Məhkəmə qərarları › İş №2(010)-5414/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5414/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5414/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 12.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5312,62 manat əsas borc, 23,34 manat faiz borcu və 211,46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5547,42 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 12.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı mülki iş üzrə tərəflər məhkəməyə özləri tərəfindən imzalanmış 15.11.2021-ci il tarixli barışıq sazişini təqdim edərək həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə, tərəflər arasında borcun 11.11.2021-ci il tarixə 3615.96 manat müəyyən olunması, göstərilən 3615,96 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 5 ay müddətinə 10.12.2021-ci il, 10.01.2022-ci il, 10.02.2022-ci il, 10.03.2022-ci il ayları ərzində hər ay 720 manat məbləğində, sonuncu ödəniş isə 10.04.2022-ci tarixinədək 735,96 manat olmaqla İddiaçı ASC-nin xeyrinə ödənilməsi, 5 ay ərzində ödəniləcək 3615.96 manat borc həm əsas, həm də faiz borcundan silinməsi, həmin məbləğin 3592.72 manat hissəsi əsas borcdan, 23.24 manat hissəsi isə faiz borcundan silinməsi, hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri bağışlanılması, barışıq sazişində qeyd olunan qaydada və tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən borc tam ödənildiyi halda, iddiaçı tərəfindən borcun mövcud olmaması barədə arayışın verilməsi, məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı borcun tutulması tələbi barədə iddia tələbindən imtina etməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək, onların ərizələrini, təqdim olunmuş barışıq sazişini və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barışıq sazişi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15.11.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin.

1. Tərəflər arasında borc 11.11.2021-ci il tarixə 3615.96 manat müəyyən olunsun.

2. Göstərilən 3615,96 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 5 ay müddətinə 10.12.2021-ci il, 10.01.2022-ci il, 10.02.2022-ci il, 10.03.2022-ci il ayları ərzində hər ay 720 manat məbləğində, sonuncu ödəniş isə 10.04.2022-ci tarixinədək 735,96 manat olmaqla İddiaçı ASC-nin xeyrinə ödənilsin.

3. 5 ay ərzində ödəniləcək 3615.96 manat borc həm əsas, həm də faiz borcundan silinsin. Həmin məbləğin 3592.72 manat hissəsi əsas borcdan, 23.24 manat hissəsi isə faiz borcundan silinsin.

4. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri İddiaçı ASC tərəfindən güzəşt olunaraq bağışlanılsın.

5. Barışıq sazişində qeyd olunan qaydada və tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən borc tam ödənildiyi halda,öhdəlik tam icra olunmuş hesab olunsun və İddiaçı ASC tərəfindən borcun mövcud olmaması barədə arayış verilsin.

6. Məhkəmə xərci 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin xeyrinə ödənilsin.

7. İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı borcun tutulması tələbi barədə iddia tələbindən imtina etsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar