Məhkəmə qərarları › İş №2(010)-5483/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5483/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5483/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 200.0 (iki yüz) manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 20.0 (iyirmi) manat dövlət rüsumunun, ümumilikdə 220,0 (iki yüz iyirmi) manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması. İddia tələbinin dəlilləri 25.10.2019-cu il tarixdə, saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsində Abşeron rayonu, Xırdalan şəh, H.Əliyev prospektində, Cavabdeh, hazırda ləğvetmə prosesində olan ASC “Standart İnsıırance" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X1 məxsus olan ZAZ ZENS TF 698 P66 minik markalı, 90 FİV 634 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X4 məxsus olan, HONDA CR-V minik markalı, ** RE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 29.10.2019-cu il tarixli, TP ******* saylı “X7 Haqqında Qərar” qəbul olunmuşdur. Bununla əlaqədar olaraq, 23.01.2020-ci il tarixli, İC AA 6029/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra. ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X4 məxsus olan, HONDA CR-V minik markalı, ** RE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 07.02.2020-ci il tarixdə 200.0 (iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 200.0 (iki yüz) manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda LPO ASC "Standart İnsurance” Sığorta Şirkətinin "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Tərəflərin izahatları İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti 15.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırlıq və baxış iclasının Ləğvetmə Komisiyyasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: TP ******* saylı 29.10.2019-cu il tarixli X7 haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İC AA 6029/19 saylı işə dair sığorta aktından görünür ki, Mirzəyev Elçin Bəhram oğlu ZAZH SENS TF 698 P66 markalı 90HV634 dövlət qeydiyyat nişanlı avtomaşını 03.10.2019-cu il tarixdən 03.10.2020-ci il tarixədək müddətə 5000.00 manata sığortalamışdır. 25.10.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs.İ.Əhlimanov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi avtoşınla X2 idarə etdiyi Honda CR-V markalı 99RE763 dövlət nömrə nişanlı avtomaşınına ziyan dəymişdir. Dəymiş zərərin ümumi məbləği 200 manat qiymətləndirilmiş və və həmin məbləğ zərərçəkənə ödənilmişdir. 07.02.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən X3 200 (iki yüz) manat məbləğində ödəniş olunmuşdur. ƏN-V seriyalı 049003 saylı 03.10.2019-cu il tarxli etibarnamədən müəyyən olunur ki, X5 ZAZH SENS TF 698 P66 markalı 90HV634 dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. Əmlaka dair qiymətləndirmə aktından müəyyən olunur ki, Honda CR-V markalı 99RE763 dövlət nömrə nişanlı avtomaşına 200 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Mülki Prosessual Məcəllə Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4) Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Mirzəyev Elçin Bəhram oğluna məxsus ZAZH SENS TF 698 P66 markalı 90HV634 dövlət qeydiyyat nişanlı avtomaşın 03.10.2019-cu il tarixdən 03.10.2020-ci il tarixədək müddətə LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh idarə etdiyi ZAZH SENS TF 698 P66 markalı 90HV634 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisə törədərək X4 məxsus Honda CR-V markalı 99RE763 dövlət nömrə nişanlı avtomaşına maddi zərər vurmuşdur. TP ******* saylı 29.10.2019-cu il tarixli X7 haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən hadisə nəticəsində zərər dəymiş avtomobilin mülkiyyətçisinə 200 (iki yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 200 (iki yüz) manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 200 (iki yüz) manat və dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar