Məhkəmə qərarları › İş №2(010)-547/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-547/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-547/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X16 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. AZ-İ seriyalı 458705 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasındakı nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 321 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “İsayeva” soyadı verilmişdir.

2. AZ-İİ seriyalı 519016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r.

3. AZ-İİ seriyalı 979778 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r.

4. AZ-İİİ seriyalı 899992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r.

5. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf X9 bu Saziş imzalandıqdan sonra həyat yoldaşı olan ikinci tərəf Cavabdeh Pırbaba oğlu ilə xx.xx.2006-cı il tarixdə 1206 nömrə ilə Bakı şəhəri Səadət Sarayında qeydə alınaraq bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Saziş imzalandıqdan sonra uşaqların mənafeyini nəzərə alaraq, onların təhsildən və öyrəşdikləri yaşayış mühitindən ayrı salmamaqdan ötrü yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 onun ananın himayəsində (yanında) qalmalarına razıdır. Birinci tərəf X2 tərəf uşaqların atası Cavabdeh istədiyi zaman yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdü X11 və xx.xx.2016-cı il təvəllüdlü X14 ilə (ananın iştirak olmadan) ünsiyyətdə olmalarına razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. İkinci tərəf Cavabdeh 2022-ci ilin dekabr ayından başlayaraq, hər uşağa görə 200 manat olmaqla ona birinci tərəf X7 ümumilikdə hər ay 600 manat aliment pulunun **********357967 hesabına köçürəcəyinə razıdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1534/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi; X9 ilə Cavabdeh arasında xx.xx.2006cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1206 nömrə ilə qeyd edilmiş nikahın pozulması; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əmək müqaviləsi məlumatı haqqında çıxarışdan görünür ki, Cavabdeh “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında takelajçı vəzifəsinə işləyir. Onunla bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqının məbləği 1715 manatdır.

İddiaçının tələbi.

8. Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli Müqaviləsi (barışıq sazişi) ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və digər gəlirlərinin ½ hissəsi məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X10, xx.xx.2012-ci il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X14 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)1534/2023 saylı qətnaməsinə əsasən nikah pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh ilə onun arasında barışıq sazişi bağlanmış və həmin sazişə əsasən cavabdehdən 2022-ci ilin dekabr ayından başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat məbləğində aliment tutulması barədə razılıq əldə olunmuşdur. Cavabdehin verdiyi 600 manat alinment 3 uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh işləyir və maaşı yüksəkdir, ona görə də cavabdehin maaşının (digər gəlirlərinin) ½ hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

10. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsində də göstərilən xüsusatlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, barışıq sazişi ilə nəzərdə tutulan alimenti, hətta daha artıq məbləğdə ödəyir. Əmək haqqına alimentin yönəldilməsinə etiraz edir. Buna görə də iddianın təmin olunmamasını xahiş etdi.

İşin faktiki halları.

12. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan üç uşaqları var. xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X14 anaları İddiaçı yanında yaşayır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1534/2023 nömrəli qətnaməsinə əsasən nikah pozulmuşdur. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişisi ilə Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulur.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. və 76.1.3. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Uşaq hüquqları haqqında” Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır.

19. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından üç uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh daimi işdə işləyir və onun müntəzəm əmək haqqı var. Belə ki, cavabdeh “X3 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında takelajçı vəzifəsinə işləyir və əmək haqqı 1715 manat təkil edir.

21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

22. Göründüyü kimi, alimentin tutulma qaydasının aliment ödəyən şəxsin qazancının müəyyən hissəsi şəklində, yaxud hər ay sabit pul məbləğində tutulması məhkəmə tərəfindən, xeyrinə aliment tutulan şəxsin tələbi ilə müəyyən olunduğundan, iddiaçı hər ay sabit pul şəklində tutulan alimentin tutulma qaydasının dəyişdirilərək, cavabdehin qazancının ½ hissə şəklində tutulmasını xahiş etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

24. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2022-ci il dekabr ayından başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişi hal-hazırda icra edilir və həmin barışıq sazişi əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

26. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməklə xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı hissəsi məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

28. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

31. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

32. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın isə qiymətini müəyyən etmək mümkün olmadığından, qiymətləndirilməyən iddialara görə olan məbləğin yarısı, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar