Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5376/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12500 manat məbləğində əsas borc, vəkil bürosunda müqavilə üçün 211 manat və məhkəmə üçün 31 manat məbləğində ödənilmiş dövlət rüüumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 7 ildir ki, tanıyır. Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə kirayə yaşayıb və özünün fərdi vəkil olduğunu bildirmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini onun adına sənədləşdirəcəyini bildirmiş, bunun müqabilində 20000 manat pul lazım olduğunu demişdir. O, Ayazla razılaşaraq Ayaza 20000 manat pul vermişdir. Sonra, cavabdeh onu aldadıb, həmin yeri sənədləşdirməmiş və ona ümumilikdə 7500 manat pulu qaytarmışdır. Hal-hazırda qalan pulu qaytarmır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh pulun yarısını qaytarıb, 12500 manatını isə qaytarmaqdan imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Binəqədi RPİ-də araşdırılmış materiallardan aydın olur ki, vətəndaş İddiaçı Cavabdeh qarşı şikayəti əsasında araşdırma başlanılmış, araşdırma əsnasında Cavabdeh izahatı alınarkən o, İddiaçı və ailə üzvünün müraciəti əsasında onlara məxsus daşınmaz əmlakın sənədləşdirilməsi və digər hüquq işlərinin görülməsi müqabilində sonunculardan 20000 manat almış, lakin Yelenanın oğlu həmin daşınmaz əmlakı (qaraj) satdığına görə o tapşırılan işi başa vura bilməmiş, bundan sonra Yelena ondan vermiş olduğu pulu geri isməmiş, o isə verilən puldan onda yalnız 5000 manat qaldığını, 15000 manatın işlərin görülməsinə xərclədiyini bildirmiş, sonda isə verilən suala cavab olaraq onun İddiaçı 12500 manat borcunun olduğunu bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyul 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı hazırda 12500 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş yazılı etirazda cavabdeh iddia tələbini qəbul etməməklə bərabər, tələbə iddia müddətinin tətbiq edilməsini xahiş edir və xahişini onunla əsaslandırır ki, o 2018-ci ilin sonlarına kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub, cavabdeh onun işindən narazı idisə də, 2016-2018-ci illərdə şikayət edərdi. Bu tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülüb. Belə ki, müqavilə tələbləri üzrə iddia müdədti 3 ildir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı cavabdehə, onun daşınmaz əmlak və ailə münasibətləri ilə bağlı hüquq işlərini görmək üçün 20000 manat pul vermiş, sonradan cavabdeh əmlakla bağlı işləri razılaşdırılmış şəkildə başa vura bilməmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, cavabdeh verilən pulun bir hissəsini qatarmış, qalan pulu isə qaytarmır. Cavabdehin etirazı ondan ibarətdir ki, tələbə iddia müddəti tətbiq edilməlidir, belə ki, müqavilə münasibətləri üçün nəzərdə tutulan 3 illik müddət ötürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 20000 manat pulu işlərin görülməsi müqabilində alması və pulun 7500 manat hissəsini qaytarması işin mübahisəsiz halıdır. Məhkəmə, işə əlavə edilmiş sənədlərə, eləcə də cavabdehin istintaq orqanında verdiyi ifadələrə və məhkəmə ünvanladığı yazılı etiraza hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən, 12500 manat pulun tələb edilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus 12500 manat pul məbləğinin cavabdehdə qalmasına qanuni əsas yoxdur, ona görə də, həmin pul məbləği cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Cavabdehin tələbə iddia müddətinin tətbiq edilməsi ilə bağlı xahişinə gəldikdə isə, məhkəmə xahişi əsaslı saymır. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında hər hansı müqavilə imzalanmamış, yalnız şifahi sövdələşmə olmuşdur. Belə olan halda isə, tələbə ümumi iddia müdəti tətbiq edilə bilər ki, həmin müddət də Mülki Məcəllənin 373.1ci maddəsinə görə 10 il nəzərdə tutulmuşdur. Tərəflər arasında sövdələşmə daşınmaz əmlakla bağlı olduğuna görə, bu sövdələşməni heç bir halda şifahi müqavilə kimi qəbul etmək olmaz. Çünki, qanunvericiliyin tələbinə görə daşınmaz əmlakla bağlı müqavilələrin şifahi formada bağlanması nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. İddia tələbinin vəkil bürosuna müqavilə üçün ödənilmiş 211 manatın cavabdehdən tutulması hissəsini məhkəmə əsassız sayır. Belə ki, iddiaçı tərəf yalnız tapşırığın yerinə yetirilməsinin nəzərdə tutulduğu orqan Xətai Rayon Məhkəməsi qeyd edilmiş müqavilənin kserosurətini təqdim etmişdir. Ona görə də, məhkəmə tələbi bu hissədə əsaslı saymır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5376/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5376/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver