anadan olmuş Zeynalın saxlanması üçün iddiaçı X2 xeyrinə 29.03.2012-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 87 manat olmaqla cəmi 261 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 30.08.2021-ci il tarixli, 20/21/01238 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh 30.08.2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” 20.11.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 13 oktyabr 2004-cü il təvəllüdlü X6, 02 sentyabr 2006-cı il təvəllüdlü X4 və 03 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan üç uşaqlarının olması, həmin uşaqların ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bundan başqa, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1145/2012 nömrəli iş üzrə qəbul etdiyi 20 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə 13 oktyabr 2004-cü il təvəllüdlü X6, 02 sentyabr 2006-cı il təvəllüdlü X4 və 03 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Mirzəyeva (Babayeva) Şahnaz Abbas qızının xeyrinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5359/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5359/2021
08.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver