Məhkəmə qərarları › İş №2(010)-5400/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5400/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5400/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh Akhmedov Chingizin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Akhmedov Chingizə və Cavabdeh2 oğluna qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Akhmedov Chingizə və Cavabdeh2 oğluna qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4989,16 manat olmaqla, ondan 1663.88 manat əsas, 1683.70 manat manat faiz, 1397.78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusiya Məhkəməsinin 24.12.2014-cüil tarixli Plenum qərarına əsasən hesablanmış 243.80 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Akhmedov Chingizdən və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə cavabdeh Akhmedov Chingiz arasında 28 iyul 2017-ci il tarixli 001008 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. 28 iyul 2017-ci il tarixli 032T07170042 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdeh Akhmedov Chingizə 28.07.2017-ci il tarixdən 28.07.2018-ci il tarixinədək illi 29 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh Akhmedov Chingizə kredit verilərkən X1 ilə Bank arasında 28 iyul 2017-ci il tarixli, ZM1/032T07170042 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit kartın verilməsi və istifadəsinə dair Müqavilə üzrə bağlanmış 26.10.2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən kreditin istifadəsinə görə illik faiz dərəcəsi 27 (iyirmi yeddi) faizə dəyişdirilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Akhmedov Chingizin 21.06.2021-ci il tarixə kredit üzrə cəmi borcu 4989.16 manat təşkil edir. Bundan 1663.88 manat əsas, 1683.70 manat manat faiz, 1397.78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243.80 manat faiz borcu təşkil edir. Həmin məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Akhmedov Chingizin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Akhmedov Chingizin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filiali ilə cavabdeh Akhmedov Chingiz arasında 28 iyul 2017- ci il tarixli 001008 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. 28 iyul 2017-ci il tarixli 032T07170042 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Akhmedov Chingizə 28 iyul 2017-ci il tarixindən 28 iyul 2018-ci il tarixinədək illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit xətti açılmışdır. Hesab edir ki, 28 iyul 2017-ci il 001008 nömrəli Bank Xidmətləri Müqaviləsi (28 iyul 2017-ci il tarixli 032T07170042 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi) iddia tələbinin müddəti iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçı məhkəməyə 2021-ci ilin sentyabr ayında, yəni 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının bu müqavilə üzrə əsas borc və ona bağlı olan faiz tələblərinin tələb olunması barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin nümayəndəsini (vəkilini) dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 28.07.2017-ci il tarixli, 032T07170042 saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Akhmedov Chingizə – “Borcalan” olmaqla bağlanmış həmin Kredit müqaviləsinə əsasən Akhmedov Chingizə 28.07.2017-ci il tarixdən 28.07.2018-ci il tarixinədək illik 29 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş 28.07.2017-ci il tarixli ZM1/032T07170042 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmetini 28.07.2017-ci il tarixli 032T07170042 saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 30.06.2021-ci il tarixli arayışdan görünür ki, Akhmedov Chingizin iddiaçı banka 21.06.2021-ci il tarixinə 1663,88 manat əsas, 1683,70 manat manat faiz, 1397,78 manat, cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz 243,80 manat borc olmaqla ümumilikdə 4989,16 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Akhmedov Chingiz oğlu – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 1663.88 manat əsas, 1683.70 manat manat faiz, 1397.78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusiya Məhkəməsinin 24.12.2014-cüil tarixli Plenum qərarına əsasən hesablanmış 243.80 manat faiz borcu olmaqla ümumilikdə 4989,16 manat borcu ödənilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 28.07.2017-ci il tarixdən 28.07.2018-ci il tarixinədək bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 3 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə iddia müddətinin ötürülməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 28.07.2017-ci il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər 28.07.2018-ci il tarixədək icra edilməli idi. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Akhmedov Chingizə və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar