Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-537/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, X4 Kredit Təşkilatı «xxxx» Qapalı Səmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Kredit Təşkilatı «xxxx» Qapalı Səmdar Cəmiyyəti (bundan sonrakı mətndə BOKT «xxxx» QSC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1116.00 manat, xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 387.00 manat və xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1484.00 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 3017.40 manat borcun idddiaçı X5 Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh 12 ay müddətinə 1362 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT «xxxx» QSC ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmçinin BOKT «xxxx» QSC tərəfindən Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsinə əsasən 12 ay müddətinə 489 manat məbləğində və xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsinə əsasən 18 ay müddətinə 1692 manat məbləğində kredit verilmişdir. Hal-hazırda Cavabdeh BOKT «xxxx» QSC-yə xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 1116.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat, xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 387.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat və xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 1484.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat olmaqla, ümumi borcu 2987.00 təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxxx 2020-ci il tarixli, 9439/20 saylı, xx xxxx 2020-ci il tarixli 9642/20 saylı və xx xxxxxxxx 2020-ci il tarixli 10456/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 1362 manat məbləğində kredit verilmişdir. BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 026- EMB-0162-20 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 489 manat məbləğində kredit verilmişdir. BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 026- EMB-0243-20 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 1692 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020 il tarixli, 026-EMB-0146-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020 il tarixə əsas borcu 1116.00 AZN (Bir min yüz on altı manat 00 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 1116.00 AZN (Bir min yüz on altı manat 00 qəpik) təşkil edir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020 il tarixli, 026-EMB-0162-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020 il tarixə əsas borcu 387.00 AZN (Üç yüz səksən yeddi manat 00 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 387.00 AZN (Üç yüz səksən yeddi manat 00 qəpik) təşkil edir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020 il tarixli, 026-EMB-0243-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020 il tarixə əsas borcu 1484.00 AZN (Bir min dörd yüz səksən dörd manat 00 qəpik), faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) ümumi borcu 1484.00 AZN (Bir min dörd yüz səksən dörd manat 00 qəpik) təşkil edir. xx.xx.2020-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün müddətdə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, BOKT «xxxx» QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə 1116 manat, xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 387 manat və xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1484 manat borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə 1116 manat, xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 387 manat və xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1484 manat, cəmi 2.987 manat pul tutularaq, BOKT «xxxx» QSC-nin hesabına ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0146-20 saylı Kredit Müqaviləsi üzrə 1116 manat, xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0162-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 387 manat və xx xxxxxx 2020-ci il tarixli, 026-EMB-0243-20 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 1484 manat, cəmi 2.987 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində pul tutularaq X4 Kredit Təşkilatı «xxxx» Qapalı Səmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh X4 Kredit Təşkilatı «xxxx» Qapalı Səmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-537/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-537/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver