Məhkəmə qərarları › İş №2(010)-55/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-55/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-55/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “həyətyani torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “həyətyani torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etməsinə dair qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında öz ailəsi ilə birlikdə yaşayır və qeydiyyatdadır. O, öz üzərində Cavabdeh və onun vəkili Vəkil tərəfindən ona qarşı törədilən provokasion hərəkətlərin təzyiqinin təsirini hiss edərək (onun ünvanında yerləşən həyətyani torpaq sahəsinin tam sərbəst və maneəsiz istifadə etməsinə dair maneəçilik törədirlər), məhkəməyə müraciətinin məqsədi özünə və ailəsinə bütün həyətyani torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etməsinə dair şəraitin yaradılması təmin etməkdir. Həmin hüququ onun üçün aşağıdakı gətirilən sənədlər və müvafiq hüquq normaları təmin edir. Lakin cavabdeh və onun vəkili tərəfindən həmin sənədlər saxta adlandırılır. xx.xx.2021-ci il tarixində Suraxanı rayon Məhkəməsi 2(010)- 3372/2021 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə cavabdeh X10 tərəfindən onun istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına dair maneələr aradan qaldırılmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)- 3372/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixində Suraxanı rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi verilmişdir. xx.xx.2021-ci il tarixdə X10 dünyasını dəyişmişdir. Onun vərəsəsi isə onun qızı Cavabdehdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 169/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş və qarşılıqlı iddia təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldığından iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 “A” tikilisi Cavabdeh, “B” tikilisi İddiaçı adına 19 sentyabr 2022-ci ildə qeydiyyata alınmışdır.

6. Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında qeydiyyatdadır.

7. Suraxanı rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(010)-3372/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X10 tərəfindən törədilən İddiaçı istifadəsində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin yeni bölgü sxeminin tərtib olunmasına dair maneələrin aradan qaldırılması qət edilmişdir.

8. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadırlar.

9. Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(010)-2163/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair ilkin iddiası təmin edilməmiş, İddiaçı cavabdeh X3rşı həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

10. Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/8397 nömrəli ekspert rəyin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı məxsus pay texniki pasportda və faktiki vəziyyətə əsasən təcrid şəkildə giriş-çıxışı olmaqla naturada ayrılmışdır. Ekspert tərəfindən qeyd edilir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualda və eləcə də, **********30-10301 nömrəli çıxarışda torpaq sahəsinə dair payçıların payları barədə məlumat qeyd edilməmişdir. Qeyd ediləcəyi təqdirdə bu barədə tədqiqat aparılaraq rəy verilə bilər.

11. 17 oktyabr 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 07 avqust 2006-cı ildə vəfat etmiş X4 vərəsəsi ünvan 5-də yaşayan arvadı X6.

12. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Əmircan qəsəbə X1 İcariyyə Komitəsinin 01 iyul 1971-ci il tarixli 732 nömrəli arayışa, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən 03 mart 1972-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 7 fərdi yaşayış evi 10 saylı DNK-nın 17 oktyabr 2006-cı il tarixli 2V-1-88 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən N.V.Əliyevanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 nömrəli evə dair torpaq sahəsinin ayrılması və cizgi haqqında məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir.

13. Nərimanov Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(005)-843/2019 nömrəli qərardaddan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X12 cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X12 arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: X16 imzalamaqla mülki iş üzrə üçüncü şəxs X12 təsdiq edir ki, onun adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı ******* saylı çıxarışda göstərilən və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisi İddiaçı məxsusdur. X16 mülki iş üzrə İddiaçı imzalamaqla təsdiq edir ki, üçüncü şəxs X7 adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı ******* saylı çıxarışda göstərilən və ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisi İddiaçı məxsusdur. X16 mülki iş üzrə iddiaçı “Hüseynov” cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs X9 qarşı iddia tələbindən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən X7 adına ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbindən “Əliyeva”nın xeyrinə imtina etmişdir.

14. 26 iyul 2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27 dekabr 2021-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədən göstərilən əmlakının vərəsəsi qızı Cavabdehdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.010230 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71.60 kv.m olan 11 saylı fərdi yaşayış evinin mərhumə X9 məxsus A tikilisindən ibarətdir.

15. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 dekabr 2021-ci ildə ölmüşdür.

16. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 avqust 2006-cı ildə ölmüşdür.

17. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 noyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 3 otaqlı, 42 kv.m yaşayış, 29.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır.

18. Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(010)-169/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması qət edilmişdir.

19. Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6394/2023 nömrəli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(010)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(102)- 741/2024 nömrəli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İşin faktiki halları.

21. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(010)- 169/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6394/2023 nömrəli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(010)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(102)-741/2024 nömrəli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “A” tikilisi və İddiaçı mülkiyyətində olan “B” tikilisi bir-birindən naturada fiziki sərhədlərlə ayrıdır. Həmçinin evin yerləşdiyi və tərəflərin ümumi mülkiyyətində olan 0.10086 ha torpaq sahəsi də “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında 124.47 m2 olmaqla faktiki olaraq ayrılmışdır və tərəflərin istifadəsindədir.

Tətbiq edilən hüquq.

22. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

26. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(010)-169/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6394/2023 nömrəli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(010)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(102)-741/2024 nömrəli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən sərbəst və manəsiz istifadə etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində yerləşən torpaq sahəsinə yaradılmış hər hansı bir maneə barədə heç bir sübut təqdim etməmiş və işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “A” tikilisi və İddiaçı mülkiyyətində olan “B” tikilisi bir-birindən naturada fiziki sərhədlərlə ayrıdır. Həmçinin evin yerləşdiyi və tərəflərin ümumi mülkiyyətində olan 0.10086 ha torpaq sahəsi də “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında 124.47 m2 olmaqla faktiki olaraq ayrılmışdır və tərəflərin istifadəsindədir.

27. Məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan “A” tikilisi və İddiaçı mülkiyyətində olan “B” tikilisi bir-birindən naturada fiziki sərhədlərlə ayrı yerləşir. Həmin əmlak tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən naturada bölünmüşdür. Hazırda tərəflər arasında payların müəyyən edilməsi və naturada bölünməsi tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan və iddiaçı tərəfindən onun mülkiyyətində yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən yaradılmış hər hansı maneə barədə sübut təqdim olunmadığından iddia tələbi rədd olunmalıdır.

Məhkəmə xərcləri.

28. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “həyətyani torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır.

30. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “həyətyani torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar