Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-544/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, Üçüncü şəxslər X5, X4 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X5, X4 və X3) “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, 6 saylı fərdi yaşayış evi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində onun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil vəsatəti əsasında iddiaçının bacıları X4 və X3 iddiaçının tərəfində, cavabdehin arvadı X5 isə cavabdehin tərəfində üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək, məhkəmədən sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1. Bu sazişin məqsədi ümumi sahəsi 276.4 m2 olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə (Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 60) yerləşən, 6 saylı fərdi yaşayış evinin və həmin evin altında yerləşən 0.055280 ha torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) həqiqi mülkiyyətçisinin müəyyən edilməsi və razılıq əsasında həmin evə və torpağa dair mülkiyyət hüququnun həqiqi mülkiyyətçilərə güzəşt edilməsindən ibarətdir.
2. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində özünün xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır.
3. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində özünün xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır.
4. Üçüncü şəxs X5 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır.
5. Üçüncü şəxs X4 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır.
6. Üçüncü şəxs X3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır.
7. Bu saziş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə (Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 60) yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınması üçün əsasdır.
8. Bu saziş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə (Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 60) yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.
9. Tərəflər bu sazişi imzaladıqdan və sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qüvvəyə mindikdən sonra bu saziş qüvvəyə minir və sazişin icrası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” X9 1 saylı Bakı ərazi idarəsinə həvalə edilir”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi həll edilməmişdir. Belə olan halda məhkəmə xərcləri ilə bağlı məsələ məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, yarısı isə iddiaçıya aid edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsində məhz məhkəmə qərarlarının daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində, hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (MPM-in 15.1-15.3-cü maddələri). Göründüyü kimi, məhkəmə qərardadları məhkəmə aktlarının (qərarlarının) növlərindən biridir. Odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsi baxımından qanuni qüvvəyə minmiş məhkəmə qərardadı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması istisna edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, bu qərardad mübahisəli əmlakla bağlı barışıq sazişində qeyd edilən məzmunda dövlət qeydiyyatı aparılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X5, X4 və X3) “mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: “İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində özünün xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır; Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində özünün xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır; Üçüncü şəxs X5 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır; Üçüncü şəxs X4 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır; Üçüncü şəxs X3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququna xitam verilməsi və həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasına razıdır”. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər X5, X4 və X3) “mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu qərardad Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, 1-ci döngədə (Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 60) yerləşən, ümumi sahəsi 276.4 m2 olan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.055280 ha torpaq sahəsinin üzərində Cavabdeh mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Qərardadın icrası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” X9 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva